Şamaxıda dəm qazı faciəsi: ana və iki övladı xəstəxanaya yerləşdirildi VİDEO
Şamaxı, 5 fevral, Rəşad Türkoğlu, AZƏRTAC
Şamaxı rayonunda dəm qazından zəhərlənmə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü - ana və iki övladı zəhərlənmə şübhəsi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.