Baş Prokurorluq: #maariflənək həştəqi altında növbəti videoda “Tikintidə təhlükəsizlik qaydalarının pozulması” barədə məlumat verilir VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Prokurorluq orqanları müasir dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü və onu məmnun edən tədbirləri daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə əlaqədar vətəndaşları maraqlandıran məsələlərlə bağlı qurumun mətbuat xidməti tərəfindən maarifləndirici slaydların hazırlanaraq #heçbilirdinizmi? həştəqi altında ictimaiyyətə təqdim olunması işi davam etdirilir.
Bu həştəq altında təqdim edilən növbəti slaydda “Tikintidə təhlükəsizlik qaydalarının pozulması” barədə sual ilə bağlı vətəndaşlarımıza cavab verilib.
Slaydı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən və veb-saytından da izləmək mümkündür.