MƏDƏNİYYƏT


Bakı Xoreoqrafiya Akademiyasında növbəti konsert

Bakı, 20 dekabr, AZƏRTAC

Bakı Xoreoqrafiya Akademiyası (BXA) Təhsil Kompleksində bəstəkar, beynəlxalq müsabiqələr laureatı, akademiyanın musiqi fənləri kafedrasının müəllimi, dosent Lalə Cəfərovanın müəllif konserti olub.

BXA-dan AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində AzTV-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin solisti Şeyda Ələsgərova, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı İbrahim Babayev, Bakı Xoreoqrafiya Akademiyasının dosenti, respublika müsabiqəsi laureatı Nigar Ağayeva, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Turanə İsayeva, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin solisti Camal Bayramlı, Niyazi adına Dövlət Simfonik Orkestrinin solisti Akif Rəhimov, Bakı Xoreoqrafiya Akademiyası incəsənət fakültəsində musiqi sənəti ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Lalə Musayeva, həmçinin akademiyanın instrumental ifaçılıq və musiqi müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələri L. Cəfərovanın müəllifi olduğu “Karvan və rəqs”, “ Dəniz və tokkato”, “Rüstəm və Söhrab”, “Blyuz” və digər musiqi kompozisiyalarını səsləndiriblər.

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.