Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans VİDEO

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Əqli Mülkiyyət Agentliyi tərəfindən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunub.

Konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirib ki, aprelin sonu əqli mülkiyyət aləmində əlamətdar dövrdür. Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür və aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu əlamətdar günlərin təntənəli şəkildə qeyd olunmasında Azərbaycan artıq böyük təcrübəyə malikdir. 1997-ci ildən Kitab və Müəlliflik hüququ bayramı, 2001-ci ildən əqli mülkiyyətin təntənəli günləri bizim ölkədə keçirilir. Bu ənənə Agentlikdə illər boyu mövcuddur: 10 ildir ki, ənənəyə çevrilən “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və hər il “və ya” sözləri yeniləşən bu konfrans böyük maraqla qarşılanır və ictimai rəydə öz yerini tutur.

“Bu tədbirin keçirilməsində məqsədimiz əqli mülkiyyətə, xüsusən kitablara və onları qoruyan müəlliflik hüququna diqqəti cəlb etmək, yaradıcılığa dəstək vermək, əqli mülkiyyət mədəniyyətinin artırılmasına xidmət etmək və şübhəsiz hay-erməniçilik saxtakarlıqlarını, uydurmalarını və yalanlarını ifşa etməkdir.

Son illər tədbirlərimizin keçirilmə zamanı xüsusi əhvali-ruhiyyə ilə müşahidə olunur: öz gücü hesabına ədaləti bərqərar edən müzəffər xalq və qalib dövlət suveren ərazisinə özü nəzarət edir.

Unudulmayan tarix və bərpa olunan gələcək hamımızı ruhlandırır.

Prezident İlham Əliyevin sözləri ilə desək, hər zaman “güclü olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq”, - deyə Kamran İmanov vurğulayıb.

Agentliyin rəhbəri diqqətə çatdırıb ki, hərbi gücü diplomatiya ilə, iqtisadi inkişafı sosial ədalətlə və milli birliyi qlobal mövqe ilə uzlaşdıran, konseptual inkişaf xəritəsini və Azərbaycan vətəndaşını bu siyasətin mərkəzində saxlayan müəllif – Prezident İlham Əliyevdir.

Heç təsadüfi deyildir ki, məşhur türk müdriklik xəzinəsi “Qutadqu-bilik”də qeyd olunduğu kimi, “Səadətə aparan əqldir”.

Otuz il ədalətin bərpasına gücünü əsirgəməyən, 44 gündə bizə qürur bəxş edən və 23 saat 43 dəqiqə şərəf və sevinc gətirən Ali Baş Komandan səadətimizi qurdu. Bir həqiqətdir ki, zaman öz müddət kəsiyi, uzunluğu ilə deyil, dərinliyi ilə ölçülür. Zəka dərinliyi isə ictimai təsiri ilə, yaratdığı kölgəsinin həcmi ilə ölçülməlidir.

Məşhur Seneka demişdi ki, sabahkı günün sahibi olmadan gələcəyə aid planların qurulması mənasızdır. Odur ki, gələcəkdə dəyişikliyi gözləyiriksə, gerçəkdə o dəyişikliklərə üz tutub, əsasını qurmalıyıq. Burada Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna tarixi rolu danılmazdır – o, sabahın memarı olaraq hər bir ötən günü səxavətlə gələcək naminə qura bilib. Hadisələrin göstərdiyi kimi, Prezident İlham Əliyev nə qədər uzaqgörən, səbirli, düşməni səhv etməyə vadar edən və həmin səhvlərdən məharətlə üstünlük əldə edən, gərəkli hadisələri yaratmağı bacaran və baş verənlərdən ustalıqla istifadə edən dahi siyasətçidir.

“On illər boyu mifologemlər yuxusunun əsiri olan Ermənistana hazırda qalib dövlətin təklif etdiyi sülh Vaşinqtonda paraflandı və bununla bağlı Azərbaycan dövləti əməli addımlar atır. Biz ümid edirik ki, bununla hay-erməni mifologiyasını formalaşdıran “böyük torpaqlar və qonşulara qarşı ərazi iddiaları bağlantısı” keçmişə çevriləcək, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik”, hətta “legitimlik” gətirən fəlsəfəsi maneə kimi aradan götürüləcək, erməni siyasətçilərinin, dövlət və kilsə xadimlərinin, alimlərinin, nəhayət kütlənin əxlaqını təyin edən dünyagörüşü aradan qaldıracaq. Bununla da ermənilərin “müstəsnalığı” və “əzabkeşlik” “xüsusi missiyaları” tezislərindən irəli gələn ambisiya və iddialar erməniçilik düşüncəsində təbii olan adilik rolu ilə əvəz olunacaq.

Təəssüflər olsun ki, qədim xəstəliyin residivləri bu gün də özünü büruzə verir.

1987-ci ildə Aleksan Akopyanın "Yunan-Latın və Qədim Erməni Mənbələrində Albaniya-Aluank" kitabının 1-ci nəşri çap olundu. 2022-ci ildə nəşr yenidən işlənib, tarixi saxtakarlığın yeni bir hissəsi ilə tamamlandı və bu yalançı tarixi əsərin 2-ci nəşri ləğv olunmuş qondarma “Artsax Respublikası”nın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin maliyyə dəstəyi ilə peyda oldu və “iş” Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi şurası tərəfindən nəşr üçün tövsiyə edilmişdi (İrəvan, 2022). Yenidən çap olunmuş əsərə hansı prinsipial yeni əlavələr daxil edildi? Elanda qeyd edildiyi kimi, müəllif inandırıcı şəkildə göstərir ki, heç vaxt formalaşmamış etnik birlik kimi özünütəyinini əks etdirməyən “albanlar” termini yalnız Albaniya adlı etnoslararası siyasi və inzibati cəmini əks etdirən əhalisini ifadə edir.

Yalançı elmi terminologiyanı bir kənara qoysaq, bu düzəliş alban etnik qrupunun mövcudluğunun inkarına bərabərdir, baxmayaraq ki, oxşar saxtakarlıqlar digər hay-erməni müəllifləri tərəfindən dəfələrlə istifadə edilmişdir. Bu təkrar nəşrin digər “yeniliyi” ümumi qəbul edilmiş “Albaniya tarixi”nin Musa Kalankatuklu müəllif kimi adının əvəz edilməsidir və bu əsər Movses Dasxurantsi adı altında ortaya çıxır. Bu da yeni bir şey deyil, çünki bəzi tədqiqatçıların fikrincə, “Albaniya tarixi”nin son hissəsi fərqli üsluba malik başqa bir müəllif, ehtimal ki, Dasxurantsi tərəfindən yazıla bilərdi.

Professor Kamran İmanov bu saxtakarlıqların necə yaranmasına diqqət çəkərək bildirib:

Birincisi, hay-erməni müəlliflərinin böyük əksəriyyətində olduğu kimi, Kür çayının sağ sahilindəki ərazinin əvvəlcə "Böyük Ermənistan"ın bir hissəsi olduğu iddia edilir. Lakin IV-V əsrlərdən sonra Ermənistan, İberiya və Albaniya dövlətləri Sasani hakimiyyəti altında marzpanlıqlar oldu və Kür çayının sağ sahilini (Utik və Artsax) Alban Marzpanatına daxil edən Sasanilər oldu.

Məhz bu andan etibarən və xüsusən də bizə gəlib çatan "Albaniya Tarixi"ndə Artsax və Utik torpaqları alban torpaqlarına çevrildi.

İkincisi, tanınmış alban tayfaları olan kaspilər, qarqarlar, eləcə də udilərin etnik kimlikləri və yaşadıqları ərazilər saxtalaşdırılır, sakesinlərin Albaniya torpağı olan Sakasena sakasenləri ilə eyniləşdirilməsi inkar edilir və ümumiyyətlə, Saklar Xəzərin şərq və ya cənub-şərq sahilində, Sakasinlər isə Kürün sol sahilində yaşamalıdırlar.

Üçüncüsü, Kaspi tayfasının Paytakaran (sağ sahil) ərazisində lokalizasiyası inkar edilir və qədim mətnlərdən və klassik mənbələrdən məlumatlar şübhə altına alınır, Kaspilərin yaşayış yeri Xəzər dənizinin cənub sahilinə "köçürülür". Üstəlik, Kaspilərin yaşayış yeri Paytakaran deyil, sadəcə qədim Albaniyanın sahil bölgəsidir. Lakin əsl Kaspiana Paytakaran ərazisində yerləşən erməni Kaspkıdır.

Bu, Kaspiananın yığma ad olduğu və müəllifin fikrincə, “Kaspilərdən alban tayfalarından biri kimi danışmaq əsassız” olduğu qənaətinə gəlməyə əsas verir.

Dördüncüsü, müəllifin fikrincə, Qarqarlar (Qarqarey) alban tayfası deyil və bu etnonim tarixçi (M.Xorenatsi) tərəfindən təhqiramiz şəkildə, yəni Albaniyanın sol sahili və qonşu dağlıq bölgə əhalisinə qarşı narazılıq, ikrah və ya mənfi məna ifadə edən sözlərdən istifadə etməklə təqdim olunur.

Bu məqsədlə Kür çayının sağ və sol sahillərinin eramızdan əvvəl II əsrdən əvvəl Qafqaz Albaniyasına məxsus olduğunu iddia edən məşhur alim K.V.Treverin (“Tarix və Mədəniyyət haqqında esselər...”) fikri inkar edilir.

Eynilə, digər aparıcı mütəxəssis A.P.Novoseltsevin (Qafqaz Albaniyası: Problemlər, Çətinliklər və Onların Aradan Qaldırılması Yolları, "Vostok", 1991, № 5, Moskva) tənqidi materialı, hansında Akopyanın yazdıqları qərəzli fikirləri təqdim etməsinə görə mübahisəli hesab edilir.

Beşincisi, müəllifin udilər haqqındakı nəticələri səhv olaraq, alban tayfaları siyahısından çıxarılır. İstinad edilən əsərə görə, “26 alban tayfasından biri – udilər – qədim mənbələrdə müəllifin fikrincə qeyd olunmur, lakin qədim müəlliflərin Dərbəndin şimalında, Xəzər sahilində yaşayan eyniadlı digər ləzgi dilli tayfaları bildiyi faktına əsaslanaraq yenidən qurula bilər...”.

Bunu necə yenidən qurmaq olar? A.Akopyanın fikrincə, nə qədim klassik, nə də qədim erməni mənbələrində X əsrdən əvvəlki “Qərbi Alban udilər”dən bəhs edilmədiyindən, bu tayfanın heç bir əhəmiyyətli rol oynamadığını düşünmək ağlabatan görünür...”.

“Yalnız son orta əsrlərdə Qutqaşen-Şəki bölgəsindəki alban tayfalarının qalıqları vahid etnik qrupda (millətdə) birləşdi və ehtimal ki, bu ərazinin qədim alban tayfalarından birinin – utilər-udilər...” adını qəbul etdilər.

Altıncısı, oxşar bir konfransda biz tərəfdən bildirdiyimiz və yenilik kimi təqdim edilən daha bir sınaqdan keçirilmiş yalan. Mahiyyəti odur ki, alban tayfaları hay erməniləri ilə “əvəz olunurlar”, Akopyanın yazdığı kimi, “hay erməniləri özlərini Ermənistanın qalan hissəsindən inzibati və kilsə-yurisdiksional sərhədlərlə ayıraraq, özlərini yalnız Alban marzpanlığının tamhüquqlu bir hissəsi kimi deyil, həm də onun əsas ağaları kimi hiss etməyə başladılar”, yəni “Albaniya ölkəsi” onlar üçün “öz” və doğma oldu. Başqa sözlə, hay-ermənilər yalançı albanlara çevrildilər.

Deyilənlər gülməlidir və şərhləri lazımsız hesab edirəm.

İndiki Ermənistan ərazisinin keçmiş zamanlarda faktiki sakinlərini xatırlatmaq istəyirəm. Yalnız bugünkü Ermənistan ərazisində 29 abidədə Saka türklərinin izləri qorunub saxlanılıb və müasir Ermənistan Respublikasının ərazisinin tamamilə Saklar Çarlığına məxsus olduğu məlum bir faktdır.

Eramızdan əvvəl III əsrdən başlayaraq türk tayfalarının birliyi olan Hunlar sonradan iki hissəyə bölünüb və I əsrdə onun bir hissəsi Zəngəzurda məskunlaşıb. Stepan Orbelyanın (eramızın XIII əsri) qeyd etdiyi kimi, “sisaklar təkcə Hunların deyil, həm də albanların əcdadlarıdır və hətta onlarla müqayisədə daha qədimdirlər.

Başqa sözlə, qədim Sakaların mövcud erkən etnik təbəqəsi eyni etnik mənşəli Saka mənşəli yeni bir təbəqə olan Sisaklarla örtülmüşdür. Məhz buna görə də Adonts özünün “Yustinian dövründə Ermənistan” kitabında Prokopinin “Sünilərin (Süniklərin) fars erməniləri ilə heç bir qohumluğu olmayan ayrı bir xalq olduğunu” göstərdiyini qeyd edir (Biz illərdir Sisak sülaləsi haqqında məlumat veririk və nəşr olunmuş kitablarımızda Sünik-Sisakan termininin etimoloji izahını vermişik).

XX əsrin əvvəllərindən bəri fəal şəkildə istifadə edilən Hay-ermənilərin – Hayi adlandırılmasını əsaslandırmaq üçün vurğulayırıq ki, “Hayastan” termini əvvəlcə etnonim deyil, siyasi termin idi. Əraziyə münasibət, mənsubiyyət göstəricisi idi. Ona etnik məna vermək üçün bu terminlə "Hayasa" ölkəsi və xalqı arasındakı əlaqə saxtalaşdırılıb və bununla da “Hayastan” Hayas + tun = “Hayaların evi kimi” təqdim edilib. Lakin erməni alimi Q.Kapantsyan bu yalanı ifşa edərək yazırdı ki, "erməni qrammatik normalarına zidd olaraq, bu [termin] açıq, yalançı etimologiyadır". Terminlər kimi “Hayasa” və “Hayastan” sözləri etimoloji cəhətdən əlaqəli deyil.

Eyni saxtakarlıq “Ermənistan” termininə və onun “Hayastan” adı ilə əlaqəsinə də aiddir, çünki avstriyalı mütəxəssis E.Fayqlın yazdığı kimi, “erməni” [daha dəqiq desək, arminli] anlayışı qədim zamanlarda etnonim deyildi, məna etibarilə bu gün “rus”, “amerikalı”, “moskvalı” və s. ifadələri ilə eyni şeyi əks etdirirdi. Bir sözlə, bu termin coğrafi əraziyə münasibəti və ya mənsubiyyəti əks etdirirdi və etnonim deyildi. Lakin Xristian Kilsəsinin parçalanmasından sonra hakim Karen (Müqəddəs Qriqori) Parfiya ailəsindən olan Suren tərəfindən təqdim edilən bidətçi (eretik) hərəkata və ya erməni qriqorian inancının doqmalarına (Orta əsrlərdə, Ermənistan bölgəsinin sakinlərinin əksəriyyətinin İslamı qəbul etdiyi dövrdə) hay-ermənilər bu coğrafi ərazidə yaşayan xalqların bütün maddi və qeyri-maddi sərvətlərini mənimsəmiş və özlərini onların varisləri elan etmişdilər. Nəticə etibarilə haylar "ermənilər" adını mənimsəmişdilər. Biz bunu dəfələrlə ictimai çıxışlarımızda qeyd etmişik və çap nəşrlərimizdə də əks etdirmişik.

Hay-erməni saxtakarlıqları və uydurmaları yalnız hay-ermənilərin tarixinə aid deyil və əvvəllər qeyd etdiyim kimi, hay-erməni təbliğat qrupu qonşu xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və irsini təhrif etməkdən çəkinmir”.

Professor Kamran İmanov xatırladıb ki, 2013-cü ildə Ruben Qalçyanın müəllifliyi ilə “Азербайджанские историко-географические фальсификации” (“Azərbaycanın tarixi-coğrafi saxtakarlıqları”) adlı kitabı nəşr edilib. Bundan öncə isə 2005-ci ildə “Армения в мировой картографии”, 2010-cu ildə “Мифологизация истории Азербайджан, Армения, вымысли и факты” və bir neçə nəşrlər uydurmalı coğrafi xəritələrə əsaslandırılırdı. Həmin nəşrlərin məqsədi, kitabda qeyd olunduğu kimi, “Azərbaycan elmi və elm ətrafındakı dairələr tərəfindən ermənilərə qarşı yönəlmiş və yüksək hakim təbəqənin dəstəyinə arxalanan tarixi, mədəni-tarixi və kartoqrafiya təbliğatını aşkar və təhlil etməkdən ibarətdir”.

Konfransda iştirak edən şəxslərin elmi dairəyə aid olduğunu qeyd edən Kamran İmanov deyib: “Bəs, bizim “uydurma” və “saxtakarlığımız” nədən ibarətdir?

Birincisi, yarım əsrdən çoxdur ki, biz erməniləri Cənubi Qafqaza gəlmə, özümüzü isə alban və türk-oğuz qəbilələrdən yaranan köklü, aborigen xalq hesab edirik.

Gülməli və şərhə ehtiyacı olmayan “dəlildir”. Lakin hər şeyi kənara qoyub (çünki bunların cavabı dəfələrlə verilib) bir məsələyə aid dinməmək, susmaq mümkün deyil. Ədaləti öz gücümüz ilə bərpa edən xalq kimi ermənilər tərəfindən işğal edilmiş və hazırda qaytarılmış torpaqlar, əgər onların qədim sahibi, avtoxton əhali olsaydı bu cür dağıdılmış, yerlə-yeksan olmazdı.

İkincisi, 1918-ci ilə qədər olmayan Azərbaycanla bağlı uydurmaların biri “olmayan qədimliyi” və milli identikliyi təsbit edərək beynəlxalq ictimai rəyə sırımaq və çevirməkdir.

Azərbaycan anlayışı və onun qədimliyi ilə bağlı onlarla milli və xarici alimlər sübutlar gətirib. Millətimizin identikliyi və milli şüuru ilə bağlı İkinci Vətən müharibəsi tam aşkarlığı ilə cavab gətirdi.

Üçüncüsü, erməni mədəni irsini mənimsəyib, onu albanların və ya azərbaycanlıların mədəni irsi kimi təqdim edirik. Buna layiqli cavablar verilib və bir misal kimi onu da deyə bilərəm ki, 20 ildən artıqdır ki, mənim “Erməni yadelli nağılları” tədqiqatım ingilis, rus və bir neçə dilə tərcümə olunaraq işıq üzü görüb, lakin bu günə qədər bir sanballı “yalanlarımızı” ifşa edən ermənilər tərəfindən yazılan və (lənətlər və təhqirlər istisna olmaqla) bir etiraz görməmişik.

Halbuki erməni saxtakarlıqları və uydurmaları bu kitabda geniş təqdim olunur.

Dördüncüsü, müəllifin fikrincə “əgər Azərbaycan ziyalıları hesab edirlər ki, müstəqil, özünəməxsus və qədim mədəniyyətə malikdirlər, onlar müəyyən etməlidirlər – kökləri haradandır – asiyalı türklərdən, yoxsa xristian-qafqazlı albanlardan”?

Cavab, necə deyərlər, göz qabağındadır.

Lakin ermənilər də yaxşı olar digər məsələyə cavab axtarsınlar: Armeniya sözü haradan əmələ gəlib, uydurma Xayasa necə Xay-ermənilərlə bağlıdır və nəhayət İncili təftiş edən yeganə xalq hansıdır?

Sonda türklər haqqında kitab yazan adam, ən azı müasir rus dilində səslənən «тюрк» və «турок» («тюрки» və «турки») sözləri arasında fərqi görməlidir. Lüğətlərdə «тюрки» qohum dillərdə danışan xalqların geniş qrupu kimi təsbit olunur; bu qrupa azərbaycanlılar, qazaxlar, qırğızlar, türkmənlər və türklər daxildir. Buna uyğun olaraq, «тюрк» geniş, yəni konkret bir etnik qrupu deyil, ümumən türk xalqlarını ifadə edən üst-etnik mənada işlədilir.

«Турки» isə rus dilinin normasına görə Türkiyənin əsas əhalisini təşkil edən konkret xalqın adıdır; tək halda bu söz «турок» formasında işlənir. Başqa sözlə, münasibət belədir: bütün türklər türk xalqlarına daxildir, lakin bütün türk xalqları türklər deyildir. Türk dili də öz növbəsində türk dillərindən biridir.

İngilis dilində bu fərq adətən daha aydın şəkildə ifadə edilir:

• Turkic — geniş linqvistik və etnomədəni termin: Turkic peoples, Turkic languages;

• Turkish — Türkiyəyə, Türkiyə türklərinə və ya türk dilinə aid olan anlayış.

Məhz buna görə də ingilis dilində bu anlayışların qarışdırılması daha az baş verir. «Tюрки» və «турки» sözlərinin zahiri oxşarlığı səbəbindən qarışıqlıq yaranır (İngilis dilində isə Turkic/Turkish qarşılığı həm qrafik, həm də semantik baxımdan daha aydın ayrılmışdır).

Bunlar belədir. Lakin Azərbaycan türkləri haqqında yazmağı cəsarət tapan, üstəlik köklərimizi axtaran və bizə “məsləhətlər” verən “alim” ən azı bunları bilməlidir.

Corc Bernard Şounun sözlərini yenidən ifadə etsək, yalan və böhtanların bu və ya digər şəkildə cəzalandırıldığını qeyd edirik. Əsas cəza isə artıq heç kimin yalançıya və saxtakara inanmaması deyil, özlərinin artıq heç kimə inanmamasıdır.

Sual yaranır: hay-erməni millətçi alimlərinin heç olmasa öz liderləri, Baş nazir N.Paşinyanın çağırışına qulaq asmalarının vaxtı çatmayıbmı?

Hay-ermənilərlə heç bir əlaqəsi olmayan Van Krallığının (Urartu dövləti) yalan mövqelərindən bugünkü Ermənistana, uydurma, saxtalaşdırılmış tarixi Ermənistandan əsl Ermənistana keçməyin vaxtı çatmayıbmı, çünki əsl Ermənistan tarixi Ermənistana çevrilə bilər?

Həqiqətən də Ermənistanda tarixin çarxını geri çevirməyə çalışan, ölkədə iyun seçkilərindən sonra yeni müharibə riskini yaradan sülh gündəliyinə qarşı çıxan qüvvələr var. Baş nazirin sözlərinə görə, müharibə partiyaları “...başqaları tərəfindən yazılmış mətnləri səsləndirir..., ağır nəticələrə səbəb olacaq yeni sentyabr müharibəsi hazırlayırlar”. Bu cür planların legitimləşdirilməsi üçün əsas rol oynayan və qonşu torpaqlara iddialar irəli sürən və qonşularına qarşı təhdidlər ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsi mahiyyət etibarilə “münaqişə və asılılıq bəyannaməsi”dir. Bu baxımdan, Paşinyan Ermənistan cəmiyyətini xarici dəstək vasitəsilə "sağ qalmaqla ömür sürmək məntiqi"ndən imtina etməyə və "inkişaf, çiçəklənmə və sülh məntiqi"ni qəbul etməyə çağırır.

Beynəlxalq hüququ və tarixi ədaləti öz gücü ilə bərpa edən xalqımız milli iradənin və dövlət qətiyyətinin dünyaya parlaq nümunəsini gətirdi. Hazırda Azərbaycan Cənubi Qafqazda sülhə və əmin-amanlığa səs verib və praktiki əməllərlə bu istəyini nümayiş etdirir. Antisülh, revanşist qüvvə və dairələrin mövcudluğuna baxmayaraq, biz sülhsevər münasibəti qonşu ölkədən gözləyirik və buna bizim qalib ölkə və müzəffər millət kimi haqqımız çatır”.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxışında tarixi-mədəni irsin qorunmasının beynəlxalq hüququn və insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. O bildirib ki, əqli mülkiyyət hüquqlarının müdafiəsi və hüquq pozuntularının qarşısının alınması Ombudsman Aparatının əsas fəaliyyət istiqamətlərindəndir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünya xalqlarının böyük əksəriyyətinin sivilizasiyaların formalaşmasında mühüm rol oynadığını qeyd edib. Akademik ermənilərin qədimdən səpələnmə xalq olduqları barədə fikirlərini səsləndirib.

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirib ki, qədim mənbələrə əsaslanan elmi yanaşma tarixə obyektiv baxışın formalaşmasında həlledici rol oynayır. Mədəni irsin qorunması və onun beynəlxalq müstəvidə düzgün təqdimatı tarixi saxtalaşdırma cəhdlərinə qarşı ən təsirli vasitələrdən biridir. Deputat əlavə edib ki, bu istiqamətdə sistemli elmi tədqiqatların genişləndirilməsi və əldə olunan nəticələrin beynəlxalq elmi ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxışında həm Azərbaycan, həm də regionla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu proses erməni saxtakarlıqlarının ifşası ilə paralel şəkildə aparılmalıdır və müstəqil Azərbaycan artıq öz tarixinə sahib çıxır.

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Azərbaycan tarixinə yeni konseptual baxışın vacibliyini qeyd edib. O bildirib ki, Azərbaycan çoxmillətli dövlətdir və onun inkişaf yolu dünya ölkələri ilə müqayisədə olduqca mürəkkəb tarixi mərhələlərdən keçib.

Daha sonra Kamran İmanov konfransın mövzusuna uyğun geniş məruzə ilə çıxış edib, qədim mətnlər və klassik mənbələr əsasında aparılan tədqiqatların əhəmiyyətindən danışıb.

Konfrans müzakirələrlə davam edib.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – Azər İbrahimov
Operator – Şövqi Əzizov
Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir

Gürcüstanın xarici ticarət dövriyyəsi 5,8 faiz artıb

Avropada qaz anbarlarının doluluq nisbəti əvvəlki illərə görə xeyli aşağıdır

Memar: Şuşanın təbiətinə və tarixi-mədəni irsinə ehtiramla yanaşmaq hər kəsin borcudur

QHT sədri: Tarixi irsə hörmət hər bir ziyarətçinin məsuliyyətidir

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Amerikalı jurnalist Qarabağa qayıtmış sakinlərlə görüşüb VİDEO

Azərbaycanı İsveçrədəki turnirdə 5 taekvondoçu təmsil edəcək

Rəqabətli qiymətlərlə bərpaolunan enerji təmin edən ölkələr məlumat mərkəzlərinə investisiyaların cəlbində üstünlük qazana bilər

Sahibə Qafarova: Parlament diplomatiyası ölkələr arasında dialoq və əməkdaşlığa mühüm töhfə verir

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir – Füzuli Əliyev