Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bərdədə yeni futbol klubu yaradılıb, stadionun təmirə ehtiyacı var FOTO VİDEO

Bərdə, 15 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə son illər idmanın digər növləri ilə yanaşı, futbol da inkişaf edir. Paytaxtla yanaşı, bölgələrdə də futbol klubları yaranır və ölkə çempionatlarında uğurla təmsil olunurlar. Uzun fasilədən sonra Bərdə rayonunda da futbol klubunun yaranması bərdəlilərin, futbolsevərlərin sevincinə səbəb olub. Lakin şəhər stadionu illərdir istifadəsiz qaldığından yararsız vəziyyətə düşüb.

AZƏRTAC-ın bölgə müxbiri "Bərdə" Futbol Klubunun oyunçu və məşqçi heyəti ilə görüşüb, onların təəssüratlarını öyrənib.

Bərdədə yeni futbol klubunun yaranmasına ən çox sevinənlərdən biri Zaur Əliyevdir. Hələ uşaq yaşlarından futbola böyük marağı olan Zaur 2007-2009-cu illərdə Azərbaycan çempionatının birinci divizionunda oynayan “ABN-Bərdə” komandasının qapıçısı olub. Rayonda yeni komandanın yaradılması xəbərini eşidəndə böyük sevinclə yenidən futbola qayıdıb.

“2002-ci ildə futbol üzrə dünya çempionatı keçirilirdi. O zaman 11 yaşım vardı. Türkiyənin oyunlarını izləyirdik. Məndə futbola maraq da həmin vaxtdan yarandı. Xüsusən türkiyəli qapıçı Rüştü Rəncbərin oyunu, - xüsusən də, onun gözünün altındakı işarə çox xoşuma gəlirdi, - məndə qapıçı olmaq həvəsi yaratdı. Həmin vaxtdan kənddə uşaqlarla futbol oynayanda özümü Rüştü Rəncbərə bənzədir, gözümün altını kömürlə rəngləyirdim. O vaxtdan futbol həyatımın bir parçasına çevrildi. 2005-ci ildə Bərdə rayon Uşaq-Gənclər İdman Məktəbində ilk dəfə uşaq futboluna gəldim. 2007-ci ildə “ABN-Bərdə” komandasına dəvət olundum. Komandanın ən gənc oyunçusu idim. Bu komanda mənim kimi gənc futbolçuların qabağa getmək üçün bir şans idi. 2009-cu ildə “ABN-Bərdə” komandası Azərbaycan çempionatının birinci divizionunda çempion oldu. Ancaq çox təəssüf ki, bir müddət sonra komandamız dağıldı, 13 il futbolsuz qaldıq. Stadion bərbad vəziyyətdə olsa da, bura gəlir, oynayırdıq. Nəhayət, bir neçə ay əvvəl xəbər gəldi ki, Bərdədə liqa üçün oyunçular yığılır. Köhnə futbolçular da, yeni uşaqlar da gəldik, məşqlərə qoşulduq. Komandamız üçün, Bərdədə futbolun inkişafı üçün əlimizdən gələni edəcəyik. Komandanın da əhvali-ruhiyyəsi yaxşıdır. Yoldaşlıq görüşləri keçirmişik. İnşallah, nailiyyət əldə edərik”, - deyə Zaur Əliyev bildirib.

Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov rayonda futbol klubunun yenidən yaradılmasını gənclərin zərərli vərdişlərdən uzaq olması baxımından yüksək qiymətləndirib: “Bərdədə 13-14 ili idi ki, futbol yox idi. Buna baxmayaraq, rayonda futbolsevərlər, futbol oynamaq istəyənlər çoxdur. Futbol ən kütləvi idman növüdür. Düşündük ki, gənclərin pis vərdişlərdən, narkomaniyadan uzaqlaşdırmaqda futbolun böyük rolu olar. Qərara gəldik ki, rayonda yenidən futbol komandası yaradaq. Bərdədəki keçmiş komandanın məşqçiləri, futbolçuları ilə danışdıq, AFFA-ya müraciət etdik. Beləliklə klub yarandı, AFFA-da qeydiyyatdan keçdi”.

Veteran futbolçu, “Bərdə” futbol klubunun baş məşqçisi Əli Quliyev bildirib ki, Bərdə şəhər stadionu 1981-ci ildə tikilib istifadəyə verilib. Müxtəlif illərdə Azərbaycan çempionatlarında çıxış edən Bərdəni təmsil edən “Pambıqçı” və “ABN-Bərdə” futbol komandaları öz oyunlarını bu stadionda keçirib. 2010-cu ildə Bərdədəki futbol komandası dağıldıqdan sonra stadion da istifadəsiz qalıb. Hazırda məşqçi və futbolçularla birlikdə stadionda müəyyən işlər gördüklərini deyən Ə.Quliyev qeyd edib ki, artıq 9 yoldaşlıq görüşü keçiriblər. Bu oyunların 8-də qalib gəliblər.

Rayon Ağsaqqallar Şurasının üzvü, Qarabağ Regional Futbol Federasiyasının rəhbəri Əliş Şərifov şəhər stadionunun təmirə ehtiyacı olduğunu söyləyib: “Bərdədə müxtəlif illərdə müxtəlif komandalar fəaliyyət göstərib. Bərdənin sayılıb-seçilən futbolçuları olub. Son 13 ildə isə Bərdədə futbol olmayıb. İndi “Bərdə” komandası yaratmışıq. Öz gücümüz hesabına stadionu təmir edirik. Lakin buranın əsaslı təmirə ehtiyac var. Köməklik olsa, daha yaxşı olar. Hazırda həvəskarlar liqasındayıq. Məqsədimiz 8 komandanın arasında çempion olub, ikinci dəstəyə vəsiqə qazanmaqdır”.

Bərdədə yeni futbol klubu yaradılıb, stadionun təmirə ehtiyacı var  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb