3 DEKABR - BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Gənclər, idman və turizm nazirinin müavini İntiqam Babayev və “Lotos” ƏDTM-in direktoru Yelena Taranova seminarın məqsədindən, əlilliyi olan gənclərin cəmiyyətdə rastlaşdıqları təhsil, səhiyyə və məşğulluq problemlərinin aradan qaldırılması yollarından, sağlam insanların diqqətinin bu problemlərin həllinə yönəldilməsinin və gənclərin asudə vaxtlarının səmərəli təşkilinin vacibliyindən danışmışlar.
Gənclər arasında “Əlilliyə qarşı tibbi və sosial yanaşma”, “Stereotiplər”, “Ətraf mühit əlilliyi olan insanlar üçün müəssərdirmi?”, “Təhsil və işədüzəlmə məsələləri” və digər mövzularda müzakirələr aparılmışdır. Tədbirin bədii hissəsində əlil insanların cəmiyyətə inteqrasiyasının təmini ilə bağlı “Azərbaycan: Maneəsiz Kino” kinofestivalına təqdim olunmuş filmlərdən bir neçəsi nümayiş etdirilmişdir.