Azərbaycan və İordaniya əczaçılıq sahəsində müştərək layihə icra edə bilər VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
İordaniya ilə əczaçılıq sahəsində müştərək layihələrimiz ola bilər.
Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində keçirilən brifinqdə maliyyə naziri Sahil Babayev AZƏRTAC-ın sualına cavab olaraq bildirib ki, iki ölkənin kənd təsərrüfatı sahəsində kifayət qədər potensialı mövcuddur.
“Biz İordaniya bazarında bu sahənin potensialını görürük. Turizm sahəsində hər iki ölkədən turistik axın var və Azərbaycana səfər edən İordaniya turistlərinin sayı ötən illə müqayisədə bu il 50 faiz artıb. İordaniyanın 37 vətəndaşı Azərbaycanda təhsil alır”, - deyə nazir əlavə edib.