ABŞ-İran razılaşması: Azərbaycan balanslı siyasətini davam etdirir VİDEO
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-İsrail və İran arasında artıq bir aydan çoxdur davam edən gərginlik müvəqqəti olaraq başa çatıb. Tərəflər müharibənin dayandırıldığını və ikihəftəlik atəşkəs razılaşmasının əldə olunduğunu bəyan ediblər. Rəsmi Vaşinqton İrana qarşı hücumların, rəsmi Tehran isə əks-hücum əməliyyatlarının dayandırılacağını bildirib. Prezident İlham Əliyev əldə edilmiş atəşkəs razılaşması ilə bağlı İran Prezidenti Məsud Pezeşkiana zəng edib. Qeyd etmək lazımdır ki, dövlətimizin başçısının atəşkəsin elan olunmasından sonra İranı təbrik edən ilk liderdir.
Daha ətraflı AZƏRTAC-ın videoreportajında.