Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilmişdir [YENİLƏNİB] VİDEO

Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, konfransda üç strateji müttəfiq arasındakı münasibətlərin bu günü, regional siyasətin müəyyənləşdirilməsinə təsir imkanları, onlara qarşı yönəlmiş çağırışlara cavab vermə mexanizmi və əlaqələrin gələcəyi müzakirə edilmişdir.

Konfransın açılışında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir ki, son illərdə Azərbaycanın Türkiyə və Gürcüstan ilə iqtisadi, siyasi, geosiyasi, humanitar sahələrdə əlaqələri inkişaf etmişdir. Konfransın əsas məqsədi də dövlətlərimiz və xalqlarımız arasındakı münasibətləri müzakirə etmək, əlaqələrin perspektivləri haqqında təhlillər aparmaqdır.

Elnur Aslanov demişdir ki, hər üç ölkə son illərdə bir çox dövlətlərin, siyasətçilərin, təhlilçilərin, iqtisadçıların diqqətini cəlb etmişdir. Son on ildə ölkələrimiz yalnız öz xalqlarının deyil, digər xalqların da rifahı üçün həyata keçirdiyi təşəbbüslər, geosiyasi və geoiqtisadi layihələrlə dünya ictimaiyyətində maraq yaratmışdır. Təbii ki, bu da son illər ərzində hər üç ölkədə aparılan siyasətin nəticəsidir.

Şöbə müdiri diqqətə çatdırmışdır ki, Azərbaycanın Türkiyə və Gürcüstan ilə strateji əməkdaşlığı xalqlarımız arasında dostluq münasibətlərinə söykənir. Hər üç ölkə çox önəmli geoiqtisadi və geosiyasi layihələrə imza atır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP, böyük İpək Yolu kimi layihələr artıq dünya miqyasında öz sözünü demişdir. Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Elnur Aslanov qeyd etmişdir ki, rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına ciddi maneədir. İşğalçı ölkənin rəhbərliyi başa düşməlidir ki, bu gün getdikcə zəifləyən, həyata keçirilən layihələrdən kənarda qalmış bir dövlətdə yaşamaq nə erməni xalqına, nə də Ermənistan dövlətinə uğur gətirməyəcəkdir. Azərbaycan regionun lider dövlətidir. Ölkəmizin iqtisadiyyatı sürətlə inkişaf edir, yoxsulluğun və işsizliyin səviyyəsi son illərdə xeyli azaldılmışdır. Azərbaycan həm də azad internet və elektron demokratiya ölkəsidir. Azərbaycan bir çox brendlərin müəllifidir və bu brendlər yalnız geoiqtisadi brendlər deyildir. Bu brendlər Azərbaycanda mobil hökuməti formalaşdırır. Buna misal kimi “ASAN xidmət”i xüsusi qeyd etmək lazımdır.

Prezident Administrasiyasının rəsmisi bildirmişdir ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcək, müttəfiqləri ilə əməkdaşlığını dərinləşdirəcəkdir.

Konfransın “ADA” Universitetinin professoru Taleh Ziyadovun moderatorluğu ilə keçən “Üçtərəfli strateji əməkdaşlıq və regional təhlükəsizliyin müasir vəziyyəti” mövzusunda birinci panelində SAM-ın direktoru Fərhad Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı güclü əlaqələr uğurlu xarici siyasətin nəticəsidir. Bu ölkələrin əməkdaşlığının qədim tarixi vardır. Hər üç dövlət həmişə ən çətin məqamlarda, xüsusilə beynəlxalq təşkilatlarda bir-birinə dəstək olmuşdur. Bunun bir çox parlaq nümunələri də vardır.

SAM-ın direktoru diqqətə çatdırmışdır ki, regionun inkişafına zərər vuran, sülhün, təhlükəsizliyin bərqərar olmasına əngəl törədən münaqişələrin həlli hər üç ölkənin ortaq marağıdır.

F.Məmmədov bildirmişdir ki, Ermənistanın hazırda regional əməkdaşlıqdan və həyata keçirilən layihələrdən kənarda qalmasının yeganə səbəbi bu ölkənin yürütdüyü işğalçılıq siyasətidir.

Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya demişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə son 10 il ərzində müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Hər üç ölkənin birgə həyata keçirdiyi böyük layihələr əməkdaşlığın inkişafının bariz nümunəsidir.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın da inkişaf etdiyini deyən Y.Sarıkaya bildirmişdir ki, Azərbaycan son illər çox sürətlə inkişaf edir. Rəsmi Bakının digər ölkələrə olduğu kimi, Türkiyəyə də böyük investisiya yatırımlarını xüsusi qeyd etmək lazımdır.

Gürcüstanın Siyasət Mərkəzinin direktoru Karneli Kakaçia hər üç ölkə arasında nümunəvi dostluq əlaqələrinin olduğunu söyləmişdir. K.Kakaçia Azərbaycanın hər zaman Gürcüstanın yanında olmasının ölkəsində yüksək qiymətləndirildiyini vurğulamışdır.

Konfrans işini “Müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya, “İqtisadi potensialın inkişafı: enerji, daşınma və investisiya layihələri”, “Üçtərəfli strateji əməkdaşlığın gələcəyi” mövzularında panel iclasları ilə davam etdirmişdir.

Xüsusi sessiyanın məruzəçiləri Türkiyənin Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Yakup Taşdelen və Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Hərbi-Elmi Texniki Mərkəzinin direktoru Uça Dzodzuaşvili olmuşdur.

Konfransın ikinci panelində İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru Nigar Göksel və Gürcüstan Universitetinin professoru Akaki Tsomaia çıxış etmişlər.

Üçüncü paneldə isə SAM-ın baş elmi işçisi Cavid Vəliyevin, Türkiyənin Kadir Has Universitetinin professoru Mitat Çelikpalanın və Gürcüstan Strateji Araşdırmalar İnstitutunun prezidenti, bu ölkənin sabiq xarici işlər və ədliyyə naziri Eka Tkeshelaşvilinin məruzələri dinlənilmişdir.

Konfransın materialları əsasında məruzə hazırlanacaq və nəşr olunacaqdır.

 

Bakıda “Azərbaycan-Gürcüstan-Türkiyə: Üçtərəfli ittifaq və regional siyasətin gələcəyi” mövzusunda konfrans keçirilmişdir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib

Elşad Nəsirov: Boru kəmərlərinin inkişaf etmiş şəbəkəsi regionda enerji əməkdaşlığına imkanlar açır

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Paytaxtın Nəsimi rayonunda müşavirə: Bütün sahələrdə məqsədyönlü fəaliyyət gücləndirilməlidir

Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib

Azərbaycanın keçdiyi şərəfli yol və yeni reallıqlar növbəti dəfə Bakıdan dünyaya bəyan edildi ŞƏRH

Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır

BMU tələbələri “Qarabağ Hakatonu 2026”nın qalibi olublar

Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib

BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb

İsveçli məhbuslar Estoniya həbsxanalarında saxlanma şəraitindən şikayətləniblər

“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var

Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

“Cahan Holding” “Baku Build” sərgisində iştirak edib

Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür

Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub

Səmərqənd Dövlət Texniki Universitetinin professor-müəllim heyəti AzMİU-da təcrübə keçir

Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının yarımfinalında uduzub

Aqrar Təlim Mərkəzinin mütəxəssisləri Tovuzda nümunəvi heyva bağı ilə tanış olublar

Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH

Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 8 idman növü üzrə təmsil olunacaq

Baş Prokurorluq Türkiyə vətəndaşı Celal Çiftçi barəsində beynəlxalq axtarış elan edib

Politoloq: Ermənistanın sabiq prezidentlərinin hər üçü müharibə cinayətlərində iştirak edib - ŞƏRH

Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib

İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib

“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır

Sağlamlıq və şəfa mənbəyi: Naftalan və Kəlbəcərin termal imkanları Samsun sərgisində

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyib

Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar

Ekologiya və təbii sərvətlər naziri Yevlaxda vətəndaşların müraciətlərini dinləyib

Qazaxıstan Azərbaycanla avtomobil daşımaları üçün elektron icazələrin mübadiləsini genişləndirib

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Azərbaycan Ümumdünya Qida Gününü qeyd edir: İnnovasiya dayanıqlı ərzaq sistemlərinin açarıdır VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO

Qambiya sahillərində miqrant qayığının qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

AQEM Asiya qitəsində qanunun aliliyini təmin edən platformaya çevrilməlidir ŞƏRH

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Nazir müavini: Yaşlı insanlarla bağlı sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi prioritetdir

Heydər Əliyev Beynəlxalq Aeroportu payız-qış uçuş cədvəlinə keçir

Ceyhun Bayramov AQEM-in Baş katibi ilə VII Sammitin nəticələrini müzakirə edib

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

Azərbaycanın zəngin mədəni irsi Buxara tələbələrinə təqdim edilib VİDEO

AMADA-nın icraçı direktoru Yunanıstanda süni intellektin antidopinqdə tətbiqi barədə çıxış edib

Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb

Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır

ABŞ-nin neft ehtiyatları azalıb

“Tərəqqi" medalı ilə təltif olunan paralimpiyaçı: Elə bil dünyanı mənə verdilər

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib VİDEO

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar -  Panel sessiya  VİDEO

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya VİDEO

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellektəsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq