İlk Avropa Oyunları çərçivəsində şose velosipedi yarışı başa çatıb VİDEO
İlk Avropa Oyunları çərçivəsində keçirilən şose velosipedi yarışının qalibi İspaniya idmançısı Luis Leon Sançes Gil olub. O, 214 kilometrlik məsafəni 5 saat 25 dəqiqəyə qət edib. Ukrayna idmançısı Andrey Qrivko finişə ikinci çatıb. Çexiyalı Pyotr Vakoç isə üçüncü yeri tutub.
Yarışa Azadlıq meydanından start verilib. 211 idmançı, o cümlədən Azərbaycanın iki velosipedçisi Elçin Əsədov və Samir Cəbrayılov məsafəni gərgin mübarizə şəraitində qət ediblər. Elçin Əsədov finişə 55-ci çatıb, Samir Cəbrayılov isə yarışın yarısında şosedən çıxıb.
10;10
Bakı, 21 iyun, AZƏRTAC
Avropa Oyunları çərçivəsində velosipedçilər şose yarışmasına başlayıblar.
AZƏRTAC xəbər verir ki, yarışlar Azadlıq meydanından start götürüb. Yarışlarda 125 idmançı, o cümlədən Azərbaycanın iki nümayəndəsi -Elçin Əsədov və Samir Cəbrayılov iştirak edirlər.