ATGTİ Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı fləş-mob keçirib VİDEO



Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “WE DEMAND!” adlı fləş-mob keçirilib.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 3 mindən çox tələbənin iştirakı ilə keçirilən fləş-mobun başlıca məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək və Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq olub.
“Tələb edirik!” şüarı ilə reallaşan fləş-mobda tələbə gənclərdən ibarət formalaşdırılan “WE DEMAND!” kompozisiyası bəşəriyyətə qarşı yönəlmiş bu hərbi cinayətin hər zaman yaddaşlarda qaldığına işarə edib.