Azərbaycan badmintonçusu “Minsk 2019”da ikinci oyunda da qalib gələrək qrupda liderliyə yüksəlib
Bakı, 25 iyun, AZƏRTAC
İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni iyunun 25-də G qrupunda ikinci oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz lüksemburqlu Robert Manna iki setdə qalib gəlib - 21:15, 21:18.
Bu qələbə sayəsində Ezmi Qovimuramadhoni çıxış etdiyi G qrupunda liderliyə yüksəlib. O, sabah keçiriləcək növbəti görüşdə qrupun digər favoriti Vladimir Malkov (Rusiya) ilə üz-üzə gələcək.
Təmsilçimiz qrupda birinci oyunda Rumıniya idmançısı Kollins Valentin Filimona qalib gəlmişdi - 2:1 (21:19, 18:21, 21:10).
Yarışların reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]