Eşqi Bağırov: Valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub VİDEO
Bakı, 28 aprel, AZƏRTAC
2025-ci ildən etibarən valideyn-dövlət-özəl tərəfdaşlığı modeli özəl məktəblərə müraciət edən valideynlər üçün yaradılıb.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, bu xidmətdən 4 mindən çox valideyn faydalanıb: “Valideyn-dövlət-özəl tərəfdaşlığı vasitəsi ilə isə 4033 uşaq məktəbəqədər təhsilə cəlb olunub. Valideyn-dövlət-özəl tərəfdaşlığı bu dəqiqə də aktualdır və qeydiyyat prosesi davam edir. Valideyn-dövlət-özəl tərəfdaşlığında hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən ödənilir. Qrant qazanmış özəl bağçaların siyahısı ilə tanış olub, boş yerlərə müraciət etmək olar”.
Müxbir - Aysel Azadqızı
Videooperator - Mirrəsul Cəfərov