REGİONLAR


Qazaxda şəhidlərimizin xatirəsinə yürüş təşkil olunub, ağacəkmə aksiyası keçirilib VİDEO

Qazax, 27 sentyabr, R.Novruzoğlu, AZƏRTAC

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilib, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edib.

AZƏRTAC xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Qazax rayonunda da silsilə tədbirlər təşkil olunub, şəhidlərimizin xatirəsinə həsr edilmiş yürüş və ağacəkmə aksiyası keçirilib.

Gənclərin və rayon sakinlərinin iştirakı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin qarşısından start götürən yürüş Heydər Əliyev prospekti boyunca şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanınadək davam edib. Əllərində üçrəngli Azərbaycan Bayrağı tutmuş yürüş iştirakçıları şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Sonra Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və qazilər, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorialın önünə tər qərənfillər düzüb, igid Vətən oğullarına ehtiramlarını bildiriblər.

Sonra Qazaxın girişində, Təyyarə Abidə Kompleksinin ətrafında şəhidlərimizin xatirəsinə şam ağacları əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.