Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitabları Tərtərdə sərgilənib VİDEO

Tərtər, 19 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC 

Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Gənclər Mərkəzinin foyesində ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitablardan ibarət sərgiyə baxış keçirilib.

Konfransın əvvəlində Ulu Öndərin 1995-ci il iyunun 3-də Milli Kitabxanada çıxışına dair videoçarx nümayiş etdirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Ümummilli Liderin hakimiyyəti illərində öz inkişafının yüksək pilləsinə qədəm qoyub. 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verib.

M.Məmmədov Ulu Öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyidir” sözlərini xatırladaraq qeyd edib ki, dahi rəhbərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğı sayəsində ölkədə kitabxanaçılıq inkişaf etdirilir, kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılır, kitab fondu latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirilir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabların ilk dəfədir regionlarda sərgisi keçirilir.

K.Tahirov Ulu Öndərin Milli Kitabxanada 4 dəfə olduğunu deyərək, 1995-ci ildə kitabxanadakı çıxışını xatırladıb. “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər” - deyən Ümummilli Liderimizin nəcib təşəbbüsündən sonra görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli kitab bağışladılar. Bu isə Milli Kitabxananın fondunun daha da zənginləşməsinə kömək etdi.

Diqqətə çatdırıb ki, Ulu Öndərin ideyalarını davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Kitabxanası dünyanın ən müasir, inkişaf etmiş kitabxanalarından birinə çevrilib.

Tədbirdə Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyatı işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” məruzəsi dinlənilib.

Tərtər rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova və başqaları ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ölkəmizdə kitabxana sisteminin inkişafına göstərilən dövlət qayğısından bəhs ediblər.

Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitabları Tərtərdə sərgilənib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqonun rəhbəri ABŞ qoşunlarının Avropada qalmasına yenidən baxılacağını elan edib

Ermənistanın KTMT-dəki səsvermə hüququ ləğv edilə bilər

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,3 faiz artıb

Gənclər Kitabxanasında Milli İnsan Hüquqları Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Macarıstan hökuməti yanacaq qiymətinə tətbiq etdiyi limiti mərhələli şəkildə ləğv edir

Mediada İran Prezidentinin imzalanmış memorandumla birgə fotosu yayımlanıb

Aqrar Təlim Mərkəzi Xocalı və Ağdərədə növbəti təlim proqramlarına start verib

Açıq və qapalı hovuzlar üçün sanitar-gigiyenik tələblər hansılardır?

2027-ci ildə ABŞ-nin hərbi xərcləri 1,5 trilyon dollara çatacaq

İsmayıl Kartal yenidən “Fənərbağça”nın baş məşqçisi oldu

Rusiya ABŞ ilə İran arasında əldə edilən razılaşmanı alqışlayıb

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən “Türk Dünyası Həftəsi” təşkil olunacaq

Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb

Pit Heqset: Bir neçə Avropa ölkəsi Pentaqonun yoxlamasından keçməyəcək

Gündüz İsmayılov: Dinin siyasiləşdirilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar milli təhlükəsizliyə təhdiddir

Ədibin nəvəsi: Abdulla Şaiq ömrünü uşaqların savadlı və Vətənə layiqli vətəndaş kimi yetişməsinə həsr edib

Macarıstanda 20 Avqust atəşfəşanlıq proqramında dəyişiklik edilir

Bosniya və Herseqovinanın ombudsmanı: Milli insan hüquqları təsisatları yeni çağırışlarla məşğul olmaq öhdəliyi daşıyır

Müdafiə Nazirliyi: Türkiyə regionda davamlı sülh, təhlükəsizlik və sabitliyə ümid edir

Oman nümayəndəsi: Dövlətlər süni intellekt sahəsində birgə əməkdaşlıq etməlidir

Moldovanın sabiq ombudsmanı: Bugünkü sammit bir çox müvəkkillər üçün yol xəritəsi rolunu oynayır

Əsas kapitala yönəldilmiş investisiyanın 21,8 faizi tikinti işlərinə xərclənib

Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda mübarizə aparacaq

Pit Heqset: NATO müdafiə məsələləri ilə deyil, gender problemləri ilə məşğul olur

Vasip Şahin: İlk xarici səfərimin Azərbaycana olması xüsusi əhəmiyyət daşıyır

İğdır Universitetinin rektoru: Qərbi Azərbaycana qayıdış bütün Türk dünyasının ortaq və haqlı davasıdır

“Real Madrid” İbrahima Konateni ilə 4 illik müqavilə imzalayıb

Pit Heqset: Avropa hərbi gücə çevrilməli və güclü Amerika kimi müttəfiqi olmalı idi

Əziz Ələkbərli: Ermənistan rəhbərliyi soydaşlarımızın sülh və qarşılıqlı anlaşma şəraitində öz doğma torpaqlarına qayıdışına şərait yaratmalıdır

Bu ilin 5 ayında Azərbaycan 14,6 milyon dollar dəyərində kartof ixrac edib

Nadir və endemik bitkilərin tədqiqində mühüm nəticələr

Türkiyənin baş ombudsmanı: Süni intellekt insan hüquqları əsasında tənzimlənməlidir

Növbəti iki gün hava əsasən yağmursuz keçəcək – PROQNOZ

“Səbail” baş məşqçisi ilə yollarını ayırıb

Moskva vilayətində dron hücumu nəticəsində on altı nəfər xəsarət alıb

Ziyafət Əsgərov: Əsas məqsədimiz Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır

Pakistanın Federal Ombudsmanı: Süni intellekt insan mərkəzli yanaşma ilə tənzimlənməlidir

Peşə təhsili müəssisələri Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

ADPU “QS dünya universitetləri reytinq”ində 1201–1400-cü yerlər aralığında qərarlaşıb

Nazir müavini: Türkiyə beynəlxalq bazarlarda 12 dövlət sukuku emissiyasını uğurla həyata keçirib

Kimya İnstitutunda yeni katalitik sistem üzrə tədqiqat aparılıb

Ekspert: Müəllimlərin tədris prosesinə vahid geyim formasında cəlb olunmasının müsbət təsirləri çoxdur

Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb

Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib

Nazir: Sukuklardan yalnız müsəlman ölkələri deyil, qeyri-müsəlman dövlətlər də geniş istifadə edir

Hadi Əl-Yami: Dövlətlər süni intellekt üzrə milli fəaliyyət planları hazırlamağa təşviq edilməlidir

Ağasəlim Mircavadov: Azərbaycan klublarının avrokuboklardakı rəqiblərini zəif hesab etmək olmaz

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Astanada ölkəmizin səfirliyini ziyarət edib

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 2018-ci il 23 fevral tarixli 20/01-002 nömrəli Qərarı ilə təsdiq edilmiş “Texnoloji nəqliyyаt vаsitələrinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələrinin (qоşqulаrının), dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin QƏRARI

Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq

Prezident İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib VİDEO

Qərb bölgəsinin ədəbi irsi və Azərbaycan dili - elmi konfrans

Litva hökuməti iyunun 23-də istefa verəcək

BNF-nin beynəlxalq seminarlarında Azərbaycanın nəqliyyat və aviasiya sahələrindəki təcrübəsindən danışılıb

Malayziya Mərkəzi Bankı: Hazırda qlobal dövriyyədə olan sukukların həcmi 1 trilyon dolları ötür

Xamis Seyranov: Kadr hazırlığı və texnoloji yenilənmə metrologiyanın gələcəyini formalaşdırır

Sabah Azərbaycanda havanın temperaturu 38 dərəcəyədək yüksələcək

Özbəkistan üçün tarixi məqam

UNEC dünyanın ən yaxşı 634-cü universitetidir

Milli Kitabxanada İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açılıb

Beş ayda ölkədə istehsal edilən tikinti materiallarının həcmi açıqlanıb

İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 5 faizdən çox artıb

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Xəzərin sahilində əfsanəyə çevrilən dağ VİDEO

Şotlandiyalı peşəkar boksçu faciəvi şəkildə vəfat edib

Qəbul imtahanında 400 bal toplayan abituriyent: Dərslərimə hər zaman ciddi yanaşmışam

Amina Buayaş: Süni intellektin nəzarətsiz istifadəsi fundamental hüquqları təhlükə altına salır

Fransa hökuməti yüksəkvəzifəli məmurlar üçün məcburi narkotik testləri tətbiq edəcək

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Nigerin paytaxtında hava limanı ərazisində partlayış və atışma səsləri eşidilib

Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

XVII əsrin yadigarı: İçərişəhərin Yeraltı hamamı VİDEO

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

İƏT Komissiyasının direktoru: Süni intellektə yalnız risk mənbəyi kimi baxmaq olmaz

Moskvaya dron hücumları nəticəsində aeroportların işində problemlər yaranıb

Bu saata olan əsas xəbərlər

Əl-Casir: Azərbaycanın yenidənqurma və inkişaf səylərinə sadiqliyimizi bir daha təsdiqləyirik

AzMİU ilə Məhkəmə Ekspertizası Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan simfonik musiqisinin banilərindən biri – Cövdət Hacıyev

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

Hadi Əl-Yami Azərbaycanın rəqəmsal transformasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirib

Təcrübə-Sənaye Zavodu Yerli Şirkətlərin Tanıtım Sərgisində təmsil olunur

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO

Bu ilin beş ayında əlilliyi olan 6700 şəxsə 281 min reabilitasiya vasitəsi verilib

Musa Qasımlı: Azərbaycan təhlükəsizlik və insan hüquqları sahəsində nümunə göstərir

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir VİDEO

Əli Əhmədov: Təhsil, elm və səhiyyə sahələrində Azərbaycan-Rusiya əməkdaşlığı məzmunu və dinamik inkişafı ilə fərqlənir VİDEO

III ixtisas qrupunda ən yüksək nəticəni göstərən Zeynəb Quliyeva: Hüquqşünas olmağı planlaşdırıram

İkinci rübdə neft daşınmalarının 4,8 faiz azalması gözlənilir

Elm və təhsil naziri: Qərbi Azərbaycan mövzusu artıq strateji fəaliyyət istiqamətinə çevrilib

Konstitusiya Məhkəməsinin sədri: Gələcəyin hüquq sistemi insan mərkəzli inkişaf konsepsiyası üzərində qurulmalıdır

Beş ayda külək elektrik stansiyalarından istehsal 67 dəfəyə yaxın artıb

Fərhad Abdullayev: Süni intellekt məhkəmə sistemində böyük imkanlar yaradır

Bu il qlobal neft tələbatının gündəlik 103,2 milyon barelə enəcəyi gözlənilir

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir VİDEO

Əli Əhmədov: Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi qanunvericilik fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edir VİDEO

Konstitusiya Məhkəməsinin sədri: Süni intellekt hüquqi dövlət prinsipləri kontekstində qiymətləndirilməlidir

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

BDU QS reytinqində 565-ci yerə yüksəlib

Bu ilin 5 ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 6,3 faiz artım qeydə alınıb