Azərbaycan Dövlət İnformasiya Agentliyi

22 mart - Ümumdünya Su Resursları Günüdür

22 mart - Ümumdünya Su Resursları Günüdür

Bakı, 22 mart, AZƏRTAC

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən isə qeyd olunmağa başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il Ümumdünya Su Günü "Suyu qiymətləndirmək" devizi ilə qeyd olunur. Bu günün keçirilməsində məqsəd hər bir kəsin vaxtlı-vaxtında və lazımi miqdarda təmiz su ilə təmin edilməsi və su ekosistemlərinin mühafizəsində hamını fəal olmağa çağırmaqdır. Həmin məqsədlə dünyanın müxtəlif yerlərində beynəlxalq, milli və yerli səviyyələrdə su resurslarından səmərəli istifadə sahəsində müxtəlif proqramlar həyata keçirilir.

Dünyadakı bütün canlıların orqanizmi müəyyən miqdarda sudan ibarətdir. İnsanın vücudunun hər yerində - qanda, sümükdə, əzələdə, daxili orqanlarda və s. az və ya çox miqdarda su olur. İnsan orqanizminin 60-70 faizi sudan ibarətdir. Normal şəraitdə sağlam insanın orqanizmindən müxtəlif yollarla, gün ərzində 2-3 litr su xaric olunur. Yaşamaq üçün orqanizmə elə o qədər də suyun daxil olması lazımdır. Məhz bu səbəbdəndir ki, insan susuz uzun müddət yaşamaq iqtidarında deyil.

Su orqanizmin həyat fəaliyyəti ilə əlaqədar olan bütün kimyəvi dəyişikliklərin baş verməsi üçün mühit yaradan amildir. Bütün qida maddələri yalnız suda həll olmuş halda bağırsaqlardan qana və oradan da toxumalara keçir. Mübadilə nəticəsində əmələ gələn son məhsullar, həmçinin, su vasitəsilə yuyulub orqanizmdən xaric olur. Su, həmçinin, orqanizmdə gedən bir sıra mübadilə reaksiyalarında bilavasitə iştirak edir.

Bundan başqa, suyun sanitariya-gigiyenik əhəmiyyəti də böyükdür. Dünyanı çənginə alan yeni növ koronavirusdan (COVID-19) qorunmaq üçün mütəxəssislər əllərin tez-tez 20-30 saniyə ərzində sabunla axar suda təmiz yuyulmasını tövsiyə edirlər. Bu, suyun nə dərəcədə həyati əhəmiyyətə malik olduğunu bir daha sübut edir.

Yer kürəsinin su ehtiyatları

Yer kürəsi səthinin üçdə ikisi su ilə örtülüdür. Planetin ümumi su ehtiyatlarının yalnız bir faizi insan istifadəsi üçün əlçatandır. Bu gün 663 milyondan çox insanın yaşayış yerlərinin yaxınlığında içməli su mənbələri yoxdur. 1990-cı ildən bəri yalnız 2.6 milyard insan yaxşılaşdırılmış içməli su mənbələri ilə təmin olunub.

Ötən əsrdə sudan istifadə 6 dəfə artıb ki, bu da dünya əhalisinin artım tempindən 2 dəfə çoxdur. Hazırda inkişaf etmiş ölkələrdə sızma səbəbindən şirin su ehtiyatlarının təxminən 30 faizi itirilir. Hətta bəzi böyük şəhərlərdə su itkisi 70 faizə çata bilir.

Planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.

2050-ci ilə qədər dünyada hər dörd nəfərdən ən azı birinin xroniki və ya vaxtaşırı şirin su çatışmazlığı ilə üzləşən ölkələrdə yaşayacağı ehtimal olunur.

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir

Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamızın yerüstü su ehtiyatları cəmi 30 kubkilometrdir. Bunun 20 kubkilometri tranzit axımın payına düşür, 10 kubkilometri isə sərhədlərimiz daxilində formalaşır. Quraq illərdə yerüstü su ehtiyatları 20-21 kubkilometrə qədər azalır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Su resurslarımız o qədər də çox olmadığından sudan qənaətlə istifadə və su mənbələrimizin mühafizəsi ölkəmizdə ən prioritet sahələrdəndir.

Azərbaycanda yerüstü su ehtiyatlarını çaylar, göllər, su anbarları, buzlaqlar və s. təşkil edir. Azərbaycan ərazisində ümumi sahəsi 395 kvadratkilometr olan 450 göl müəyyən edilib ki, onlardan 10-nun sahəsi 10 kvadratkilometrdən böyükdür.

