AZƏRTAC Qlobal mediakonqresdə iştirakını davam etdirir VİDEO
Əbu-Dabi, 16 noyabr, Vüqar Seyidov, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Qlobal mediakonqres işini davam etdirir. AZƏRTAC həmin tədbirdə fəal iştirak edir.
Konqresin ikinci iş günündə müasir jurnalistika üçün aktual olan bir sıra mövzulara dair panel diskussiyaları və dəyirmi masalar keçirilib. Konqresin sərgi zalında AZƏRTAC agentliyi ayrıca stend ilə təmsil olunub. İştirakçılar və tədbirin qonaqları bu stendə böyük maraq göstərirlər.
Media qurumları ilə görüşlər keçirilir, əməkdaşlığın və təcrübə mübadiləsinin yolları müzakirə edilir.
Konqresin işi davam edir.