Azərbaycan Dövlət İnformasiya Agentliyi

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır

Bakı, 5 mart (AZƏRTAC). Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.

Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyildir. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılmışdır. Bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini böyük fəxrlə söyləmək olar. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni olimpiya idman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bu sahədə hər kəsi səfərbər edir. İndi nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir olimpiya idman kompleksləri fəaliyyət göstərir. Son illərdə ölkəmizdə 40-dək ye¬ni olim¬pi¬ya id¬man komp¬lek¬si, bir sıra müxtəlif idman növləri üçün xüsusi idman mərkəzləri istifadəyə verilmişdir. Biri-birinin ardınca istifadəyə verilən olimpiya idman kompleksləri bölgə idmanının inkişafında da mühüm rol oynayır. Hazırda bir çox rayonlarda belə gözəl idman kompleksləri inşa olunmaqdadır.

Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə öz müsbət nəticəsini göstərmişdir.

Atlanta Olimpiadasında gənc Azərbaycan Respublikasının yığma komandası cəmi 1 medal, Sidney Olimpiadasında 3 medal qazandığı halda, Afinada idmançılarımızın qazandıqları medalların sayı 5-ə çatmışdır. Pekində 2008-ci ilin avqustunda keçirilən Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qələbələrini xüsusilə qeyd etmək lazımdır. Pekin Olimpiya Oyunlarında Azərbaycan 7 medal qazanmış və dünyanın 200-dən çox ölkəsi arasında 38-ci yeri tutmuşdur. Azərbaycan idmançıları London Olimpiadasında rekord sayda - 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışlar.

Azərbaycanın olimpiya yığması bu göstərici ilə 205 ölkə arasında 30-cu olmuşdur. Millimiz Avropa ölkələri sırasında 15-ci, MDB dövlətləri arasında 5-ci, müsəlman ölkələri arasında 3-cü yerdə qərarlaşmışdır.

Azərbaycan paralimpiyaçıları da Londonda yüksək nəticələr göstərmişlər. Pekin paralimpiadasında nisbətən kiçik uğur - cəmi 2 qızıl medal qazanmış paralimpiyaçılarımız Britaniya paytaxtından Vətənə 12, o cümlədən 4 qızıl medalla qayıtmışlar.

Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi də böyük tarixi nailiyyətdir.

Qazanılan nailiyyətlər göstərir ki, Azərbaycanda Olimpiya Hərəkatının yeni inkişaf dövrü başlamışdır. İnkişaf təkcə Olimpiya Oyunlarında hər dəfə medalların sayının artması ilə deyil, həm də ölkəmizdə idman infrastrukturunun yenilənməsi, olimpizmin inkişafı, gənclərin idmana həvəsinin əhatə dairəsinin genişlənməsi ilə ölçülməlidir. Qətiyyətlə söyləmək olar ki, bu uğurların qazanılmasının kökündə ölkəmizdə vahid komandanın mövcudluğu dayanır. Milli Olimpiya Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyev bu barədə demişdir: “Eyni zamanda, bu qələbənin əldə edilməsində Azərbaycanda idman sahəsində görülən işlər də az rol oynamır. Bizdə idman siyasəti dövlət tərəfindən aparılır. Bütün müvafiq qurumlar - həm dövlət qurumları və ictimai qurumlar, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, cəmiyyətlər və idman ictimaiyyəti bir ailə kimi fəaliyyət göstərir ”.

İdmançıların maddi rifah halının, sosial təminatının gücləndirilməsi, onların fəxri adlarla təltif olunması da dövlətin diqqətindədir. Prezident İlham Əliyevin 2012-ci il 16 yanvar tarixli Sərəncamı ilə ötən il Azərbaycanda “İdman ili” elan edilmişdir. Məqsəd ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya Hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, eləcə də idmançılarımızın dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsidir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir olimpiya kompleksləri və digər tədbirlər nəticəsində Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatları uğurla keçirilir. Artıq Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəsi vardır. Ötən il 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının yüksək səviyyədə təşkili bunun əyani sübutudur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın ölkəmizdə idmana qayğısı da bu sahənin inkişafına böyük töhfələr verir.

Qeyd olunmalıdır ki, qarşıdakı illərdə Azərbaycan bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi edəcəkdir. Beynəlxalq Hərbi İdman Şurası ilə razılaşmaya əsasən, hərbçilər arasında futbol üzrə birinci dünya kuboku yarışları bu il iyunun 30-dan iyulun 16-dək Bakı şəhərində keçiriləcəkdir.

Eyni zamanda, 2019-cu ildə hərbçilərin Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.

Bundan əlavə, 2015-ci ildə Dünya Kuboku və 2016-cı ildə Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. Artıq bu tədbirlərlə bağlı Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən ciddi işlər görülməkdədir. Bu yarışlarla bağlı Bakıda Şahmat Sarayı istifadəyə veriləcəkdir. Ölkəmiz gələn il Dünya İdman Mətbuatı Assosiasiyasının (AİPS) növbəti konqresinə də ev sahibliyi edəcəkdir. Hazırda Bakı şəhərinin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülmüşdür. Bununla bağlı müvafiq texniki kitab hazırlanaraq İslam Həmrəyliyi İdman Federasiyasına təqdim olunmuşdur.

Ən əasası isə Avropa Olimpiya Komitəsi Baş Assambleyasının qərarı ilə 2015-ci ildə birinci Avropa Oyunlarını təşkil etmək hüququ Bakıya verilmişdir. İlk dəfə reallaşacaq bu mötəbər idman bayramının ölkəmizdə keçirilməsi ilə bağlı qərarın verilməsi də bir daha sübut edir ki, bu gün Azərbaycan, həqiqətən Avropanın və dünyanın idman mərkəzlərindən biridir.

Birinci Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Təşkilat Komitəsinə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sədrlik edir.

Hazırda Bakıda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hərtərəfli hazırlıq gedir. Azərbaycanda 1970-80-ci illərdə tikilmiş idman qurğularının vəziyyəti öyrənilir. Bu qurğuların hansı səviyyədə təmir, yenidənqurma və əlavə işlərin aparılmasına ehtiyac olduğu müəyyənləşdirilir. Yoxlamaların nəticələrinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin məşq zalları təmir edilməlidir. Atıcılıq stendində yeni stend tikilməlidir. Tüfəng və tapança tiri üçün zal inşa etmək lazımdır. Bakı İdman Sarayında işlər aparılmalıdır. Orada sanitar qovşağı qaydaya salınmalı, əlavə oturacaqlar qoyulmalıdır. Sarayda 4 idman növü - taekvondo, karate, badminton və stolüstü tennis üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur. Həmçinin tribunalar, restoran və kafelər tikilməlidir. Bundan əlavə, Su-Hovuz Kompleksi, Olimpiya Stadionu və Gimnastika Kompleksinin tikintisi davam etdirilir. Bu qurğular tam yüksək səviyyəli, bütün standartlara cavab verən obyektlər olacaqdır.

Bakıda tikilən Olimpiya Stadionu texniki imkanına görə London Olimpiya Stadionundan üstün olacaqdır. Əgər Londondakı stadionda 25 min oturacaq yeri varsa və qurğunun üstünün 27 faizi örtülürsə, Bakı Olimpiya Stadionunda 64 min oturacaq yeri olacaq, stadionun üstü isə 80 faizədək bağlanacaqdır.

Eyni zamanda, bu mötəbər beynəlxalq yarışa hazırlıq məqsədilə paytaxt Bakının avtomobil yolları yenidən qurulacaqdır.

Gənclərin sağlam və fəal həyat tәrzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək Azərbaycan dövlətinin əsas prioritetidir. Bu məqsədlə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin inkişaf strategiyası, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçiriləcəkdir.

Bu sahədə mövcud olan normativ-hüquqi baza mütəmadi olaraq təkmilləşdiriləcək, gənclərin, bədən tərbiyəsi və idmanın sistemli inkişafını dəstəkləmək məqsədi ilə rayon (şəhər) icra hakimiyyəti başçıları yanında gənclərdən ibarət məşvərətçi orqan olan şuralar yaradılacaq, bədən tərbiyəsi və idman işlərinin qurulması, aparılması və inkişafı işlərinə yerli bələdiyyə orqanlarının fəal surətdə cəlb edilməsi təmin olunacaqdır.

2020-ci ilədək ölkədə fəaliyyət göstərən bütün respublika idman federasiyaları, idman klubları (peşəkar klublar), uşaq-gənclər idman məktəbləri üçün müvafiq idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazaları yaradılacaqdır. Bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə aparılan işlər davam etdiriləcək, kadr hazırlığı məsələləri daha da təkmilləşdiriləcək, bu sahədə çalışan mütəxəssislərin sosial müdafiəsi gücləndiriləcəkdir.

Bir sözlə, Azərbaycan idmanı əsl yüksəliş dövrünü yaşayır. Qusarda yaradılan Qış-Yay Turizm Kompleksi isə idmanın bu sahəsinin inkişafına əhəmiyyətli töhfədir. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizdə idmanın inkişafı sistemli xarakter daşıyır.

Elçin Hüseynov

Səxavət Quliyev

AZƏRTAC-ın müxbirləri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır