Tərtərdə keçirilən ağacəkmə aksiyasında 110 ədəd Eldar şamı əkilib
Tərtər, 13 dekabr, T.Ağaməmmədov, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı Tərtər-Bərdə avtomobil yolunun kənarında 110 ədəd Eldar şamı əkilib.
Əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.