Maltanın sabiq Baş naziri Bakı Forumunda çıxış edib: Yalnız inteqrasiya və uzlaşma ilə bir araya gəlmək mümkündür VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Qlobal problemlərin mövcud olduğu dünyamızda əsas problemlərdən biri də ortaq məxrəcə və ya kompromisə gəlinməməsidir. Biz böyük ailənin üzvləriyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Maltanın sabiq Baş naziri Cozef Muskat XI Qlobal Bakı Forumu çərçivəsində “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda martın 16-da keçirilən panel iclasda səsləndirib.
Forum iştirakçısı vurğulayıb ki, birləşdirilmiş səylərlə, inteqrasiya və uzlaşma ilə bir araya gəlmək mümkündür.
“Son olaraq bildirmək istəyirəm ki, Avropa İttifaqına üzvlüklə bağlı təhlükəsizlik məsələsinin qaldırılmasını düzgün hesab etmirəm”, - deyə Cozef Muskat qeyd edib.