Mağazalardan oğurluq edən şəxs saxlanılıb VİDEO
İmişli, 18 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən mağazalardan oğurluq etməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi oğurluq əməllərini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Muradov cari ilin oktyabr-noyabr ayları ərzində rayon ərazisində yerləşən üç mağazaya qanunsuz daxil olaraq oradan mobil telefon, pul, danışıq kartları və tütün məmulatları oğurlamaqla zərərçəkmişlərə, ümumilikdə, 7000 manatdan artıq maddi ziyan vurub.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.