Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfər Günü və Fikrət Əmirovun yubileyi Avstriyada təntənəli şəkildə qeyd olunub VİDEO

Zalsburq, 9 noyabr, AZƏRTAC

Zəfər Günü münasibətilə Avstriyanın Zalsburq şəhərində yerləşən Motsarteum Fondunun Böyük Zalında təntənəli konsert proqramı və rəsmi qəbul təşkil olunub. Avstriyada klassik musiqi mərkəzlərindən biri olan və dahi Volfqanq Amadeus Motsartın doğulduğu Zalsburqda bəstəkarın adını daşıyan fondda ilk dəfə Azərbaycan klassik əsərləri səsləndirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Zalsburqda fəaliyyət göstərən konsulluqların təmsilçiləri, hökumət nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli açılış nitqində cari ildə bir sıra əlamətdar yubileylərin qeyd olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi tamam olur, lakin iki ölkə arasında əlaqələrin tarixi daha qədimlərə gedib çıxır. Belə ki, hələ 1473-cü ildə Azərbaycan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsən və Müqəddəs Roma İmperiyasının avstriyalı kayzeri III Fridrix arasında diplomatik yazışmalar və qarşılıqlı elçi səfərləri baş verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda Şuşa şəhərinin 270 illik yubileyi və bu münasibətlə “Şuşa İli” geniş qeyd edilir. “Azərbaycan musiqisinin məbədi” adlandırılan Şuşa şəhəri və ümumilikdə Qarabağ regionu Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş edib, həmin şəxslər Azərbaycan ədəbiyyatı, ictimai fikir və mədəniyyətinin inkişafına təkan veriblər. Onların sırasında bu il 100 illik yubileyi qeyd edilən bəstəkar Fikrət Əmirovun xüsusi yeri var. Öz ölməz əsərləri ilə Azərbaycan və dünya musiqisi üçün sanballı irs yaradan F.Əmirovun əsərlərində Azərbaycan xalq musiqisi və milli melodiyalar ön planda dayanır. F.Əmirov Avropa klassik musiqi ənənələrinin Azərbaycan milli musiqi və muğam sənəti ilə sintezini özündə ehtiva edən simfonik muğam janrının banisidir. Azərbaycan mədəniyyəti tarixində özünəməxsus izlər qoymuş dahi şəxsiyyətlər - Üzeyir Hacibəyli, Niyazi, Bülbül, Cabbar Qaryağdıoğlu və digərləri kimi Fikrət Əmirov da Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərində dünyaya göz açmışdır.

Səfir diqqətə çatdırıb ki, bu gün bütün dünyada azərbaycanlılar Şuşanın 28 illik işğaldan sonra azad edildiyi 8 Noyabr - Zəfər Gününü fəxrlə bayram edir, Vətən torpaqlarının işğaldan azad olunması üçün canını fəda etmiş igid oğullarımızın xatirəsini minnətdarlıqla anır. Diqqətə çatdırılıb ki, 2023-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan edilib, davamlı sülhün, inkişafın və tərəqqinin təmin edilməsini hədəf götürən Azərbaycan Şuşanı və ümumilikdə Qarabağ regionunu sülh və əmin-amanlıq hökm sürən məkana çevirəcəkdir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycanın tarixi, mədəni, ictimai-siyasi həyatında mühüm mərkəzlərindən biri olduğunu qeyd edən Komitə sədri şəhərin əsasının Azərbaycanın Qarabağ xanlığının xanı Pənahəli xan tərəfindən qoyulduğunu bildirib. Azərbaycan maddi-mədəni irsinin inkişafında xüsusi çəkisi olan Şuşa şəhərində toxunmuş xalçalar hələ 1867-ci ildə Parisdə beynəlxalq sərgidə mükafata layiq görülüb.

Komitə sədri diqqətə çatdırıb ki, Avstriyanın mühüm mədəni mərkəzlərindən biri olan Zalsburq şəhərində Azərbaycan Evi fəaliyyət göstərir və iki ölkə arasında mədəni və dostluq əlaqələrinin inkişafı, eləcə də soydaşlarımızın sıx birləşməsi istiqamətində müntəzəm işlər aparılır.

Tədbirin bədii hissəsində tanınmış dirijor, professor, Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Zalsburq Simfonik Orkestri Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib. Əlamətdar məqamlardan biri ondan ibarət olub ki, Y.Adıgözəlovun timsalında ilk azərbaycanlı dirijor məşhur Motsarteum Fondunun Böyük Zalında konsertə rəhbərlik edib. Konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev və digər Azərbaycan bəstəkarlarının əsərləri böyük maraqla qarşılanıb. Konsertin V.A.Motsartın məşhur əsərlərindən birinin uvertürası ilə başlaması və bəstəkar Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi“ ilə kulminasiya nöqtəsinə çatması simvolik məna daşıyıb. Hər iki ölkədə musiqi ənənələrinin dərinliyi və özünəməxsusluğunu bir daha nümayiş etdirib. Solistlər Orxan Cəlilov (bariton), Mirələm Mirələmovun (xanəndə) və Fərid Feyzullayevin (skripka) ifaları sürəkli alqışlara səbəb olub.

Konsert proqramından sonra qonaqlara ziyafət verilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Zalsburq

Zəfər Günü və Fikrət Əmirovun yubileyi Avstriyada təntənəli şəkildə qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

СМИ: Вертолеты ВВС Азербайджана оснастят турецкими установками для крупнокалиберных пулеметов

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı