Kəlbəcərdə maraqlı mənzərə: At və itin dostluğu "Bir qalanın sirri"ni xatırlatdı VİDEO
Kəlbəcər, 5 fevral, AZƏRTAC
Kəlbəcər rayonunda sakinlər tərəfindən lentə alınan "atla itin dostluğu" sosial şəbəkələrdə böyük marağa səbəb olub.
AZƏRTAC xəbər verir ki, görüntülərdə atla itin dağlar qoynunda, yollarda mehriban şəkildə qoşa addımlaması əks olunub. Bu mənzərə izləyicilərə "Bir qalanın sirri" filmindəki məşhur “Xallı” və “Yallı”nın dostluğunu xatırladıb. Filmdəki obrazların real həyatdakı bənzəri kimi qəbul edilən bu iki canlının bağlılığı, heyvanlar aləmindəki dostluğun nadir və təsirli nümunəsi kimi izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.