ABŞ rəsmisi: Azərbaycan və Ermənistanın sülh müqaviləsini imzalamasını səbirsizliklə gözləyirik VİDEO
Vaşinqton, 29 may, AZƏRTAC
Azərbaycan və Ermənistan arasında sülh vacibdir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Enerji katibinin Beynəlxalq əlaqələr üzrə köməkçisi vəzifəsini icra edən edən Tommi Coys Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbulda çıxışı zamanı deyib.
“Biz Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətni ilə bağlı razılığa gəlməsindən razıyıq və tərəflərin tezliklə müqaviləni imzalayıb ratifikasiya etmələrini səbirsizliklə gözləyirik. Prezident Trampın da dediyi kimi, onun administrasiyası bütün dünyada sülhü təşviq edir. Bu gün ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini bir daha təsdiqləyir”,- deyə Enerji Departamenti rəsmisi əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton