SİYASƏT
Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulmuşdur VİDEO
Bakı, 28 iyun (AZƏRTAC). Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ermənistan silahlı birləşmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 66 dəfə pozulmuşdur.
Ermənistan ordusunun bölmələri iyunun 27-də və 28-də gecə Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Kəmərli kəndində, Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Koxanəbi və Əlibəyli kəndlərində yerləşən mövqelərini atəşə tutmuşlar.
Təcavüzkar ölkənin Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri də atəşə məruz qalmışdır.
Ermənilər Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuşlar.
Düşmən cavab atəşi ilə susdurulmuşdur.