MƏDƏNİYYƏT


AZƏRBAYCAN FİLMİ RUSİYADA BƏRPA OLUNMUŞDUR

AZƏRTAC xəbər verir ki, 1965-ci ildə rejissor Hüseyn Sasanpurun çəkdiyi “Su ərizəsi” filmi Dövlət Film Fondunun təşəbbüsü ilə Rusiyada bərpa olunaraq Azərbaycana gətirilmişdir.

Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirmişdir ki, film məşhur Azərbaycan yazıçısı Süleyman Rəhimovun eyniadlı əsəri əsasında çəkilmişdir.

Filmdə çar Rusiyası dövründə Azərbaycanda baş verən hadisələrdən bəhs edilir.

İki hissədən ibarət olan filmdə baş rolları Azərbaycanın tanınmış teatr və kino aktyorları, xalq artistləri Mövsüm Sənani və İsmayıl Osmanlı ifa etmişlər.

Filmin rejissoru Hüseyn Sasanpur, operatoru Zaur Məhərrəmov, rəssamı Kamil Nəcəfzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.