Son bir ayda Bakıda 5 min 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Son bir ayda Bakıda 5 min 122 uşaq elektron sistem vasitəsilə bağçaya qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib. O qeyd edib ki, bu il 41 min 87 uşaq paytaxtda fəaliyyət göstərən bağçalarda təlim-tərbiyəyə cəlb olunub. Bu uşaqların tərbiyəsi ilə 4 min 299 müəllim məşğul olur.
Mehriban Vəliyeva bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib. Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb.