SİYASƏT
XİN: “SilkWay”ə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumat toplanılırVİDEO
Bakı, 19 may, AZƏRTAC
“SilkWay” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə əlaqədar Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Azərbaycanın Əfqanıstanda akkreditə olunmuş Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev qeyd edib ki, hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması işi aparılır və digər zəruri tədbirlər görülür.