Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib VİDEO

“Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib VİDEO

Bakı, 24 fevral, foto Aydın Məmmədov, AZƏRTAC

“Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin fevralın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi yerin təkindən istifadə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb və əsasən aşağıdakı məsələləri tənzimləyir:

- su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil edilməsi.

Ölkəmizdə su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət edəcək.

- yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılması. Buraya aiddir:

yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası;

qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar.

Qeyd etmək lazımdır ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və "Lisenziyalar və icazələr haqqında" Qanun ilə müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda, Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib. Təklif olunan dəyişiklik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.

- yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən, bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.

- yer təki sahələrinin rekultivasiyası.

Rekultivasiyanın məqsədi işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.

Qeyd etmək lazımdır ki, ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyil. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.

Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ- mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcək.

“Yerin təki haqqında” Qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır