CƏMİYYƏT


Altı rayonda səyyar protez-ortopedik bərpa xidməti göstəriləcək

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada Qobustan, Şamaxı, İsmayıllı, Göyçay, Kürdəmir və Ağsu rayonlarında səyyar formada protez-ortopedik bərpa xidməti göstərəcək.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, iyunun 8-də saat 9.00-dan 12.00-dək Qobustan rayon mərkəzi xəstəxanasında və saat 13.00-dan 18.00-dək Şamaxı rayon mərkəzi xəstəxanasında, iyunun 9-da saat 9.00-dan 13.00-dək nazirliyin İsmayıllı rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Göyçay rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında həmin rayonlardakı əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar protez-ortopedik bərpa xidmətləri ilə təmin ediləcəklər.

İyunun 10-da isə saat 9.00-dan 13.00-dək Kürdəmir rayon mərkəzi xəstəxanasında və saat 14.00-dan 18.00-dək Ağsu rayon mərkəzi xəstəxanasında protez-ortopedik bərpa xidmətləri davam etdiriləcək.

Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əvvəlcədən qeydiyyatı aparılmış, habelə qeyd olunan vaxtlarda və ünvanlarda səyyar briqadaya müraciət edən müvafiq şəxslər protez-ortopedik bərpa xidmətləri ilə təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.