Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dilinin dövlət dili elan olunmasından yüz il ötür

Azərbaycan dilinin dövlət dili elan olunmasından yüz il ötür

Bakı, 27 iyun, AZƏRTAC

Azərbaycan dili böyük inkişaf yolu keçmiş, qədim və zəngin ədəbi dillərdəndir. Dövlət dilimiz olan Azərbaycan dili son bir əsrlik dövr ərzində məqsədyönlü islahatlar nəticəsində lüğət tərkibini zənginləşdirib və dünya dilləri içərisində özünəməxsus yer tutub.

Dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə diqqət yetirilən əsas sahələrdən olub. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə, o zaman türk dili adlanan Azərbaycan dili dövlət dili elan edilib. Bu gün həmin tarixi hadisədən 100 il ötür.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin elektron informasiya şöbəsi rəisinin müavini, dissertant Nərgiz Qəhrəmanovanın AZƏRTAC-a təqdim etdiyi “Azərbaycan dilinin dövlət dili elan olunmasından yüz il ötür” sərlövhəli yazıda yer alıb.

Müəllif yazır ki, Cümhuriyyətin qısa vaxtda dil sahəsində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində əhəmiyyətli izlər buraxıb. AXC öz dil siyasətini həyata keçirmək üçün təhsilin mühüm sahə olduğunu ön plana çəkərək 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verib. Aparılan islahatların məntiqi davamı kimi AXC-nin hərbi naziri Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 27-də ordu dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verib. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilib, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb. Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki Bakı Dövlət Universiteti) açılması məsələsi müzakirə olunub, deputatlar çıxışlarında bu ilk ali məktəbdə tədris işləri ilə yanaşı, onun hansı dildə aparılması məsələsinə də xüsusi diqqət yetiriblər.

Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha da inkişaf etdirilməsi yolunda yeni üfüqlər açılıb. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi layiqli yerini tutub. Konstitusiyanın 21-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir.

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda dilimizin öz tarixi inkişafı boyunca əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Azərbaycan dilinin perspektivlərinin müəyyənləşdirilməsi və dilçiliyin əsaslı inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin hakimiyyəti dövründə də davam etdirilib. Belə ki, dövlət başçısı 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən dərslik, elmi əsər və lüğətlərin, bədii ədəbiyyat nümunələrinin latın qrafikalı yeni Azərbaycan əlifbası ilə çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi baxımından əhəmiyyətli olub.

Ölkə Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm sənədlərdir.

Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir. Hər bir azərbaycanlı da, öz növbəsində, vətəndaş borcunu yerinə yetirərək xalqımızın ən böyük mənəvi sərvəti olan ana dilinə qayğı göstərməli, onun qorunması və inkişafı üçün əlindən gələni etməlidir. Yalnız bu yolla dilimizi qoruya və nəsildən-nəslə ötürə bilərik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

COP30-un icraçı direktoru: Hazırda biz Azərbaycandan öyrənərək Belemə hazırlıq görürük

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

“TikTok”da investisiya və yatırım adı altında vətəndaşların pulunu ələ keçirən şəxs saxlanılıb VİDEO

Naxçıvanda “Milli iqtisadiyyat və dövlət idarəçiliyi” mövzusunda təlim keçirilib

BDU nümayəndə heyəti Qlobal Dayanıqlı İnkişaf Konqresinin açılış mərasimində iştirak edib

“Meşə tiplərinin tədqiqi və davamlı inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilir

Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq

Çin dilinə dair beynəlxalq müsabiqənin Azərbaycan üzrə seçim turu olub

“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib

“Audiovizual mediada bərabərlik və informasiyaya əlçatanlıq’’ mövzusunda müzakirələr aparılıb

Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir

Arif Əsədov: İnanıram ki, “Sabah” Sloveniya klubunu məğlub edərək mərhələ adlaya biləcək

On altı ildən sonra Superliqaya yüksələn klub tanınmış hücumçu ilə anlaşıb

Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib

Azərbaycanın qadın boksçuları Türkiyədə təlim-məşq toplanışına start veriblər

Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Astanada İkinci “Mərkəzi Asiya – Çin” sammiti keçirilir

Mette Lundgaard: Bakıdan Belemə uzanan yol xəritəsi üzrə ambisiyalar artmalıdır

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı ziyarət edib VİDEO

UEFA Avropa Liqası: “Sabah”ın rəqibi məlum olub

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşçüləri Dağüstü Parkda üz-üzə gəliblər

Xankəndi şəhərində Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib FOTO

Numan Kurtulmuş: Üçtərəfli əməkdaşlığın yenidən canlandırılması mühüm əhəmiyyət kəsb edir

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan cüdoçusu: Dünya çempionatında qazandığım medal qızıla bərabərdir

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Müharibələr iqlim təhlükəsizliyini təhdid edir VİDEO

Filippo İnzaqi yenidən İtaliya B Seriyasında işləyəcək

Bəstəkar Eldar Mansurov: Musiqi sözlərin olmadığı söhbətdir – MÜSAHİBƏ

“Axşam görüşləri”: Azərbaycan elminin və mədəniyyətinin carçısı

Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək istehsalçılardan 150 ton yaş tütün qəbul edib

Bu il sənaye məhsulu istehsalının həcmi açıqlanıb

Rusiyadan idxal olunan dondurulmuş toyuq dərisi məhsulunda uyğunsuzluq aşkarlanıb

Bolqarıstan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib

“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan edib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

® “Veysəloğlu” FMCG sektorunda BMT-nin Qlobal Sazişinə qoşulan ilk Azərbaycan Şirkətlər Qrupu oldu

Eşitmə məhdudiyyətli idmançılarımız beynəlxalq yarışdan 6 medalla qayıdıblar

“BilBacar” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Riqada Azərbaycanın mina probleminə dair dəyirmi masa təşkil olunub

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Yeni Klinikada “Təbiblər - Cəmiyyətin sağlamlıq qalası” adlı tədbir keçirilib VİDEO

Politoloqlar: Gürcüstana qaçqın axını olmayacaq

Ronaldunun ayaq dırnaqlarını qara rəngə boyamasının səbəbi bəlli olub

Tarix Muzeyinin əməkdaşı beynəlxalq forumda Azərbaycanın bölgələrində aşkar olunmuş sikkələr barədə çıxış edib

Komitə: Əhalinin gəlirləri artıb

® “Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 faiz komissiyalı kredit

ABŞ və Gürcüstan rəsmiləri regiondakı vəziyyəti müzakirə ediblər

Əsas kapitala yönəldilmiş investisiyaların 78 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

A Seriyasına yüksələn klub Daniele De Rossiyə təklif göndərib

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Səhnə dekorları, qrim otağı, geyim sexi və daha nələr, nələr... REPORTAJ VİDEO

Kreditlərin 94 faizi banklar tərəfindən verilib

Bu il hər istehlakçı ticarət şəbəkəsində ərzaq məhsullarına 255 manatdan çox pul xərcləyib

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Sigurd Krabbe: Övladlarımız üçün yaşıl gələcək istəyiriksə, indi hərəkətə keçməliyik

Azərbaycan və Şimali Makedoniya arasında parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə edilib

Tramp: İran ABŞ-la danışıqlar aparmaq istəyirsə, bunun üçün heç bir maneə yoxdur

Azərbaycanda qızıl istehsalı 64 faiz artıb

İctimai iaşə dövriyyəsi artıb

“ADA” Universiteti Balaxanı neftçilərinin yeni akademik tərəfdaşıdır

Cari ildə Azərbaycanın neft-qaz sektoruna 2 milyard manat investisiya qoyulub

Bu ilin 5 ayında hər bir istehlakçının orta hesabla ayda xərclədiyi vəsait 586 manatı ötüb

AQTA və "Qarabağ" FK-dan birgə təşəbbüs: "Gələcəyini buxar etmə!" adlı sosial çarx təqdim olunub

Azərbaycan və Şimali Makedoniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Neft-qaz sektorunda 16 milyard manata yaxın ÜDM istehsal olunub

Azərbaycanın 3x3 basketbol üzrə yığması beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

Beş ayda ölkədə 50 milyard manatlıq ÜDM istehsal olunub

® “Azercell” Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə rəssamın əsərlərindən ibarət kitabı təqdim edib

Dövlət Miqrasiya Xidmətinin rəisi vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanın tennis millisi Moldovaya qarşı

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 9 milyard kubmetrdən çox təbii qaz ötürülüb

Əhalinin banklardakı əmanətlərinin 67 faizi milli valyutada qoyulub

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Respublika üzrə arpa zəmilərinin 42,5 faizində biçin başa çatıb – operativ məlumat

Media: İran-İsrail münaqişəsi Ukraynaya silah tədarükünə təhlükə yaradır

Samuxda “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

® “Valentino”, “Chloé”, “YSL”, “Balenciaga” və nüfuzlu “Forbes”də “Fernando & Rafael” imzası

İyun İqlim Görüşləri - Amazoniyalı ekoloji fəallar aksiya keçiriblər VİDEO

İyun İqlim Görüşləri - Amazoniyalı ekoloji fəallar aksiya keçiriblər VİDEO

Nazir: Sevindirici haldır ki, Azərbaycan universitetləri bu axşam açıqlanacaq “THE Impact 2025”in reytinq siyahısında yer alıb VİDEO

Nazir: Sevindirici haldır ki, Azərbaycan universitetləri bu axşam açıqlanacaq “THE Impact 2025”in reytinq siyahısında yer alıb VİDEO

ETSN-in əməkdaşı: Azərbaycanda yaşıllıq sahələri artırılacaq

“Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış materiallar istifadəçilərə təqdim edilib

Polşa ABŞ-dan ilk “Apache” helikopterlərini alıb

İlin ilk dörd ayında 15 minə yaxın cütlük nikaha daxil olub

Nurlan İsmayılbəyli: Bu il MİQ imtahanında iştirak etmək üçün 70 minə yaxın namizəd qeydiyyatdan keçib

Yanvar-aprel aylarında 1000 əkiz, 42 üçəm doğulub

Azərbaycanda əhalinin sayı açıqlanıb

Magistraturanın jurnalistika ixtisaslaşması üzrə qabiliyyət imtahanına qeydiyyat başlanıb

Erkən nikah və onun fəsadları ilə bağlı maarifləndirmə tədbirləri davam edir

Mərkəzi Bank daha bir şirkətə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verib

Kahramanmaraşlı sahibkar: Azərbaycanın işğaldan azad edilmiş torpaqları regionun tekstil mərkəzinə çevrilə bilər

Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru: Metodist müəllimlərə böyük ehtiyac var

Rektor: Beynəlxalq tədbirdə iştirak Qarabağ Universitetinin tanıdılması baxımından olduqca yaxşı fürsətdir

Vəfa Yaqublu: Bu il fizika, kimya, biologiya və informatika müəllimləri üçün ilk dəfə sertifikasiya keçiriləcək

Beynəlxalq tədbirlərdə iştirak etmiş gənclərlə görüş keçirilib

Azərbaycan karateçiləri Moldovada altı medal qazanıblar

Nurlan İsmayılbəyli: Bu il sertifikatlaşdırma prosesində 19 minə yaxın müəllim iştirak edəcək

Qazaxıstan Orta Dəhlizlə yükdaşımaların həcmini 10 milyon tona çatdırmağı planlaşdırır

Bu il ilk dəfə Astarada müəllimlərin sertifikatlaşdırılması həyata keçiriləcək