REGİONLAR


Qobustandakı “Türk şəhidliyi”ndə Çanaqqala zəfəri qeyd olunub

Qobustan, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Qobustan rayonu ərazisində erməni daşnaklarına qarşı döyüşlərdə həlak olan türk zabitinin qəbri üstündəki “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 100-dək QHT nümayəndəsi, ziyalılar, gənclər təşkilatlarının üzvləri, tələbələr və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə abidə üzərinə çiçəklər qoyulub, qəhrəman türk şəhidlərinin xatirəsi yad edilib.

Tədbirdə Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Milli QHT forumunun prezidenti Rauf Zeyni, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, İsraildəki Yaxın Şərq Azərbaycanlıları Konqresinin sədri Aleks Şapiro, Rusiya Elmlər Akademiyasının üzvü Abuzər Bağırov, Beynəlxalq Diaspor Mərkəzinin Tatarıstan üzrə nümayəndəliyinin rəhbəri, Tatarıstan Milli Akademiyasının üzvü Natiq Bədəlov çıxış edərək türk xalqına şərəf gətirən, bu millətin əyilməzliyini, yenilməzliyini sübut edən Çanaqqala zəfərindən, bu zəfərin tarixi əhəmiyyətindən danışıblar.

Çıxışlarda Türkiyə və Azərbaycanın qardaşlıq əlaqələrindən, Çanaqqala döyüşlərində 3000 nəfər azərbaycanlının şəhidlik zirvəsinə ucalmasından da bəhs edilib.

Sonra konsert proqramı olub, türk dünyasının qəhrəmanlıq, qardaşlıq və birliyindən bəhs edən mahnılar səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.