Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb VİDEO

Vatikan, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Müqəddəs Taxt-Tacın Vatikan Qriqorian Pontifik Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi və Alban-Udi Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda Qafqaz Albaniyası irsinə həsr edilən XII beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov konfransın Azərbaycanda xristianlığın, dini müxtəlifliyin və multikulturalizmin zəngin tarixinin araşdırılmasına həsr olunduğunu bildirib. Diplomat qeyd edib ki, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əsrlərdən bəri müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu məkan olub. Bu baxımdan, belə bir mühüm tədbirin nüfuzlu Qriqorian Pontifik Universitetində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

“Zəngin və çoxşaxəli tarixi boyu xristianlıq bu bölgənin mədəni və mənəvi mənzərəsinin formalaşmasında mühüm rol oynayıb. Xristian inancının ilk günlərindən bu günə qədər Azərbaycan xristian icmalarının və irsinin mövcudluğunun şahidi olub, onların hər biri özünəməxsus və davamlı şəkildə cəmiyyətin quruluşuna töhfə verir. Tarixi mənbələr Azərbaycanın xristianlığın qədim ərazilərindən biri olduğunu göstərir. Həmçinin Azərbaycan qədim Şərq kilsəsinin – dünyanın ən qədim kilsələrindən biri olan Alban Apostol Kilsəsinin vətənidir. Müasir dövrümüzə qədər uzanan qədim xristian kilsələri, monastırlar və məbədlər ölkəmizdə xristianlığın necə tarixi əlaqələrə malik olduğunu əyani şəkildə göstərir”, - deyə İlqar Muxtarov bildirib.

Səfir vurğulayıb ki, 2002-ci ildə Roma Papası II İohan Pavel, ardınca isə 2016-cı ildə Papa Fransisk Azərbaycana apostol səfəri zamanı həm Azərbaycanı xristianlığın qədim mərkəzlərindən biri, həm də multikultural dəyərlərə dərin kök salmış bir xalq kimi vurğulayıblar: “Onlar ölkənin zəngin xristian irsini və onun müxtəlif dinlər arasında dini birgəyaşayış, tolerantlıq və dialoqun simvolu rolunu qeyd ediblər”.

İlqar Muxtarov qeyd edib ki, Azərbaycanın ən diqqətçəkən xüsusiyyətlərindən biri multikulturalizmə yanaşmasıdır. Ölkə müxtəlif etnik mənsubiyyətə, dillərə və dinlərə mənsub insanlar arasında sülh şəraitində birgə yaşayışı təşviq etmək üçün unikal imkanlara malikdir. Müsəlmanlar, pravoslav və katolik xristianlar, yəhudilər və bir çox başqa icmalar birlikdə harmoniyada yaşayır, hər biri millətin sosial, mədəni və siyasi quruluşuna töhfə verir: “Multikulturalizmə bağlılıq təkcə tarixi miras deyil, həm də Azərbaycanın müasir kimliyinin fəal hissəsidir. Dünyəvilik Azərbaycan xalqının gen yaddaşında var. Bura yəhudilərin min illərdən bəri zülm görmədən yaşadığı, xristian kilsələrinin çiçəkləndiyi, müsəlmanların məsciddə namaz qıldığı yerdir. Azərbaycanda əhalinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, ölkə dünyəvi respublikadır, bütün inanclara açıqdır. Ölkə rəhbərliyi müxtəlif dinlərin mədəni kimliyinin və irsinin qorunub saxlanmasının və təbliğinin vacibliyini ardıcıl olaraq vurğulayır. Azərbaycan hər zaman dinlərarası dialoq sahəsində nailiyyətlərin tərəfdarıdır. Dialoq vasitəsilə mədəniyyətlər və inanclar arasında anlaşma, hörmət və mərhəmət körpüləri qurmaq imkanımız var”.

Daha sonra Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti, kardinal Corc Yakob Kuvaqadın, eləcə də Şərq Kilsələri üzrə Dikasteriyanın prefekti, kardinal Klaudio Qucerottinin konfrans iştirakçılarına ünvanladıqları məktublar səsləndirilib.

Çıxış edən AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov vurğulayıb ki, Odlar yurdu Azərbaycan uzun bir tarixi inkişaf yolu keçib. Bu tarixi yolun minillik dövrü Qafqaz Albaniyası ilə bağlıdır: “Ona görə də Qafqaz Albaniyasının tarixinin hərtərəfli öyrənilməsi, eyni zamanda, beynəlxalq səviyyədə təbliği Azərbaycan tarixinin prioritet istiqamətlərindən biridir. Bu vəzifənin yerinə yetirilməsinə dünyanın müxtəlif elmi təşkilatlarında və dini qurumlarında çalışan alimlərin də cəlb edilməsinə xüsusi diqqət yetirilir. Qafqaz Albaniyasının tarixinə həsr olunan bu konfrans sayca 12-cidir. Bu konfranslarda Qafqaz Albaniyası müxtəlif aspektlərdə araşdırılır, öyrənilir və müzakirələr aparılır. Bu konfranslar indiyədək Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində keçirilib. Beynəlxalq konfransların sistemli şəkildə davam etdirilməsi ona olan böyük elmi marağı təsdiq edir”.

