Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İsa Həbibbəyli: Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Mərkəzi Elmi Kitabxananın Milli Elmlər Akademiyasının, eləcə də Azərbaycan elminin, yeni nəsillərin inkişafında və formalaşmasında müstəsna xidmətləri olub və bugünkü konfransla 1925-ci ildən, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti zamanından fəaliyyət göstərən kitabxananın 100 illik inkişaf yoluna nəzər salırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 21-də Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanda akademiya tipli ilk elmi qurum 1259-cu ildə Nəsirəddin Tusi tərəfindən yaradılmış Marağa Rəsədxanasıdır və burada astronomiya ilə yanaşı, riyaziyyat, tibb, metafizika, fəlsəfə, xəttatlıq və elmin bir çox sahələrinə dair tədqiqatlar aparılmışdır. Həmin dövrdə Azərbaycanda iki böyük kitabxananın fəaliyyət göstərdiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, onlardan biri Əbülfəz Naxçıvaninin Gəncədə qurduğu kitabxana olub və burada iki min sayda kitab və əlyazma oxuculara təqdim edilib. AMEA rəhbəri diqqətə çatdırıb ki, digəri isə Marağa Rəsədxanasının kitabxanası olub, burada 400 adda kitab qorunub və bununla da Azərbaycanda Akademik kitabxananın əsası qoyulub.

XX əsrdə Azərbaycanda yenidən Akademik kitabxana işinin formalaşdığını deyən akademik İsa Həbibbəyli 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin qərarı ilə bugünkü Mərkəzi Elmi Kitabxananın sələfi olan Kitabxana-biblioqrafiya bürosunun yaradıldığını söyləyib. Vurğulayıb ki, kitabxananın ilk direkoru Hənəfi Zeynallı qurumun təşəkkülü və inkişafı, eləcə də fondlarının zənginləşməsində mühüm xidmətlər göstərib. Həmçinin görkəmli ədəbiyyatşünas-biblioqraf professor Aleksandr Baqrinin bu istiqamətdə böyük töhfələri olub. Sonrakı illərdə bir çox görkəmli şəxsiyyətlərin, alimlərin kitabxananın rəhbərliyində təmsil olunduğunu bildirən AMEA rəhbəri hər birinin öz fəaliyyəti ilə kitabxananın, eləcə də Azərbaycan elminin inkişafına xidmət etdiklərini deyib.

“Ölkəmizin taleyində olduğu kimi, Mərkəzi Elmi Kitabxananın da inkişafında iki mərhələ xüsusi rol oynayır. Bunlardan ilki Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdir ki, bu tarix respublikamızın intibah dövrü olduğu kimi, Akademiyanın da inkişaf mərhələsi kimi yaddaşlarda qalıb, Azərbaycan elmində bir çox tarixi nailiyyətlər əldə edilib, Akademiyanın maddi-texniki bazası möhkəmləndirilib, o cümlədən Mərkəzi Elmi Kitabxanada yeni fondlar yaradılıb, kitab ehtiyatı zənginləşdirilib. Mərkəzi Elmi Kitabxananın fəaliyyətində ikinci önəmli mərhələ isə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə kitabxananın yeni binasının tikilməsi və özünün iştirakı ilə 2014-cü il mayın 5-də istifadəyə verilməsidir. Məhz Prezidentin qayğısı nəticəsində bu gün müasir standartlara cavab verən kitabxana qurulmuşdur”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb. Dünyanın 30-a yaxın Elmlər Akademiyasının kitabxanasını ziyarət etdiyini deyən akademik İsa Həbibbəyli heç birinin Mərkəzi Elmi Kitabxananın binası kimi müasir olmadığını, binanın məhz ölkə başçısının tapşırığı əsasında dünya təcrübəsi öyrənilməklə, XXI əsrin modern texnologiyası əsasında tikildiyini bildirib.

AMEA rəhbəri çıxışında vurğulayıb ki, elektron xidmətləri genişləndirmək üçün Mərkəzi Elmi Kitabxananın maddi-texniki bazası gücləndirilib, yeni texnikalarla işləməyi bacaran kadrlar yetişdirilib və hazırda işlər davam etdirilir.

“Mərkəzi Elmi Kitabxana dünya kitabxanalarına da qoşulub. Əgər ilin əvvəlində dünyanın 81 kitabxanasına qoşulmuşduqsa, artıq bu rəqəm 120-ni keçib. ABŞ, Fransa, Böyük Britaniya və bir çox ölkənin zəngin kitabxanasını onlayn oxuya bilirik və bu proses davam edir. AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxananın Akademiklər zalı yenidən qurulub, Akademiklər fondu, oxu zalı yaradılıb. MEK-in əsas fəaliyyət istiqamətlərindən biri də azərbaycançılıq və müstəqil dövlətçiliyimizin inkişafına dəstək verməkdir və bu yöndə əməli fəaliyyət uğurla davam etdirilir. Mərkəzi Elmi Kitabxana bu gün biblioqrafiyaşünaslıq işində yaxından iştirak edir və sanballı akademik nəşrlər ortaya qoyur. Son illərdə Mərkəzi Elmi Kitabxana, həmçinin öz beynəlxalq əlaqələrini genişləndirib. Başda Türkiyənin Prezident Kitabxanası olmaqla, dünyanın bir çox aparıcı kitabxanaları ilə sıx əlaqələr qurulub, onların təcrübəsindən istifadə etməklə elektron kitabxana sistemi təkmilləşdirilir. Mərkəzi Elmi Kitabxananın əməkdaşları regionlarımızda da kitabxana quruculuğu prosesində yaxından iştirak edir, öz təcrübələrini mütəmadi onlarla bölüşürlər”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Dövlətimizin başçısının süni intellekt və rəqəmsal inkişafla bağlı qarşıya qoyduğu vəzifələrdən irəli gələrək Akademiyada bir çox işin həyata keçirildiyini deyən AMEA rəhbəri hazırda elektron arxiv quruculuğu istiqamətində də işlərin sürətləndirildiyini, maddi-texniki bazanın gücləndirildiyini və dekabr ayında istifadəyə verilməsinin nəzərdə tutulduğunu söyləyib.

AMEA rəhbəri qeyd edib ki, 2022-ci ilin oktyabr ayından yeniləşən Akademiya naminə islahatlar həyata keçirilir və inkişaf edən kitabxana elmimizin, Akademiyanın inkişafının göstəricisidir.

Akademik İsa Həbibbəyli çıxışının sonunda vurğulayıb ki, Mərkəzi Elmi Kitabxana Akademiyanın, Azərbaycan elminin inkişafında məsuliyyətli, çətin yol keçib və Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr Azərbaycan elminin, alimlərimizin gələcək yol xəritəsi olduğu kimi, kitabxananın da inkişafına işıq salır. Akademik İsa Həbibbəyli bu şərəfli yolda MEK-in kollektivini təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Akademik İsa Həbibbəyli: Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO