28 MAY – RESPUBLİKA GÜNÜ İZMİR ŞƏHƏRİNDƏ DƏ QEYD OLUNACAQDIR
AZƏRTAC xəbər verir ki, mayın 28-də Türkiyənin İzmir şəhərindəki “İsmet İnönü” Sənət Mərkəzində Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təntənəli bayram şənliyi keçiriləcəkdir.
İzmirdə təhsil alan azərbaycanlı tələbələr, Azərbaycan Mədəniyyət Evi və Dayanışma Dərnəyinin təşkil etdiyi tədbirdə 28 May - Respublika gününün tarixi, Azərbaycan xalqının müstəqillik tarixi, dövlətçilik ənənələri ilə bağlı məruzələr dinləniləcək, Azərbaycan haqqında film nümayiş etdiriləcək, Azərbaycan və Türkiyə müsiqiçilərinin birgə konserti olacaqdır.
Bayram şənliyinə azərbaycanlı tələbələr və diasporumuzun nümayəndələri ilə yanaşı İzmir şəhərinin rəsmiləri və yerli sakinlər də qatılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]