Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanı kəşf edirik: Frankfurt-Mayn - göydələnlər və yarmarkalar diyarı VİDEO

Ölkənin lap mərkəzində yerləşən Frankfurt-Mayn nəinki Almaniyanın, hətta bütün Avropanın işgüzar paytaxtı sayılır. Bu şəhər həm də regionun ən iri nəqliyyat qovşağı, müxtəlif sərgi və yarmarkaların keçirildiyi məkandır. 

İqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən Frankfurt-Mayn adi turistlər üçün də maraqlıdır və onların vaxtlarını xoş keçirmələri üçün bir sıra maraqlı imkanlar təklif edə bilər. Şəhərin memarlığı xüsusi diqqətə layiqdir. Burada köhnə şəhərin sanki orta əsrlərə aid rəsm əsərlərindən dirçəlmiş koloritli məhəllələri ilə saysız-hesabsız göydələnlər qeyri-adi harmoniya təşkil edir.

Frankfurtda olduğumuz iki gün ərzində şəhərin qədim darısqal küçələrində gəzişdik, maliyyə paytaxtının işgüzar mərkəzinə baş çəkdik, gəzinti katerinin göyərtəsindən şəhərə tamaşa etdik, üstəlik, bazarlıq etməyə də macal tapdıq. Yeri gəlmişkən, burada qiymətlər o qədər də baha deyil.

Marginallar, Römerberq və dəmir körpü

Gəlin ilk növbədə şərtləşək ki, Frankfurt-Mayn şəhərini sadəcə Frankfurt adlandıracağıq. Məsələ burasındadır ki, Almaniyada Frankfurt adlı daha bir şəhər var: Frankfurt-Oder. Sonuncu şəhərin adı həmişə bütöv şəkildə yazılır. Əgər haradasa sadəcə Frankfurt adı çəkilirsə, ehtimal ki, məhz Frankfurt-Mayn nəzərdə tutulur.

Almaniyada səfərdə olduğumuz müddətdə iki dəfə Frankfurtdan tranzitlə keçdik. Bu, təəccüblü deyil, çünki ölkə boyunca hərəkət marşrutlarının əksəriyyəti məhz bu şəhərin nəqliyyat magistrallarından keçir.

Berlindən gələn qatar perrona daxil olur və biz Frankfurt mərkəzi dəmiryol vağzalının binasına heyrətlə tamaşa edirik. Qeyri-adi gözəlliyi ilə seçilən yarımkürə şəklində damı və nəhəng memarlıq fasadı olan bu bina XIX əsrdə inşa edilib. Gündə 350 minə yaxın sərnişinə xidmət edən vağzal bu gün də bütün Avropada mühüm nəqliyyat qovşağıdır.

Küçəyə çıxanda ilk növbədə diqqəti cəlb edən vağzalyanı meydanda və ətraf ərazidə çoxsaylı marginal elementlərdir - müəyyən yaşayış yeri olmayan insanlar, narkomanlar və s. Bunlar əsasən gəlmələrdir. Ümumiyyətlə, Frankfurtda əcnəbilər çoxdur: statistik məlumatlara görə əhalinin dörddə biri, turistləri də buraya əlavə etsək sakinlərin yarısı gəlmələrdir. İnsanlar buraya əsasən qazanc dalınca gəlirlər. Bu da təsadüfi deyil, axı dünyanın müxtəlif şirkətlərinin, bankların çoxsaylı ofisləri, həmçinin Almaniyada ən böyük fond birjası bu şəhərdə yerləşir.

Vağzaldan bizim qaldığımız 4 ulduzlu “TRYP by Wyndham” otelinə qədər piyada 15 dəqiqəlik yoldur. Buna görə biz otelə gəzə-gəzə getməyi, həm də ətraf əraziyə tamaşa etməyi qərara aldıq. Yol boyunca hindistanlıların, pakistanlıların və digər etnosların mağaza və restoranları, yoldan bir qədər aralıda isə orta səviyyəli biznes-mərkəzlər və çoxsaylı ofislər yerləşir. Bir sözlə, burada baxmalı obyektlər az deyil. Bir qədər irəliyə gedərək deyək ki, otel orta səviyyəlidir. Səhər yeməyi alababat idi, servis xidmətləri o qədər də yaxşı deyildi, üstəlik, nömrədə çirkli stəkanlar da vardı. Aşkar görünürdü ki, bu mehmanxana öz ulduzlarının sayına uyğun deyil. Üstəlik, yaxınlıqdan tez-tez keçən qatarların gurultusu dincəlməyə imkan vermirdi.

Dincəlmək üçün şəhərin tarixi mərkəzinə getməyi qərara aldıq. Orada ekskursiya və kater gəzintisi planlaşdırılmışdı. Sxemi Berlindəki kimi qəliz olan metroya minib köhnə şəhərdəki Dom-Römer stansiyasında düşdük.

Römer “roman” deməkdir. Şəhərin bu hissəsində ən gözəl tikililərdən biri, o cümlədən ratuşa binaları kompleksi yerləşir. 1405-ci ildə şəhər şurası buradakı evləri varlı bir tacir ailəsindən alıb onları öz arasında birləşdirib. Ratuşanın yuxarı mərtəbəsində Kayzerzal deyilən “İmperator” zalı yerləşir. Müqəddəs Roma İmperiyasının başçıları tacqoyma günlərində burada banketlər keçirirmiş. Pilləvari frontonlu (lap Amsterdamda olduğu kimi) binalar 600 ildən çoxdur ki, bu şəhərin rəmzi sayılır. Evlər sırf almanlara xas olan fahverk üslubunda tikilib. Bayır tərəfdən diqqəti cəlb edən mail tirlər daşıyıcı divar kimi xidmət edir. Bu, çox effektlidir. Yeri gəlmişkən, eynilə bu cür tikililər Azərbaycanda, ötən əsrin ortalarına qədər alman koloniyasının yaşadığı Şəmkir şəhərində də qalıb.

Ratuşa binalarının qarşısındakı meydan Römerberq (Roma dağı) adlanır. Turistlərin çox xoşladığı bu meydanda tez-tez yarmarkalar keçirilir, müxtəlif yeməklər və suvenirlər satılan köşklər işləyir, yelləncəklər və karusellər fəaliyyət göstərir. Burada dincələnləri əyləndirən küçə artistləri isə “canlı heykəllər” kimi çörək pulu qazanırlar.

Qonaqlar gözəl memarlıq nümunələrinə və fəvvarələrə tamaşa edəndən sonra Römerberqi Mayn çayının o tayındakı Zaxzenhauzen rayonu ilə birləşdirən qədim dəmir körpü ilə aşağı düşürlər. 1869-cu ildə tikilmiş 170 metr uzunluğunda bu körpüdən göydələnlərə və Frankfurtun o biri məhəllələrinə baxanda qarşıda gözəl bir mənzərə açılır. Turistlər körpünü bəzəyən, qədim yunan dilində yazılmış sitata da diqqət yetirirlər. Bələdçi bizə izah etdi ki, həmin kəlamın mənası təxminən belə izah edilə bilər: “Mis tapmaq üçün tünd qara şərab rəngində dənizlə yadellilərin yanına üzürəm”.

Körpüdə Mayn çayında müxtəlif daşqın dövrlərində suyun hansı səviyyəyə qalxması da göstərilib. Oradakı nişanlara inansaq, 1342-ci ildə Frankfurt sakinləri çox böyük daşqınla üzləşiblər. O vaxt çayın səviyyəsi bir neçə metr artaraq bütün ətraf ərazi suya qərq olubmuş.

Körpü dayaqlarının yanında Primus-Line şirkətinə məxsus çay gəzinti gəmiləri dayanır. Burada piyada gəzintidən sonra çay gəzintisi də xoş olardı. Biz də belə etdik.

Maynhetten, Tsayl və Hötenin evi

Göydələnlərin sayına görə Frankfurt Almaniyada liderlik edir. Sudan tamaşa edəndə bu göydələnlər çox qəşəng görünür. Bu səbəbdən, hətta Frankfurta Nyu-Yorkun Manhetteni ilə analoji olaraq Maynhetten deyirlər.

Teploxodla ekskursiya zamanı qarşıya çıxan mənzərələr barədə dinamiklərdən ingilis dilində məlumat yayılırdı. Şəhərdə, ümumiyyətlə, hündürlüyü 150 metrdən az olmayan 12 bina və elə də cəlbedici olmayan onlarca başqa bina var. Hündür binaların əksəriyyəti şəhərin maliyyə dairəsində (Bankenviertel) yerləşir. Onlardan bəziləri xüsusi diqqət yetirilməyə layiqdir. Məsələn, “Kommersbankın” baş ofisi - hündürlüyü 259 metr (antena ilə birlikdə təxminən 300 metr) olan Kommersbank-Tauer Avropada ən hündür binadır! Messeturm və ya “Yarmarka qülləsi” - hündürlüyü 256 metr olan ofis mərkəzidir. Bu göydələnin fərqləndirici cəhəti onun piramida formasında olan gözəl damıdır. Sonra Almaniyanın Vestendturm Mərkəzi Kooperativ Bankının baş ofisinin binasını (hündürlüyü 208 metr) və Mayn Taueri (hündürlüyü 200 metr) - Hessen əyaləti bankının əsas binasını göstərmək olar. Avropa Mərkəzi Bankının keçən il açılmış qərargahı (avronun emissiyası ilə məşğul olur) isə hündürlüyü 165 və 184 metr olan iki göydələndə yerləşir.

Müasir binaların fonunda şəhərin baş kilsəsi - XIV-XV əsrlərdə qotik üslubda tikilmiş Müqəddəs Varfolomey Kilsəsi (ona İmperator kilsəsi də deyirlər) görünür. 1356-cı ildən bu kilsədə Müqəddəs Roma İmperiyasının alman millətindən olan imperatorları toplaşır, 1562-ci ildən 1792-ci ilə qədər isə imperatorların tacqoyma mərasimi keçirilirdi.

Adama gümrahlıq verən su gəzintisindən sonra Frankfurtun əsas ticarət küçəsi olan Tsayla (Zeil) yola düşürük. Almaniyanın bu izdihamlı küçəsi iki ticarət mərkəzi - Hauptvaxe (Hauptwache) və Konstablervaxe (Konstablerwache) ilə əhatə olunan piyada zonasıdır. Tsayl Almaniyada “mağaza üçün ən bahalı icarə yeri” reytinqində ikincidir. Lakin bu o demək deyil ki, burada yalnız bahalı butiklər yerləşir. Tsaylda siz çoxlu sayda orta və aşağı kateqoriyalı brend mağazalarını, o cümlədən turistlərin sevimli Primark ingilis univermağını görəcəksiniz.

Nəhayət, yorulduq, dincəlmək və güc toplamaq imkanı axtarırıq. Tsayl küçəsində yerləşən yaxşı tanıdığımız “Jumeirah” otellər şəbəkəsinin restoranından münasib bir yer tapmırıq. “Jumeirah” Almaniyada yeganə otelini məhz Frankfurtda açıb. Bu il mehmanxana beş illiyini qeyd edir.

Otelin birinci mərtəbəsində “Max on One” restoranı yerləşir, burada dünyanın müasir mətbəxlərinin təamlarını dadmaq olar. Məkanın interyeri tanınmış yapon dizayneri Takeşi Suqomito və onun “Super Potato”dan komandası - relaksasiyaya meyilli restoran dizaynı üzrə ən hörmətli və innovativ agentliklərdən biri tərəfindən hazırlanıb. Açıq rəng çalarları, bəzək elementlərində ağac və şüşədən istifadə edilməsi, yumşaq işıqlandırma son dərəcə dəbli görünür. Dadlı ət, balıq xörəkləri və tərəvəz bişirilən açıq mətbəxdən dolan ətir bizdə iştaha oyatdı.

