57-Cİ KAN KİNO FESTİVALI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, may ayının 12-də Fransanın Kan şəhərində 57-ci kino festivalının təntənəli açılışı olmuşdur.Tanınmış ispan rejissoru Pedro Almodovar festivalı açıq elan etmiş və ilk gecənin martın 11-də Madriddə törədilmiş terror aktları nəticəsində həlak olanlara , onların qohum və yaxınlarına ithaf olunduğunu bildirmişdir. Onu əhatə etmiş aktyorlar Viktoria Abril, Karmen Mora, Anjela Molina, Mariza Parades və Leonar Uatind qonaqları beş dildə salamlamışdır. Festivalın münsiflər heyətinin prezidenti amerikalı rejissor Kuentin Tarantino iştirakçılara uğurlar diləmişdir.
Festivalda muxtəlif janrlarda 19 film numayiş etdiriləcəkdir. Mayın 22-də festivala yekun vurulacaq və sonda qaliblərə Qızıl Palma mükafatı təqdim ediləcəkdir.
Festivala 2000 qonaq dəvət edilmişdir. Onun işini 4000 jurnalist işıqlandıracaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:06]
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində
- 14.05.2026 [17:36]
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb
- 14.05.2026 [16:29]