31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ İLƏ ƏLAQƏDAR KANADADA MİTİNQ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Kanada Azərbaycan Assosiasiyaları Assambleyasının (KAAA) təşkilatçılığı ilə mitinq keçirilmişdir.
KAAA-nın mətbuat xidmətindən bildirmişlər ki, mitinqdə Toronto, Monreal və Ottava şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.
Kanada parlamentinin binası önündə başlayan aksiyada ermənilərin tarixən azərbaycanlılara və türklərə qarşı törətdikləri terror və soyqırımı aktları barədə çıxışlar olmuş, erməni terroruna və təcavüzünə son qoyulması, Xocalı soyqırımının tanınması ilə bağlı şüarlar səslənmişdir.
Daha sonra əllərində transparantlar və şüarlar tutmuş mitinq iştirakçıları Kanada Federal Ali Məhkəməsi binasına qədər yürüş keçirmişlər və tədbir burada davam etdirilmişdir.
Mitinq soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]