Kərim Şükürov qeyd edib ki, Azərbaycan dünya sivilizasiyasına dəyərli töhfələr verib, burada mühüm tarixi sivilizasiyalar mövcud olub. Onların içərisində xristianlıq sivilizasiyasının da xüsusi yeri var: “Təəssüflə qeyd etmək lazımdır ki, dünyanın müxtəlif ölkələrindəki bəzi elmi, hətta siyasi dairələr Azərbaycanı bu tarixi irsdən ayırmağa çalışır. Bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan bu irsə yüksək dəyər verir, onu həssaslıqla mühafizə edir. Ona görə də Azərbaycanda Qafqaz Albaniyasının, onun dini-mənəvi həyatının tərkib hissəsi olan xristianlığın həm tarixi, həm də müasir kontekstdə araşdırılması çox önəmlidir”.

Tarixçi-alim vurğulayıb ki, “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusuna həsr olunan konfransın Vatikanda və Romada keçirilməsi təsadüfi deyil. Bu elmi hadisə burada mövcud olan arxiv və kitabxanalardan yeni mənbələrin aşkar edilməsinə və elmi dövriyyəyə cəlb olunmasına imkan verəcək, dövlətlərimizin elmi əməkdaşlığı tarixində mühüm səhifə açacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov diqqətə çatdırıb ki, Mərkəz Qafqaz Albaniyası irsinin öyrənilməsinə xüsusi diqqət yetirir: “Bunun bir neçə səbəbi var. Azərbaycan müsəlman ölkəsi kimi tanınır. Çünki Azərbaycan əhalisinin təxminən 95 faizi İslam dininə mənsubdur, lakin Azərbaycanda multikulturalizm dəyərləri və tolerantlıq yüksək səviyyədədir və dünyəvi ölkədir. Azərbaycanda zəngin İslam irsi ilə yanaşı, xristian və yəhudi irsi də var. Bu gün cəmiyyətimizdə bütün dinlərin nümayəndələri dini inanclarını sərbəst şəkildə yaşaya bilirlər. Qürur hissi ilə deyə bilərik ki, həm Qafqazın ən qədim məscidi – Şamaxı məscidi, həm də ən qədim kilsə – Alban Kiş məbədi Azərbaycanda yerləşir. Biz bu mədəni və dini müxtəlifliyi qoruyub saxlayırıq”.

Rəvan Həsənov qeyd edib ki, Azərbaycanda multikulturalizm sadəcə bir konsepsiya və ya akademik nəzəriyyə deyil, Azərbaycan xalqının həyat tərzidir və dövlət siyasətinin əsas istiqamətidir: “Coğrafi mövqeyinə və mürəkkəb tarixi fonuna görə Azərbaycan həmişə etnik və dini cəhətdən müxtəlif olub. Sovet İttifaqının süqutundan və müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan çoxillik tolerantlıq ənənələrini milli siyasət səviyyəsinə qaldırıb, hərtərəfli qanunvericilik, inzibati və siyasi islahatlar həyata keçirilib. Bu siyasətin əsas ideyası Azərbaycanın tolerant və multikultural mühitini və zəngin mədəni irsini qorumaqdır. Bu missiyanı dəstəkləmək Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədidir. Biz inanırıq ki, multikulturalizm təkcə ölkədaxili prioritet deyil, həm də regionumuzda və potensial olaraq bütün dünyada sülhü təşviq etmək üçün əsasdır. Məhz buna görə də Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq layihələrini ardıcıl olaraq dəstəkləyir və buna təşəbbüs göstərir”.

İcraçı direktor bildirib ki, Qafqaz Albaniyası irsinə həsr edilən “Azərbaycanda xristianlıq: tarix və müasirlik” mövzusunda XII beynəlxalq elmi konfransda Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin iştirakı bu mövzunun vacibliyini və aktuallığını bir daha vurğulayır: “Əminəm ki, elmi konfrans öz məqsədlərinə cavab verəcək, eyni zamanda, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çoxillik və dərin dostluğu daha da möhkəmləndirəcək”.

Alban-Udi Xristian Dini İcmasının sədri, Bakı Dövlət Universitetinin böyük elmi işçisi Robert Mobili Azərbaycanın müxtəlifliyə dəyər verən, bütün xalqlara və dinlərə hörmət göstərən, onların hüquq və azadlıqlarını qoruyan müqəddəs torpaq olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan harmoniya və birgəyaşayışın qiymətləndirildiyi, insan ləyaqətinə yüksək dəyər verildiyi ölkədir.

O qeyd edib ki, Azərbaycanda dini icmalarla bağlı heç bir problem yaşanmır, ölkədə kilsə və sinaqoqlar dövlət tərəfindən təmir edilir.

Robert Mobili qeyd edib ki, bu konfrans qədim Qafqaz Albaniyası irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Konfrans bölmə iclasları ilə davam edib. “Azərbaycanın müasir xristian icmaları multikultural cəmiyyətin sütunu kimi”, “Azərbaycan: tarixi coğrafiya və dövlətçilik”, “Azərbaycanda xristianlıq: mənbəşünaslıq və tarixşünaslığa dair”, “Qafqaz Albaniyasının arxeoetnoqrafik, linqvistik və mədəni irsi” mövzularını əhatə edən bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır. Qafqaz Albaniyası min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutub, özündən sonra mühüm tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi nəticəsində albanşünaslıq elm sahəsi yaranıb və bu gün də inkişaf etməkdədir. Azərbaycan zəngin Alban etno-mədəni irsinin, Qafqaz Albaniyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslığın tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərinin araşdırılması, Alban etno-mədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Vatikanda Qafqaz Albaniyası irsinə həsr edilən elmi konfrans işə başlayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyasının həyata keçirilməsi ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını və səviyyəsini bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub