REGİONLAR


Ağsuda şəhidlərimizin xatirəsi ehtiramla anılıb VİDEO

Ağsu, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Ağsunun Şəhidlər xiyabanında tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarından insanlar axın-axın Ağsu şəhərindəki Şəhidlər xiyabanına gəlib, torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan igid oğullarımızın məzarlarını ziyarət edib, üzərilərinə tər qərənfillər düzüblər.

Şəhidlər xiyabanında təşkil olunan mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, rayon Veteranlar təşkilatının sədri Camaləddin Zeynalov 30 illik həsrətdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımıza tarixi Qələbə bəxş edən şəhidlərimizin xatirəsinin hər birimizin qəlbində daim əziz olacağını, uyuduqları torpağın gənc nəslin inam, and yerinə çevrildiyini söyləyiblər.

Şəhid Vüqar Quliyevin anası Könül Quliyeva, şəhid İlkin Zülfüqarovun atası Nurəddin Zülfüqarov çıxışlarında övladları ilə fəxr etdiklərini söyləyiblər.

Mərasimdə Ağsu rayonu üzrə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi hacı Nurəddin İslamov şəhidlərin ruhuna dualar oxuyub.

Sonra iştirakçılar şəhidlərin xatirəsinə təşkil olunan ağacəkmə aksiyasında iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.