CƏMİYYƏT


Rayonlarda səyyar formada protez-ortopedik bərpa xidməti təşkil olunacaq

Bakı, 10 noyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunan səyyar protez-ortopedik bərpa xidməti yaxın 3 gün ərzində Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında davam etdiriləcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası noyabrın 11-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, noyabrın 12-də saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında qeyd olunan şəxslərə səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək. Noyabrın 13-də isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında həmin rayonların müvafiq təbəqələrdən olan sakinləri səyyar şəkildə protez-ortopedik bərpa xidməti ilə təmin ediləcəklər.

Qeyd olunan rayonlar üzrə əvvəlcədən qeydiyyata alınmış əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, habelə göstərilən vaxtlarda və ünvanlarda müraciət edən digər müvafiq şəxslərə ehtiyaclarına uyğun şəkildə protez-ortopedik bərpa xidməti göstəriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.