Respublikada irili-xırdalı 140 su anbarı mövcuddur. Əsas böyük su anbarları Mingəçevir, Şəmkir, Araz, Yenikənd, Varvara, Ceyranbatan və Sərsəng su anbarlarıdır. Azərbaycanda hər birinin həcmi 1 milyon kubmetrdən çox 61 su anbarı mövcuddur. Su anbarlarının ümumi tam həcmi 21,5 kubkilometr təşkil edir.

Yerüstü suların əsas ehtiyatları çaylarda cəmlənib. Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500, 324 çayın uzunluğu 11-100 kilometr arasındadır. Əksər çayların uzunluğu isə 10 kilometrdən azdır.

Azərbaycan ərazisində buzlaqlar Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində mövcuddur. Burada buzlaqlar qar xəttinin yüksək olduğu və onların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrdə və həmin zirvələrin yamaclarında saxlanılıb. Ölkəmizdəki daimi buzlaqların sahəsi 6-6,5 kvadratkilometrdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi su resurslarımızın mütəmadi olaraq monitorinqini aparır. Həm yerli, həm də transsərhəd çaylardan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə, Ətraf Mühitin Mühafizəsi və digər qanunlara, qanunvericilik aktlarına, o cümlədən üzv olduğumuz beynəlxalq konvensiyalara və razılaşmalara əsaslanmalıdır. Bu zaman çaylarda tələb olunan ekoloji axımı təmin edilməli və su ehtiyatları inteqrasiyalı yanaşma və hövzə prinsipinə uyğun idarə edilməlidir.

İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. Nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azalıb. Ölkəmizdə əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəs sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısı alınmalı, müasir texnologiya və suya qənaət edən avadanlıqlardan istifadə edilməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalı və digər addımlar atılmalıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, son 7-8 ildə, Azərbaycanda, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir.

Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: "Bütün bunları nəzərə alaraq son 5-6 ildə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər davam etdirilməlidir".

Nazirliyin nümayəndəsi, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” çərçivəsində 10 su anbarının yenidən qurulması və ya yenilərinin inşası nəzərdə tutulur. Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Yengicə, Viləşçay və Zəyəmçay üzərində su anbarlarının tikilməsi planlaşdırılır. Həmin su anbarlarının texniki iqtisadi əsaslandırılması hazırlanır. Yaxın illərdə həmin su anbarlarının tikintisinə başlanılacaq.

Ermənistan, həmçinin su ehtiyatları ilə bağlı uzun illər terrorçu fəaliyyətini davam etdirib

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanın azsulu ölkələrdən olduğunu və suya olan tələbatın 70 faizinin kənardan formalaşdığını diqqətə çatdırıb: “Respublikamızın su ehtiyatının çox hissəsi işğaldan azad edilmiş ərazilərdədir. Torpaqlarımız işğalda olarkən Ermənistan su ehtiyatları ilə bağlı da uzun illər terrorçu fəaliyyətini davam etdirib. Ərazilərdəki çaylar və digər su mənbələri çirkləndirilib, cəbhəboyu yaşayan əhalinin su anbarlarından istifadəsinə imkan verilməyib. Həmçinin su anbarları vasitəsilə həyata keçirilən ekoloji terror yaxınlıqda məskunlaşan əhali üçün ciddi təhlükə yaradıb. Belə ki, suya tələbatın daha çox olduğu əkin-biçin mövsümündə su anbarlarının qarşısı kəsilərək sudan istifadədə maneələr yaradılıb, kəskin su çatışmazlığı torpaqların deqradasiyası ilə nəticələnib. Suya ehtiyac olmayan mövsümlərdə isə anbarlardan böyük həcmdə suyun buraxılması ətraf rayonların təsərrüfatlarına ciddi ziyan vurub. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 30 ilə yaxın işğalda olan torpaqlarımızı ötən il 44 gün ərzində düşmən tapdağından azad etdi. Hazırda erməni vandallarının 30 il ərzində bizim təbiətimizə vurduğu ziyan araşdırılır. Ermənistanın Azərbaycan çaylarını çirkləndirməsi ilə bağlı da monitorinqlər gedir. İlkin araşdırmaların nəticələri də var. Beynəlxalq qurumlar qarşısında bununla bağlı məsələ qaldırılacaq”.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib: “Qarabağ ərazisində olan Sərsəng su anbarı Tərtərçayın üzərində inşa edilib. Sərsəng su anbarı uzun müddət erməni işğalında olan ərazidə qalıb və Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. Həmin su anbarı respublikanın 6 rayonunun - Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədinin 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. İndiyə kimi su anbarının bəndinə və onun qurğularına texniki xidmət göstərilmədiyi üçün o qəza vəziyyətindədir. Hazırda Sərsəng su anbarının əhali üçün ciddi təhlükəsi var, dağılma ehtimalı olan yerləri seysmoloji-geofiziki üsullarla öyrənilməli, qabaqlayıcı mühəndis texniki tədbirlər görülməlidir. Sərsəng su anbarının yerləşdiyi ərazinin relyefi çox mürəkkəbdir, yamaclar kəskin bucaq altında yatır. Ərazinin seysmikliyi burada sürüşməyə meyilli sahələrin yaranmasına səbəb ola bilir. Ərazinin geodinamik aktivliyi daima nəzarətdə saxlanılmalı, orada müvafiq müşahidələr aparılmalıdır.

Mərkəzin baş direktoru bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə ətraf mühit həmişə çirkləndirilib, ermənilər bilərəkdən Azərbaycanın əkinçilik üçün yararlı torpaqlarının suvarılmasında su qıtlığı yaradıb, həmçinin həmin anbarlarda suyu yayda saxlayıb və qışda bəndləri açaraq əkin sahələrini, kəndləri suya basıblar. İndiyə kimi ətraf ərazilərdə, anbarın bənd hissəsində dağıntı riski ola biləcək yerlər müəyyənləşdirilməyib, qəza riski olan ərazilərin seysmoloji-geofiziki tədqiqatı aparılmayıb. Uzun illərdir ki, vəhşi ermənilər tərəfindən istismar olunduğundan Sərsəng bəndinin texniki cəhətdən hansı vəziyyətdə olması yoxlanılmalıdır.

Sərsəng su anbarı Ermənistan tərəfindən əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunub. Qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında saxlanılıb.

Azərbaycanın şanlı ordusu tərəfindən Suqovuşan kəndi azad olunduqdan sonra Suqovuşan su anbarından suyun buraxılmasına nail olunub. Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi, eyni zamanda, ekoloji tarazlığın təmin olunmasında mühüm addımlar atılır. Su anbarı kompleksinə lazımi texniki xidmətin göstərilmədiyi, istifadə olunan avadanlıqların köhnəldiyini nəzərə alaraq, ilk növbədə, kompleksin texniki vəziyyətinin qiymətləndirilməsinə, bənddə qəza riskinin seysmoloji-geofiziki üsullarla öyrənilməsinə çox ehtiyac var.

Son illər ərzində ölkəmizin meliorasiya sahəsində mühüm layihələr həyata keçirilir, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən Mingəçevir və Taxtakörpü su anbarlarının seysmik dayanıqlılığı öyrənilir. Biz qazandığımız təcrübəni yaxın perspektivdə Sərsəng, Suqovuşan su anbarlarında tətbiq edəcəyik. İşğaldan azad edilən ərazilərdə seysmik-geofiziki tədqiqatların aparılması üçün Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları çox böyük təcrübəyə və texniki potensiala malikdirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Daşkənddə illik 46 milyon sərnişinə xidmət göstərəcək yeni hava limanı tikilir

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirə başlayıb

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb

Aktau limanında Orta Dəhliz üzrə daşımaların 30 faizədək artırılması gözlənilir

Emin Əmrullayev: Məktəbdə ən vacib müzakirə mövzusu şagirdin öyrənib-öyrənməməsi olmalıdır

Akademik İradə Hüseynova: Müəllimin ən böyük mükafatı onun tələbəsinin uğurudur

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq

Nazir: Təhsilin əlçatan, keyfiyyətli olması və hər bir vətəndaş üçün bərabər imkanlar yaratması əsas hədəflərimizdəndir

Konqoda Ebola virusuna yoluxanların sayı 8376-ya çatıb

ABŞ Britaniyadakı hərbi bazadan bombardmançı təyyarələrini çıxarıb

Son iki gündə 60 cinayətin açılması təmin olunub

Adilə Əliyeva: Təhsildə innovativ yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır

Fransanın iqtisadiyyat naziri 2027-ci il büdcəsində şirkətlər üçün 10 milyard avroluq yük nəzərdə tutur

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Bəxtiyar Aslanbəyli: AÇG üzrə indiyədək bütövlükdə 47 milyard dollar əsaslı investisiyalar qoyulub – EKSKLÜZİV VİDEO

Rektor: Gələcəyin təhsil sistemi texnoloji baxımdan müasir olmalı, eyni zamanda, humanist mahiyyətini qorumalıdır

Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

® “PAŞA Holding” fermerlərin imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir

BMT-nin Ümumdünya Kosmos Həftəsi keçirilir

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb

J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

III Beynəlxalq Xankəndi Ultramarafonunda 5 ölkədən 100 atletin iştirakı gözlənilir

Elçin Babayev: Təhsil müəssisəsi yalnız məlumat verməməli, ilk növbədə, düşünməyi öyrətməlidir