REGİONLAR


“Ölkəmizi tanıyaq” tur-aksiyası: Qubaya ekskursiya zəngin proqramı ilə yadda qalıb VİDEO

Quba, 18 mart, Elxan Yusifli, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə ekskursiya edən məktəblilər martın 18-də Quba rayonunun görməli yerləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Ağsu, Hacıqabul, Qobustan, Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli rayonlarını təmsil edən 200-ə yaxın şagirdin Qubaya ekskursiyası dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb.

Qırmızı qəsəbədən sonra tur-aksiya iştirakçıları zəngin memarlıq üslubuna malik, 1802-ci ildə tikilən Cümə məscidində olublar. Məktəblilərin diqqətinə çatdırılıb ki, bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.

Sonra tur-aksiya iştirakçıları Qubada keçirilən bayram tədbirinə qatılıblar.

Daha sonra məktəblilər şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər.

Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.

Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.

Məktəblilər “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.

Tur-aksiya iştirakçıları martın 19-da Xaçmaz rayonunun görməli yerlərinə səfər edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.