Deyilənə görə, bu restoranda il ərzində vaxtaşırı illüzionist şousu göstərilir. Biz onu görmədik, lakin başqa bir tamaşanın şahidi olduq. Salatlar, qarnirlə balıq, kokteyl və desertlər sifariş edirik və tamaşa başlanır! Burada müştərilərə hər yeməyi şəxsən aşpaz özü və ya onun köməkçisi gətirir. Sizə yeməyi çox gözəl təqdim edəcək, onun nədən hazırlandığını və necə yemək lazım olduğunu deyəcəklər. Yeməklər kreativ tərtib olunub, ən əsası - onlar həqiqətən dadlıdır. Əgər tezliklə eşitsəm ki, bu restoran Mişlen ulduzuna layiq görülüb, təəccüblənmərəm. Hər halda restoranın heyəti elə işləyir ki, sanki bu mükafatı artıq alıbdır.

Gəzə-gəzə geri qayıdanda gözəl bir tarixi binaya rast gəlirik. Sən demə, bu, Frankfurtun ən görkəmli sakinlərindən biri olmuş İohann Volfhanq Hötenin evidir. O, 1749-cu ildə bu evdə doğulub və gənclik illərini burada keçirib. “Gənc Verterin iztirabları” romanı və “Faust”un ilk eskizləri də burada yaradılıb.

Son söz əvəzi və ya turistin arzuları

Əgər Frankfurta səfərimiz üçün iki gün deyil, daha çox vaxt ayrılsaydı, biz mütləq digər görməli yerlərə də baş çəkərdik. Hər şeydən əvvəl Muzeylər sahilinə - çoxsaylı mədəniyyət müəssisələri, o cümlədən incəsənət, kino, memarlıq, rəngkarlıq və digər muzeylərlə dolu bulvara gələrdik.

Sonra Frankfurt zooparkına gələr, 450 növdən çox heyvanı müşahidə edər və onlar barədə bir çox məlumat öyrənərdik. Üstəlik, mənim uşaq vaxtı canlı təbiət haqqında kitablarını oxuduğum Benqard Qrjimek bu zooparklardan birinin direktoru olub.

Nəhayət, 20 hektar ərazidə müxtəlif iqlim zonalarının florasının təqdim edildiyi, tez-tez beynəlxalq sərgilər və bayram tədbirləri keçirildiyi Palma bağından necə yan ötəsən!

Lakin Frankfurtla vidalaşmaq və aeroporta yola düşmək vaxtı idi. Səfər vaxtı elə yorulmuşduq ki, gedəcəyimiz aeroport haqqında məlumat toplamağa da çalışmadıq. Əbəs yerə! Yalnız onu bilirdik ki, Frankfurt aeroportu dünyanın ən böyük aeroportlarından biridir. O, elə böyükdür ki, orada daxili qatar - monorels işləyir. Qaydalara uyğun olaraq, biz də uçuş vaxtından üç saat əvvəl elə bu aeroporta yola düşdük. Yalnız ora çatanda məlum oldu ki, biz tamam başqa aeroporta - şəhərin 120 kilometrliyində yerləşən Frankfurt-Xana getməli idik. Bizim təyyarəmiz “Wizz Air” məhz buradan uçur. Tələsmək lazım idi, yoxsa reysimizi əldən buraxa bilərdik.

Hər halda, aeroportdan çıxmaq üçün monorelsə minməli olduq... Sonra iki aeroport arasında hərəkət edən avtobusu bir saatdan çox gözlədik və bir saata qədər həmin avtobusla yol getdik (biletin qiyməti 15 avro). Təyyarəyə miniyin başa çatmasına 40 dəqiqə qalmış aeroporta çatdıq.

Beləliklə, yadınızda saxlayın ki, əgər Frankfurtdan “Wizz Air” aviaşirkətinin təyyarəsi ilə uçacaqsınızsa, Xan aeroportuna getmək lazımdır! Qalan hər şey əla keçdi. Reysimiz tranzit idi - Budapeştdən Bakıya uçuşdan əvvəl gecəni orada keçirməli olduq. Macarıstanın paytaxtı ilə tanış olmaq şansımızı buraxmadıq. Lakin bu başqa bir hekayətdir...

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

Almaniyanı kəşf edirik: Frankfurt-Mayn - göydələnlər və yarmarkalar diyarı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb