Neftçalada şəhid Rəfail Fətullayevin dəfn mərasimi keçirilib VİDEO
Neftçala, 14 sentyabr, AZƏRTAC
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Neftçala rayonunun Bankə qəsəbəsində anadan olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Fətullayev Rəfail Rüfət oğlu təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Rəfail Fətullayev sentyabrın 14-də Neftçala şəhər Mərkəzi qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.