Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimat keçirilib VİDEO

Berlin, 19 noyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyinin, Alman İqtisadiyyatının Şərq Komitəsinin və “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin birgə təşkilatçılığı ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə təqdimat keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Azərbaycan-Almaniya münasibətlərinin bir çox istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat Prezident İlham Əliyevin son iki ildə Almaniyaya dörd dəfə səfər etməsinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu ilin aprelində ölkəmizə ilk rəsmi səfərinin ikitərəfli münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğunu vurğulayıb. Almaniyanın yeni hökuməti ilə dialoqun da yüksələn xətt üzrə davam etdiyini bildirən diplomat alman iqtisadiyyatının Azərbaycana artan marağının bu dinamikanı daha da möhkəmləndirdiyini qeyd edib. Bu kontekstdə Azərbaycanın regionda artan geosiyasi və geoiqtisadi çəkisinin, Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulmasının, Orta Dəhlizdə oynadığı açar rolun, Ermənistanla sülh müqaviləsi istiqamətində sürətli irəliləyişin və nəqliyyat-logistika sahəsinin inkişafının Almaniyanın bu strateji bölgədə iqtisadi iştirakı üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamasından söz açan N.Ağayev Azərbaycanın hazırda Avropanın 10 ölkəsinə qaz tədarük etdiyini qeyd edib. Diplomat ildə 3 milyard kubmetrlik Azərbaycan qazının Almaniyaya ixracını nəzərdə tutan müqavilələrin əhəmiyyətini vurğulayaraq, bunun enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib. Səfir, eyni zamanda, yaşıl enerjiyə keçid sahəsində ölkəmizin son illərdə qazandığı nailiyyətləri qeyd edərək, əldə olunacaq enerjinin Avropaya ixracı layihəsinin böyük perspektivlər vəd etdiyini və bu sahədə də alman şirkətlərinin fəal iştirakının arzuedilən olduğunu vurğulayıb.

Alman İqtisadiyyatının Şərq Komitəsinin Şərqi Avropa üzrə regional direktoru Alena Akuliç çıxışında Assosiasiyanın fəaliyyət istiqamətləri və Azərbaycanla iqtisadi əməkdaşlığın genişlənən gündəliyi barədə məlumat verib. O bildirib ki, Komitə Cənub-Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən 350-dən çox alman şirkətini dəstəkləyir və bu iş Almaniya hökuməti, tərəfdaş qurumlar, eləcə də Azərbaycanın Almaniyadakı səfirliyi ilə səmərəli əməkdaşlıq şəraitində həyata keçirilir.

A.Akuliç Azərbaycanın regionda aparıcı iqtisadi platforma kimi yüksələn rolunu qeyd edərək, tərəfdaşlığın əsas istiqamətlərinin yaşıl enerji, rəqəmsal transformasiya, innovasiya və institusional islahatların dəstəklənməsi olduğunu bildirib. O, bu il imzalanan ticarət, iqtisadiyyat və investisiyalara dair birgə yol xəritəsində kimya sənayesi, səhiyyə, rəqəmsallaşma və yaşıl keçid üzrə 10-dan çox konkret layihənin əksini tapdığını qeyd edib.

Regional direktor “Yaşıl Enerji Dəhlizi” üzrə üçtərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də yeni layihələrin işə salınması perspektivlərinin Komitə üçün prioritet istiqamətlərdən olduğunu qeyd edərək, Bakıya son səfəri zamanı bir sıra müqavilələrin imzalanmasının biznes marağının artmasını göstərdiyini deyib.

Sonra “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) baş direktoru Fərhad Məmmədov “Yaşıl Enerji Dəhlizi” və layihənin reallaşması istiqamətində görülən işlər, eləcə də bu prosesdə Azərbaycanın fəal rolu barədə geniş təqdimatla çıxış edib.

Qeyd olunub ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən “Yaşıl Enerji Dəhlizi” bu dörd ölkənin təmiz və təhlükəsiz enerjinin ötürülməsi üzrə ortaq strateji baxışına əsaslanır. Sazişin 2022-ci ildə imzalanmasından sonra dörd ölkə arasında 11 nazirlər görüşü keçirilib, texniki-iqtisadi əsaslandırma üzrə razılaşma əldə olunub və birgə müəssisə yaradılıb.

F.Məmmədov qeyd edib ki, Avropa İttifaqının layihəni prioritet dənizüstü enerji dəhlizləri sırasında tanıması İttifaqın bölgəyə və layihəyə siyasi dəstəyini nümayiş etdirir.

Məlumat verilib ki, 1200 kilometrlik hissəsi Qara dənizin dibindən keçməklə ümumi uzunluğu 3 min kilometr olan ümumilikdə dörd giqavat gücündə kabellər vasitəsilə 2040-cı ilədək yaşıl enerjinin Avropaya ötürülməsi planlaşdırılır. Hazırda layihə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planına (TYNDP) daxil edilmə, qarşılıqlı maraq doğuran layihə statusu alma və genişləndirilmiş texniki-iqtisadi əsaslandırma mərhələsindədir.

Baş direktor, həmçinin dənizaltı kabel texnologiyaları, istehsalçı şirkətlərlə danışıqlar, potensial tərəfdaşlıq modelləri və layihənin reallığa çevrilməsi mərhələsi üçün mümkün inkişaf variantları barədə məlumat verib. Bundan əlavə, layihənin uğurla icrası üçün qarşıdakı dövrdə müxtəlif maraqlı tərəflər və potensial enerji alıcılarl ilə əməkdaşlığın daha da gücləndiriləcəyi vurğulanıb.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev şirkətin bərpaolunan enerji sahəsində fəaliyyəti barədə təqdimatla çıxış edib. Bildirilib ki, SOCAR artıq yalnız neft-qaz sahəsində deyil, inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. Bu çərçivədə 2024-cü ilin martında yaradılmış “SOCAR Green” bərpaolunan enerji təşəbbüslərinə öncüllük edir. “SOCAR Green”in uğurlu əməkdaşlığından söz açan E.Musayev “Masdar”, bp və Çin şirkətləri ilə irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib.

Ölkəmizin nəhəng bərpaolunan enerji potensialının mövcudluğunu və bu mənbələr hesabına enerji gücünün artılrıldığını vurğulayan baş direktor bildirib ki, Azərbaycan özünü enerji keçidinə uyğunlaşdırır. Bu baxımdan Braziliyada Azərbaycan tərəfindən yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”nin elan olunduğu qeyd edilərək bildirib ki, əvvəlki hədəf 2050-ci ilədək istixana qazı emissiyalarını 40 faizədək azaltmaq idisə, hazırda bu hədəfə 2035-ci ilə qədər nail olmaq qarşıya məqsəd qoyulub.

Çıxış və təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında səmərəli müzakirələr aparılıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Berlində “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi ilə bağlı təqdimat keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlar” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib