Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marneulidə “Çay evi” tədris mərkəzi ilə tanışlıq VİDEO

Marneuli, 6 noyabr, AZƏRTAC

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.

Burada müxtəlif yaradıcılıq kollektivlərinin və dərnəklərin fəaliyyəti ilə tanış olan dövlət başçılarına məlumat verildi ki, 2012-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Marneuli rayonunda istifadəyə verilən “Çay evi” tədris mərkəzinin binası müasir memarlıq üslubunda inşa olunub. Tədris mərkəzində il ərzində Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarından olan gənclərə gürcü, ingilis və fransız dilləri pulsuz tədris edilir. Burada, həmçinin şahmat kursları, rəqs dərnəyi və xalçaçılıq kimi qədim milli sənətimizin sirləri öyrədilir.

Qeyd edildi ki, layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi və Marneuli Gənclər Mərkəzi arasında bağlanmış memoranduma əsasən həyata keçirilib. Üç mərtəbədən ibarət olan mərkəzin ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Burada Azərbaycan mətbəxinin təbliğinə də mühüm önəm verilir. Mərkəzdəki “Muğam” restoranında milli mətbəximizin təamları təqdim edilir.

Bildirildi ki, “Çay evi” memarlıq layihəsi 2013-cü ildə Londonda keçirilən və Avropanın nüfuzlu beynəlxalq qurumu olan “European Property Awards”ın təsis etdiyi “Sosial memarlıq” nominasiyasında qalib gələrək birinci yerə layiq görülüb.

“Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Prezident İlham Əliyevin 

çıxışı

- Əziz dostlar, mən dünən Gürcüstana rəsmi səfərə gəlmişəm. Deyə bilərəm ki, səfər çox uğurlu keçir. Dünən apardığım danışıqlar bir daha göstərir ki, Gürcüstan-Azərbaycan əlaqələri yüksək sürətlə inkişaf edir. 

Dünən biz Birgə Bəyannamə imzalamışıq. Bəyannamədə əməkdaşlığımızın bütün aspektləri öz əksini tapıb. Bizim əməkdaşlığımızın böyük tarixi və gözəl gələcəyi var. Bu gün Gürcüstan və Azərbaycan - iki dost, qardaş ölkə birgə fəaliyyət göstərir, regionda mühüm layihələr icra edir. Bizim əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır və biz bundan sonra da əlaqələrin inkişafı üçün əlimizdən gələni edəcəyik.

Bu gün səfər çərçivəsində mən Marneuliyə sizinlə görüşə gəlmişəm. Mən əminəm ki, sizin Gürcüstanda fəaliyyətiniz də Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayacaqdır. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir. Həm Gürcüstan, həm Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bizim ölkələrimizdə bütün xalqlar sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayır və bu, bizim böyük uğurumuzdur, böyük nailiyyətimizdir. Biz çox istəyirik ki, həm Azərbaycanda yaşayan gürcülər, həm Gürcüstanda yaşayan azərbaycanlılar bundan sonra da ölkələrin ictimai, siyasi, iqtisadi həyatında öz rolunu oynasınlar və həm öz ölkələrinin dəyərli vətəndaşları kimi töhfə versinlər, eyni zamanda, əlbəttə, öz tarixi köklərini də unutmasınlar. Mən istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılar rahat yaşasınlar. Onların iş yerləri ilə təmin edilməsi istiqamətində daha da ciddi addımlar atılsın, onlar öz dəyərini yaxşı hiss etsinlər və Gürcüstanın dəyərli vətəndaşları kimi bu ölkənin ümumi inkişafına öz töhfəsini versinlər.

Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın dövlətçiliyinə həmişə dəstək olmuşlar və Gürcüstanın yaxşı vətəndaşları olmuşlar. Belə də olmalıdır, çünki siz bu torpaqlarda əsrlər boyu yaşayırsınız. Bu gün xalqlarımızı birləşdirən həm tarixi əlaqələr, həm çoxəsrlik dostluq, qardaşlıq münasibətləri, eyni zamanda, bax, bugünkü Gürcüstan-Azərbaycan əlaqələri əlbəttə ki, sizin də həyatınızda müsbət təsirini göstərir.

Mən çox şadam ki, bu gözəl mərkəzdə uşaqlar müxtəlif dərnəklərdə təhsil alırlar. Biz burada həm azərbaycanlı, həm də gürcü uşaqları görürük. Onlar birlikdə bu işlərlə məşğul olurlar. Bu da birliyi, dostluğu möhkəmləndirir. Əlbəttə, bu “Çay evi” mərkəzinin çox böyük funksional tərəfi var. Xüsusilə, məni sevindirən odur ki, burada gürcü dili kursları təşkil edilibdir. Mən bunu dəfələrlə demişəm və bir daha deyirəm. Biz istəyirik ki, Gürcüstanda yaşayan bütün azərbaycanlılar gürcü dilini mükəmməl bilsinlər, öz ana dili kimi bilsinlər. Ancaq o təqdirdə siz Gürcüstanda layiqli yer tuta bilərsiniz. Yəni, azərbaycanlılar Gürcüstanda təcrid edilmiş vəziyyətdə yaşamamalıdırlar, yaşaya bilməzlər. Siz bu dövlətin dəyərli vətəndaşlarısınız, öz əməyinizlə Gürcüstanın inkişafına töhfə verirsiniz. Gürcü dilini bilmək birinci şərtdir və çox yaxşı ki, bu kurslar təşkil edilir. Burada həm uşaqlar və bildiyimə görə, digər kateqoriyadan olan insanlar da dərs alırlar. Bu, çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız. Hər bir millət öz tarixi-mədəni kökləri əsasında inkişaf edir. Əlbəttə, Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin həm rahat yaşamanız təmin edilsin, eyni zamanda, siz tarixi kökləri daim uca tutasınız.

Bu gün Azərbaycan sürətlə inkişaf edir, Azərbaycanın imkanları genişlənir və mən həm dövlət şirkətlərinə, eyni zamanda, özəl sektorun nümayəndələrinə daim tövsiyə edirəm ki, burada yaşayan azərbaycanlılar üçün daha da yaxşı şərait yaratsınlar, Gürcüstana investisiya qoysunlar, iş yerləri, logistika mərkəzləri, ictimai yerlər yaradılsın və şadam ki, bu gün biz bunu görürük.

Mən axırıncı dəfə Marneulidə 2004-cü ildə olmuşam, vətəndaşlarla görüşmüşəm və indi də gəlmişəm. Mən bax, bu yerləri xatırlamıram, çünki o vaxt yox idi və burada - girişdə, foyedəki şəkillər göstərir ki, əvvəlki “Çay evi”nin vəziyyəti necə idi, indi necədir. Bu, böyük inkişafdır. Eyni zamanda, bu gün biz soyuducu anbar kompleksinin də işi ilə tanış olacağıq. Bu da kənd təsərrüfatı ilə məşğul olanlar üçün əvəzolunmaz bir infrastruktur obyektidir, iqtisadi inkişaf üçün çox lazımdır. Yəni, əminəm ki, bundan sonra həm SOCAR, həm Azərbaycanın digər şirkətləri, özəl qurumların nümayəndələri Gürcüstana investisiya qoyacaqlar və burada yaşayan azərbaycanlılar, gürcülər üçün yeni imkanlar yaradacaqlar.

Mən öz həmkarıma minnətdarlığımı bildirmək istəyirəm ki, o, sizə daim diqqət göstərir. Bilirəm ki, cənab Prezident sizinlə ən azı ildə bir dəfə görüşür, sizə dəstək olur. Bu, çox önəmlidir, yəni, siz Gürcüstan dövlətinin, Gürcüstan Prezidentinin dəstəyini, diqqətini hiss edirsiniz və buna görə mən öz həmkarıma minnətdaram. Bir daha demək istəyirəm ki, dünən keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və fikir mübadiləsi Gürcüstan-Azərbaycan qardaşlığını daha da möhkəmləndirir. Əminəm, bu, sizin üçün də çox önəmlidir və biz gələcəkdə də çalışacağıq ki, siz daim özünüzü rahat hiss edəsiniz, yaxşı yaşayasınız, dolanışıq da yaxşı olsun, iş yerləri də olsun, həm Azərbaycanı sevəsiniz, həm də Gürcüstanı. Sizi bir daha salamlayıram.

Prezident Giorgi Marqvelaşvilinin 

çıxışı

- Mən Sizi və Marneuli ictimaiyyətinin nümayəndələrini salamlayıram. Mən şadam ki, bu gün cənab İlham Əliyev ilə birgə burada sizinlə - Gürcüstanın azərbaycanlı vətəndaşları ilə görüşmək imkanı əldə etmişik. Bu ictimaiyyət bizim vətəndaşlar kimi dövlətimizin tərkib hissəsidir. Bu rayonun sakinlərinə, burada yaşayan azərbaycanlılara Gürcüstanın inkişafına və Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsinə verdikləri töhfələrə görə minnətdarlığımı bildirirəm.

Ötən gün cənab Əliyev ilə bizim mehriban dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr apardıq. Azərbaycan-Gürcüstan əlaqələri nümunəvidir. Bu nümunə hər iki ölkəni daha da möhkəmləndirəcək.

Biz buraya gələndə söhbət edərkən mərhum prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin uzaqgörənliklə bu dostluğa verdikləri önəmi xatırladıq. Onlar bizim əlaqələrimizin strateji istiqamətini müəyyən etmişlər. Bu gün bir daha əmin olduq ki, 20-25 il əvvəl onların qoyduqları bünövrə bizim gələcəyimizin əsas yolunu müəyyən edib.

Mən çox sevinirəm ki, bu gün sizinlə görüşə gəlmişəm. Əminliklə deyə bilərəm ki, bütün Gürcüstan xalqı İlham Əliyevə məhəbbətlə yanaşır. Bilirəm ki, siz də İlham Əliyevi ikiqat istəyirsiniz. Mən sevinirəm ki, rayonda böyük inkişaf var. Bu yeniliklər sizin səyinizlə və Azərbaycanın bölgəyə, iqtisadiyyata dəstəyi vasitəsilə yaranıb. Mən qeyd etmək istəyirəm ki, bu dəstək təkcə Marneulidə deyil, hər yerdə nəzərə çarpır. Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bu gün bütün bağçalarda istilik sistemi mövcuddur. Mən deyərdim ki, bir çox kilsələr və digər müəssisələr istiliklə təmin olunublar. Bundan başqa bir çox mədəni, idman və elmi layihələrə kömək göstərilir. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir.

Gürcüstan Prezidenti qeyd etdi ki, bu bölgənin vətəndaşları daha sıx iqtisadi, siyasi və mədəni inteqrasiyaya meyillidirlər. Burada bilikli və istedadlı insanlar çoxdur. Onların siyasi proseslərdə yaxından iştirak etməsi Gürcüstan dövlətinin gücü deməkdir.

Gürcüstan Prezidenti dedi:

- Bizim xalqlarımız və dövlətimiz daha çox inkişafa impuls verən layihələrin reallaşdırılmasını istəyirlər. Bu layihələrin reallaşmasına İlham Əliyevin istəyi təkan verir. İlham Əliyev çox ürəyiaçıq insandır və mən prezident kimi Azərbaycana səfər edəndə məni çox mehribanlıqla qəbul etdi. Mən də çalışıram ki, cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı az da olsa sizdə gördüyüm qonaqpərvərliyin qarşılığını verə bilim.

Bu yaxınlarda Azərbaycanda seçkilər keçirildi. Cənab Prezident bu siyasi prosesdən dərhal sonra vaxt taparaq Gürcüstana səfər edib. Bu, gözəl jestdir. Ona bu jestinə görə təşəkkürümü bildirirəm. Bunu bütün dünya görür və bütün dünya başa düşür ki, Azərbaycan-Gürcüstan əlaqələri necə böyük əhəmiyyət kəsb edir. Bir daha çox sevinirəm ki, bizim istəkli qonağımız İlham Əliyev ilə buradayıq. Hər zaman sizin xidmətinizdə durmağa hazırıq.

X X X

Sonra Gürcüstan parlamentinin deputatı Mahir DƏRZİYEV çıxış edərək dedi: 

- Cənab Prezident, Sizin Gürcüstana səfəriniz bütün gürcü ictimaiyyətinin diqqət mərkəzindədir. Gürcüstanda yaşayan minlərlə soydaşımız neçə gündür Sizin bu səfərinizi bir bayram kimi gözləyir. Mən tam məsuliyyətlə deyirəm ki, bu gün hər bir evdə bayramdır. Mən bütün soydaşlarımızın sevgilərini, salamlarını Sizə çatdırmaq istəyirəm.

Təbii ki, mən bir deputat kimi həm də Azərbaycan ilə Gürcüstan arasında olan mövcud əlaqələrin yüksək səviyyəsini dərin məmnunluq hissi ilə ifadə etmək istəyirəm. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər Sizin prezidentliyiniz dövründə bütün istiqamətlərdə - həm iqtisadi, siyasi, həm də humanitar sahələrdə yüksələn xətlə inkişaf edib. Mən əminəm ki, Sizin Gürcüstana bu səfəriniz də münasibətlərin inkişafına yeni töhfə verəcək.

Azərbaycanın haqq işi Gürcüstanda həmişə müdafiə olunub. Biz çox məmnunuq ki, beynəlxalq aləmdə, bütün beynəlxalq qurumlarda Gürcüstan və Azərbaycan bir-birinin haqq işini dəstəkləyir. Azərbaycan ilə Gürcüstan arasında olan bu əlaqələr bu gün nəinki region çərçivəsindən çıxır, hətta mən deyərdim ki, artıq dünya əhəmiyyəti kəsb edir. Bu əlaqələrin möhkəmlənməsi, daha da inkişaf etməsi bütöv gürcü cəmiyyətinin arzusudur.

Gürcüstandakı Azərbaycan icmasının həmişə Azərbaycan dövlətinin qayğısını öz gündəlik həyatında hiss etdiyini deyən Mahir Dərziyev əsrlər boyu bu torpaqda yaşayan soydaşlarımızın Azərbaycana sıx bağlı olmaqla yanaşı, Gürcüstan dövlətinə və dövlətçiliyinə sadiqlik nümayiş etdirdiklərini bildirdi. Gürcüstan parlamentinin üzvü Prezident İlham Əliyevin bu bölgəyə əvvəlki səfəri zamanı qaldırılan məsələlərin həlli üçün göstərdiyi səylərin müsbət nəticələrindən danışaraq dedi:

- Fürsətdən istifadə edərək, cənab Prezident, Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı qələbəyə görə bütün soydaşlarımız adından Sizi təbrik etmək istəyirik. Bu qələbə Azərbaycan xalqının iradəsinin ifadəsi, Sizin uğurlu daxili və xarici siyasətinizə göstərdiyi etimadın nəticəsidir.

Bizim Azərbaycan sevgimiz, xaricdə yaşayan azərbaycanlıların Azərbaycan sevgisi, istəyi təbiidir, başadüşüləndir. Biz də Gürcüstanda yaşayan azərbaycanlılar olaraq Azərbaycan dövlətinə çiçəklənmə, tərəqqi arzu edirik. Arzu edirik ki, iki dost, qardaş ölkələrimiz arasındakı münasibətlər daha geniş, daha yüksək səviyyəyə qalxsın. Çox sağ olun. Bir daha xoş gəlmisiniz.

X X X

Marneulidə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Fazil HƏSƏNOV çıxış edərək dedi:

- Cənab Prezident, Gürcüstana xoş gəlmisiniz. Gürcüstan Prezidentinə “Xoş gəlmisiniz” deyirik. Bizim icma ilə görüşə vaxt ayırdığınıza görə Sizə minnətdarıq.

2004-cü ildə Marneuliyə səfəriniz zamanı biz müəyyən təkliflərlə çıxış etdik. Həmin dövrə nəzər yetirsək görərik ki, Gürcüstan-Azərbaycan münasibətlərində yeni mərhələnin təməli qoyulub. Azərbaycan investisiyası daha inamla Gürcüstana gəlib çıxıbdır. Eyni zamanda, Gürcüstanın hər bir yerində iş yerləri açılmağa başlayıb. Bundan bizim soydaşlarımız da yararlana biliblər. Bu gün bizim iştirak etdiyimiz bu görüş də, bu “Çay evi”nin açılması da gənclərimizin inkişafı istiqamətində atılan bir addımdır. Bütün gənclərimiz bundan bəhrələnirlər. İdman kompleksinin açılışı Sizin gəlişinizdən sonra oldu. Eyni zamanda, bu gün Siz özünüz də dediyiniz kimi, soyuducu anbar kompleksinin açılması bizim bölgəyə böyük hədiyyədir.

Burada bizim məktəb direktorları da əyləşiblər. Ötən müddət ərzində SOCAR-ın, xüsusilə Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox məktəblərimiz təmir edilib. Bəzi məktəblərimiz isə yenidən qurulub. Əminik ki, gələcəkdə bu münasibətlərin fonunda bu cür sosial layihələrimiz davam edəcək.

Gürcüstan cəmiyyətinə sıx inteqrasiya etməkdə olan azərbaycanlılardan ibarət ziyalı zümrəsinin yetişdirilməsi üçün görülən tədbirlərə verdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına bölgə sakinlərinin minnətdarlığını çatdıran Fazil Həsənov bildirdi:

- Cənab Prezident, bir daha bizim bu gözəl ölkəmizə xoş gəlmisiniz. Yeni Azərbaycan Partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirik. Xüsusi vurğulamaq istəyirəm ki, Gürcüstan azərbaycanlıları həm öz Vətəni Gürcüstan dövləti, həm də Azərbaycan ilə nəfəs alırlar. Üstəlik arzumuz ondan ibarətdir ki, Gürcüstanda və Azərbaycanda əmin-amanlıq olsun, insanlarımız xoşbəxt, sülh içində yaşasınlar. İki qardaş ölkə arasında dünyada örnək ola biləcək bu münasibət Cənubi Qafqazın gələcək inkişafına böyük təkan versin.

X X X

İş adamı İspəndiyar MƏMMƏDOV çıxış edərək Gürcüstana səfəri çərçivəsində azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinə gəldiyinə görə Azərbaycan Prezidentinə sakinlərin dərin minnətdarlığını çatdıraraq dedi:

- Ulu öndər Heydər Əliyev hər dəfə Gürcüstana rəsmi səfərə gələndə bizlərin həmişə onun diqqət mərkəzində olduğunu vurğulayırdı və bunu əməli işində də təsdiq edirdi. Heydər Əliyev məktəbinin davamçısı kimi bu missiyanı layiqincə həyata keçirdiyinizə görə Sizə bir daha minnətdarıq.

Bu günlərdə Azərbaycanda növbəti parlament seçkiləri keçirildi. Seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsi Azərbaycanın dünyəvi dövlət olduğunu bir daha təsdiq etdi. Şübhəsiz ki, bu hadisə bizi - Gürcüstan azərbaycanlılarını ikiqat sevindirdi. O ki qaldı Gürcüstanla bağlı məsələlərə, bütün kəndlərə təbii qazın verilməsi, SOCAR-ın göstərdiyi fəaliyyət və kənd təsərrüfatı məhsullarının saxlanılması üçün tikilmiş böyük bir soyuducu anbar kompleksi xalqın maddi və sosial vəziyyətinin inkişafına xidmət edir. Ona görə də Sizə və Azərbaycan dövlətinə minnətdarıq. Diqqətinizə görə çox sağ olun.

X X X

Sahibkar Heydər MUSAYEV çıxış edərək dedi:

- Azərbaycan Prezidenti İlham Əliyevi Marneuli torpağında və Gürcüstanda salamlayıram. Mən bizim Prezidentimiz Giorgi Marqvelaşvilini də salamlayıram. Hər ikiniz Marneuliyə xoş gəlmisiniz. Həmişə Sizin buraya gəlişiniz bizə böyük sevinc bəxş edir.

Yaşadığı bölgədə sahibkarlar üçün yaradılmış şəraitdən danışan Heydər Musayev bu bölgədəki sosial problemlərin həllində ARDNŞ-in dəstəyini yüksək qiymətləndirərək bildirdi:

- Mən yaşadığım kənddə və bizim bölgədə bütün sosial layihələr yüksək səviyyədə həyata keçirilib. Hər bir evə içməli su xətti çəkilib, kəndimizin yolları asfaltlanıb, küçələr işıqlandırılıb. Mən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, demək olar bütün kəndlərimiz yüksək keyfiyyətli qazla təmin olunub. Heç bir problemimiz yoxdur. Biz yalnız gələcək inkişafımız üçün çalışmalıyıq. Gürcüstanın və Azərbaycanın strateji tərəfdaş olması biz sadə insanları çox sevindirir. Ona görə bir daha Sizə minnətdarlığımızı bildirmək istəyirəm. Bir daha Gürcüstan torpağına “Xoş gəlmisiniz” deyirəm.

X X X

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Çox sağ olun əziz dostlar. Burada qeyd edildiyi kimi, keçən dəfə mən Marneulidə olanda yerli sakinlər bir neçə məsələ qaldırdılar və mən də Bakıya qayıdandan sonra müvafiq göstərişlər, tapşırıqlar vermişdim ki, bu məsələlər tezliklə öz həllini tapsın. Şadam ki, son illər ərzində bir neçə mühüm məsələ öz həllini tapmışdır.

Əlbəttə, 2004-cü ildə Azərbaycanın imkanları bugünkü kimi deyildi. Bizim o qədər də böyük maliyyə imkanlarımız da yox idi. Ancaq imkan daxilində çalışırdıq ki, burada - Gürcüstanda da yaşayan azərbaycanlılar Azərbaycanın inkişafından bəhrələnsinlər.

Qaldırılan məsələlərin bir çoxu artıq bu gün öz həllini tapmışdır. Əlbəttə, gələcəkdə daha da böyük işlər görülməlidir. Amma ilk növbədə göstəriş verilmişdir ki, infrastruktur layihələri - qaz, içməli su təminatı öz həllini tapsın, kənd yolları abadlaşdırılsın. Bildiyiniz kimi, son illər ərzində SOCAR nəinki azərbaycanlıların yaşadıqları bölgələrdə, ümumiyyətlə, Gürcüstanın müxtəlif yerlərində böyük qazlaşdırma proqramlarını icra edir və böyük vəsait, investisiya qoyur ki, Gürcüstanda qazlaşdırma maksimum dərəcədə sürətlə getsin. Keçən dəfə mən burada olanda Dövlət Neft Şirkətinin bir dənə də olsun yanacaqdoldurma stansiyası yox idi. Mənə verilən məlumata görə, bu gün 100-dən çox yanacaqdoldurma məntəqəsi vardır. SOCAR Gürcüstanın Qara dəniz limanında böyük terminalı əldə edibdir, energetika layihələrinə investisiya qoyubdur. Dünən müzakirə etdiyimiz layihələr arasında elektroenergetika layihələri də var. Elektrik xətlərinin birləşməsi, “Cənub” qaz dəhlizinin inşası - bütün bunlar yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq.

Təhsillə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır. Minnətdaram ki, siz bu məsələləri qaldırırsınız. Mən şəxsən istəyirəm ki, Gürcüstanda bir dənə də təmirsiz Azərbaycan məktəbi olmasın. Düzdür, hələ ki, Azərbaycanda da təmirsiz, qəzalı vəziyyətdə olan məktəblər var. Son on ildə Azərbaycanda 3 mindən çox məktəb tikilib və təmir edilib. Azərbaycanda təxminən 5 min məktəbin olduğunu nəzərə alsaq, görərsiniz ki, nə qədər böyük işlər görülüb. Amma yenə də mən bu gün Azərbaycanın müxtəlif bölgələrində olarkən vətəndaşlar məsələ qaldırırlar ki, o məktəb qəzalı vəziyyətdədir, bu məktəb təmirsizdir. Yəni, bu problem bizdə də, sizdə də var. Amma biz çalışacağıq ki, bu məsələ öz həllini tapsın. Hesab edirəm ki, Dövlət Neft Şirkəti burada əsas investor kimi öz rolunu oynayacaqdır.

Ümumiyyətlə, Dövlət Neft Şirkətinin həm Azərbaycanda, həm işlədiyi bütün ölkələrdə çox böyük sosial məsuliyyəti vardır. İndi SOCAR müxtəlif ölkələrdə fəaliyyət göstərir və o ölkələrdə, o cümlədən Gürcüstanda da məktəb, uşaq bağçalarının tikintisi, infrastruktur layihələrinin icrası ilə məşğuldur. İlk növbədə bunu Gürcüstanda etməlidirlər, çünki burada böyük sayda azərbaycanlı əhali yaşayır.

Təhsil Nazirliyinə də göstəriş verilmişdir ki, kitablarla, dərsliklərlə bağlı məsələlər öz həllini tapsın. Bilirəm ki, bəzi hallarda məktəblərdə müəllim qıtlığı vardır. Yəni, bu məsələ də öz həllini tapmalıdır ki, uşaqlar normal şəraitdə oxusunlar, qeyd etdiyim kimi, həm Azərbaycan dilini, həm gürcü dilini mükəmməl bilsinlər.

Gələcəkdə iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər də görülməlidir. Əlbəttə ki, biz bu məsələləri Gürcüstan dövləti və hökuməti ilə məsləhətləşmələr əsasında görəcəyik. Bax, soyuducu anbar kompleksinin tikintisi birinci addımdır. Şadam ki, Gürcüstan dövləti də güzəştli kreditlər ayırır və siz burada istixanalar yaradırsınız. Hesab edirəm, Azərbaycan investisiyaları hesabına bu bölgədə emal müəssisəsi də yaradıla bilər ki, siz kənd təsərrüfatı məhsullarını emal edib hazır məhsul kimi dünya bazarlarına sata biləsiniz. Digər məsələlər, yeni iş yerlərinin yaradılması həm Gürcüstanda, həm Azərbaycanda lazımdır. Yeni iş yerləri həm bizdə yaradılır, həm sizdə. Ona görə, burada mütləq birgə səylər vacibdir.

Ümumiyyətlə, dünən apardığımız danışıqlar əsnasında biz bir çox məsələləri, əlbəttə, bir daha müzakirə etdik. Amma əsas məsələ odur ki, Gürcüstan ilə Azərbaycan arasında daha da sıx koordinasiya aparılmalıdır. Çünki həm təhlükəsizlik, həm inkişaf baxımından bizim ölkələrimiz bir-birinə sıx bağlıdır. Bizim uğurlu inkişafımız Gürcüstansız mümkün deyil. Çünki Gürcüstan bizim üçün Avropaya çıxış yoludur. Əlbəttə ki, Azərbaycan nə qədər güclü olsa Gürcüstanın da inkişafı o qədər sürətlə gedəcək. Çünki biz çox yaxın dostuq, tərəfdaşıq, birgə layihələr icra edilir. Dünən razılığa gəldik ki, nəqliyyat sahəsində həm bölgədə, həm dünyada birgə siyasət aparaq. Belə olan halda, ölkələrimizin ərazisindən yükdaşımaların həcmi bir neçə dəfə artacaq. Bu dəhliz buradan, bu bölgədən keçir. Əlbəttə ki, burada yaşayan hər bir insan bundan da faydalanacaq. Çünki yeni iş yerləri yaradılır, yeni sənaye müəssisələri yaradılacaqdır.

Əlbəttə ki, sosial sahəyə daha da ciddi, böyük diqqət yetirilməlidir. O ki qaldı gömrükdə, sərhəddə gediş-gəlişin asanlaşdırılması ilə bağlı məsələlərə, bu da müvafiq qaydada öz həllini tapacaq. Nazir buradadır. Siz bu məsələni dərindən araşdırın. Azərbaycan tərəfindən nə lazımdırsa ediləcək ki, burada heç bir problem olmasın. Yəni, insanlar rahat, maneəsiz gedib-gələ bilsinlər. Onsuz da bizim ölkələrimiz arasında viza rejimi yoxdur, ola da bilməz. Ona görə, bu məsələlər də öz həllini tapacaq. Ümumiyyətlə, əgər bundan başqa hansısa məsələ varsa, xahiş edirəm onu da mənə çatdırın. Biz bütün məsələləri imkan daxilində həll edəcəyik.

Bir xahişim də var. Bu gün burada bu bölgənin seçilmiş, tanınmış, böyük hörmətə malik insanları əyləşmişlər. Ancaq Gürcüstanda yaşayan azərbaycanlıların sayı on minlərlə, yüz minlərlə ölçülür. Xahiş edirəm, Gürcüstanda yaşayan bütün soydaşlarımıza mənim səmimi salamlarımı çatdırın. Bilin ki, mən onlar haqqında daim düşünürəm, onlar mənim üçün çox əzizdir, doğmadır. Ən böyük arzum ondan ibarətdir ki, onlar bu torpaqda rahat, firavanlıq və rifah içində yaşasınlar. Sağ olun.

X X X

Sonra çıxış edən Gürcüstan Prezidenti Giorgi MARQVELAŞVİLİ bölgədə gürcü dilinin öyrənilməsi layihəsinin həyata keçirilməsi prosesindən danışdı və bildirdi ki, bu amil azərbaycanlı əhalinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal mövqe tutmaları üçün əsas şərtdir. Gürcüstan öz mədəniyyətini, adət-ənənələrini qoruyan azərbaycanlı vətəndaşları ilə güclüdür, - deyən Prezident Giorgi Marqvelaşvili daha sonra burada həyata keçirilən layihələrdən danışaraq dedi: 

- Mən burada uğurla həyata keçirilən infrastruktur layihələrini görürəm. Əsasən kənd təsərrüfatı sahəsində olan layihələri. Gürcüstan böyük potensiala malik aqrar dövlətdir. Təəssüf ki, bəzi səbəblərə görə bizim ərzağa olan tələbatımızın 9 faizi daxili istehsal hesabına təmin edilir. Bu, çox kiçik göstəricidir. Lakin elə bu 9 faizdə də bizim azərbaycanlı vətəndaşlarımızın rolu böyükdür. Biz bu sahədə layihələri elə reallaşdırmalıyıq ki, Avropa bazarına çıxa bilək. Biz keçən il Avropa İttifaqı ilə “Azad ticarət haqqında” müqaviləyə imza atdıq. Bu, bizə böyük imkanlar yaratdı. Ancaq təbii, Avropa standartlarına cavab verən məhsul istehsal etməliyik və dünyaya məhsul çıxaran ölkələrlə rəqabətə girməliyik. Burada bu potensial var və biz bunu həyata keçirməliyik. Bunun üçün bizə müasir texnologiya və avadanlıq lazımdır.

Mən çox sevinirəm ki, bu sahədə də cənab İlham Əliyev bizə dəstək verir. Ən müasir istixanaları misal gətirmək istəyirəm. Daha bir sahəni qeyd etmək istəyirəm. Bu, turizm və onunla bağlı xidmətlərin göstərilməsidir. Bununla əlaqədar rayonun icra hakimiyyəti və digər qurumlar birləşib bu sahədə potensialı araşdırıb öyrənməli, təkliflərini təqdim etməlidirlər. Turizm çox gəlirli sahədir. Bundan başqa, çox mühüm geosiyasi və geostrateji layihələr reallaşdırılacaq. Dünən biz bu məsələ ilə bağlı cənab Əliyevlə müzakirə apardıq. Bu layihələr bizə yüklərin, enerji daşıyıcıları tranzitini artırmağa, logistik mərkəzlərin yaradılmasına imkan verə bilər.

Burada gördüyüm canlanmaya görə təşəkkür edirəm. Buradakı əhval-ruhiyyə bizim gələcək əməkdaşlığımızın daha uğurlu olacağı ümidini verir. Mən bir daha cənab İlham Əliyevə “çox sağ olun!” demək istəyirəm. Onu bir daha gözəl Marneulidə salamlayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Marneulidə “Çay evi” tədris mərkəzi ilə tanışlıq VİDEO

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma İmperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO