REGİONLAR
Şəhid Vadim Qocayev atası ilə eyni gündə dəfn olundu VİDEO










Qobustan, 14 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayev atası Alik Qocayevlə birgə Qobustanın Sündü kəndindəki Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC xəbər verir ki, Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib. Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək dünyasını dəyişib.
Ata və oğulun cənazələri Qobustan rayonuna gətirilərək Şəhidlər xiyabanında dəfn edilib. Onların yaşadığı evdə cənazə namazı qılınıb, ruhuna dualar oxunub.
Dəfn mərasimində şəhidin yaxınları, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhid Vadim Qocayev Qobustanın Sündü kənd sakinidir. Onun bir qardaşı Dövlət Sərhəd Xidmətində xidmət edir, digəri isə əsgərdir. Vətən müharibəsi iştirakçısı olan Vadimin bir yaşlı qızı var, bu günlərdə onun ikinci övladı dünyaya gələcək.