Hacıqabulda yük avtomobili yoldan çıxıb, sürücü xəsarət alıb VİDEO
Hacıqabul, 5 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabul rayonunda yük avtomobilinin idarəetməni itirərək yoldan kənara çıxması ilə nəticələnən qəza zamanı sürücü xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 00 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən ərazisində qeydə alınıb.
Kamil Novruzovun idarə etdiyi yük avtomobili hərəkətdə olarkən qarşısına çıxan maneə nəticəsində idarəteməni itirərək yol kənarına çıxıb. Hadisə zamanı xəsarət alan sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.