Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bölgələrdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

Ağsu, 12 dekabr, AZƏRTAC 

Ağsuda ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də səhər saatlarında rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, o cümlədən ziyalılar, ağsaqqallar və gənclər şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada böyük öndərin abidəsini ziyarət edib, önünə əklil və qərənfillər qoyub, Ümummilli Liderə öz ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Məktəblilər Ulu Öndərə, Azərbaycana həsr olunan şeirlər söyləyiblər. İştirakçılar dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.

Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Dünya durduqca yaşayacaq lider” mövzusunda məruzə edən icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva və digər çıxışçılar dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib.

Məruzə və çıxışlarda iftixarla söylənilib ki, bu gün Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.

X   X   X

Dekabrın 12-də Kürdəmirdə müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə ümumrayon anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri səhər saatlarında Heydər Əliyev parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” mövzusunda konfrans keçirilib. Konfransda Ulu Öndərə həsr olunan “Şəxsiyyət” filmi nümayiş etdirilib.

Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bildirib ki, Heydər Əliyev Azərbaycanı zamanın sınaqlarından uğurla çıxarıb, gələcək inkişaf strategiyasını müəyyən edib.

Konfransda vurğulanıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir.

Həmin gün şəhərdə Ümummilli Liderin xatirəsinə ehsan süfrəsi açılıb.

X   X   X

Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların kollektivləri, minlərlə şamaxılı Ümummilli Liderin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək xalqın böyük xilaskarının xatirəsinə ehtiramlarını bildirib, önünə tər çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Ağayev Ulu Öndərin həyatı və siyasi fəaliyyətindən danışıb, Ümummilli Liderin hakimiyyətinin istər sovet, istərsə də müstəqillik dövründə ölkəmizin hərtərəfli inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən rayon prokuroru Zakir Müslümov, Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, YAP rayon təşkilatının sədri Bəxtiyar Abbasov və Mədrəsə qəsəbə tam orta məktəbinin müəllimi Rahib Qasımov Ulu Öndərin azərbaycançılıq məfkurəsindən, ölkəmizin müstəqilliyi və çiçəklənməsi yolunda atdığı addımlardan söz açıb, onun əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını söyləyiblər.

Sonda Heydər Əliyevin xatirəsinə həsr olunan “Sən həmişə bizimləsən” adlı sənədli filmə və Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif illərinin ayrı-ayrı məqamlarını əks etdirən fotolara baxış olub.

X   X   X

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Qobustan rayonunda da ehtiramla yad edilib.

Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, o cümlədən ağsaqqallar və gənclər dekabrın 12-də Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə çiçəklər qoyub, dahi liderə öz ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov mərasimi açaraq deyib: “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib və ömrünün ən möhtəşəm əsərini - müstəqil Azərbaycanı yaradaraq əbədiyyətə qovuşub. Bəli, o, bütün ömrünü Azərbaycanın bu gününə, sabahına həsr etdi. İndi gündən-günə daha da güclənən, inkişaf edən müstəqil Azərbaycanın qazandığı hər bir uğur Heydər Əliyev ömrünün davamıdır”.

Yığıncaqdakı çıxışlarda Ulu Öndərin xalq qarşısındakı xidmətləri konkret faktlarla bir daha diqqətə çatdırılıb, gələcək neçə-neçə nəslin Heydər Əliyev məktəbindən ölkəmizin inkişafı, xalqın rifahı naminə faydalanacağını bildiriblər.

X   X   X

İsmayıldakı Heydər Əliyev Mərkəzində “Heydər Əliyev idarəetmə məktəbi”nin “Azərbaycan tarixinin Heydər Əliyev epoxası: inkişaf, xilaskarlıq və yüksəliş” mövzusunda məşğələsi keçirilib.

Məşğələdə Ulu Öndərin İsmayıllıya səfərlərinin şahidi olan ziyalılar, ictimaiyyət nümayəndələri, icra strukturlarının, pedaqoji sahənin işçiləri, veteranlar, gənclər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətini əks etdirən filmə baxılıb.

Rayon icra hakimiyyəti başçısının müavini, YAP İsmayıllı rayon təşkilatının sədri Sevil Əhmədova “Heydər Əliyev şəxsiyyətində milli liderliklə siyasi liderlik vəhdətdə olub” mövzusunda məruzə edib. Həmçinin “Ümummilli lider Heydər Əliyevin çoxistiqamətli siyasəti ümumxalq maraqları üzərində qurulurdu”, “Ümummilli lider Heydər Əliyev Azərbaycanın xilaskarıdır” və “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin yaradıcısı və qurucusu olub” mövzularında dövlət qulluğu veteranı Valeh Salehovun, kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənovun, Təzəkənd tam orta məktəbinin direktoru Elxan Bədəlovun çıxışları dinlənilib.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti daim öyrənilməlidir. Həyat fəaliyyətinin, dövlət siyasətinin elə bir istiqaməti yoxdur ki, Heydər Əliyev dühasından kənarda qalsın. Ulu Öndərin ümumxalq maraqlarına əsaslanan siyasəti Azərbaycanı yüksək inkişaf səviyyəsinə çatdırıb, çətin zamanda xilas edib və dünya miqyasına çıxarıb.

Məşğələdə Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib.

Həmin gün İsmayıllı sakinləri ümummilli lider Heydər Əliyevin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül-çiçək düzüblər. Ziyarətçilər daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən filmə baxıblar.

X   X   X

Dekabrın 12-də Ucar rayonunda ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimləri keçirilib.

Mərasimlər rayon mərkəzində, habelə Qazıqumlaq və Çiyni kəndlərində Ulu Öndərin abidələri önündə keçirilib.

Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilat kollektivlərinin, ümumtəhsil məktəblərinin şagird və müəllimlərinin iştirak etdikləri tədbirlərdə ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycanın qurulması və inkişaf etdirilməsində əvəzsiz xidmətlərindən danışılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xankəndindən Afrikaya uzanan körpü: Qarabağ qələbəsi və TİKA-AİDA Tərəfdaşlığının Geosiyasi Məcəllələri

® “AccessBank” 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb

Uşağın məktəbə uyğunlaşması üçün nələrə diqqət yetirilməlidir? - psixoloq izah edir

Diplomatik korpusun Qarabağa səfəri Azərbaycanın beynəlxalq siyasətdə verdiyi strateji mesajların canlı təqdimatıdır - ŞƏRH

Londonda restoran açan azərbaycanlı: Həftədə üç minə yaxın qonağa Azərbaycan çayı təqdim edirik

Penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısı alınıb

® “Azercell Könüllüləri” yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu

Türkiyə Milli Müdafiə Nazirliyi: Qafqaz İslam Ordusunun qardaşlıq ruhu insanların qəlbində yaşayır

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi qaydası müəyyənləşdirilir

® EMTA və “Xalq Bank” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Özbəkistan Üləmalar Şurasının üzvü: Yəhya Bakuvinin mənəvi irsi bu gün də aktuallığını qoruyur

Rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı dəqiqləşdirilir

Bu ilin səkkiz ayında ixrac edilən xam neft və neft məhsullarının dəyəri 11 faizədək artıb

Kürşad Zorlu: 1918-ci ildə Mehmetcik “Bir millət, iki dövlət” şüarını canı və qanı ilə tarixə yazdı

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

Terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi təklif edilir

Həsən Həsənli: Müasir tədris mühitinin formalaşdırılması istiqamətində işlər davam etdirilir

Azərbaycanın ixrac etdiyi neft koksunun dəyəri 88 faizdən çox artıb

Prokurorluğa işə qəbulla əlaqədar müsabiqə üzrə sənədlərin qəbulu sentyabrın 30-da başa çatacaq

Şamaxıda Bilik Günü qeyd olunub

Səadət Təhmirazqızı: Üzeyir Hacıbəylinin Azərbaycan peşəkar musiqisinin inkişafındakı xidmətləri əvəzsizdir

İxraca göndərilən neft məhsullarının həcmi 41 faizə yaxın artıb

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Azərbaycanın Montrö festivalında iştirakı xüsusi caz proqramı ilə yekunlaşıb

Gürcüstanda daha bir müxalifət partiyası ləğv oluna bilər

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə 110 bəndlik yol xəritəsi qəbul olunub

Ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Azərbaycandan Ermənistana ixrac edilən malın dəyəri açıqlanıb

Ümumdünya Şahmat Olimpiadasının məşəlinin estafeti Özbəkistana ötürülüb

Bu il Azərbaycandan ixrac olunan təbii qazın həcmi açıqlanıb

Valideynlərin yarımçıq xatirələri, övladların doğma yurd sevinci – Şükürbəylidə Bilik Günü sevinci

Azərbaycanın əsas hissəsindən Ermənistan sərhədi istiqamətində yol tikintisinin təxminən 95 faizi artıq tamamlanıb

Mülki və İnzibati Prosessual Məcəllələrdə dəyişiklik edilir

Hakan Fidan: Hazırda Qars–Dilucu dəmir yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər aparılır

Xankəndidə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin filialı fəaliyyətə başlayıb

Şuşada yeni tədris ili: 21 şagird ilk dəfə məktəbə qədəm qoyub

Yeni tədris ili: 3500-dən çox tələbə AzMİU ailəsinə qoşuldu

Astana 2028-ci ildə UEFA Superkuboku matçına ev sahibliyi edəcək

Ədəbiyyatla dolu buruqlar: neftçilər Bilik Günündə Suraxanı məktəblilərini çoxdilli kitabxana hədiyyəsi ilə sevindirdilər

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir VİDEO

Nazir: Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin ən mühüm tərkib hissələrindən biridir VİDEO

Yeddi ayda Qazaxıstanla Azərbaycanın ticarət dövriyyəsi 251 milyon dolları ötüb

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var VİDEO

Hakan Fidan: Bugünkü səfərin mühüm tarixi əhəmiyyəti var VİDEO

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Ceyhun Bayramov: Azərbaycan COP31-ə ev sahibliyi edəcək Türkiyəyə tam dəstək verir VİDEO

Azərbaycan Avrasiya Məkan Məlumatları İnfrastrukturuna üzv seçilib

Firudin Qurbanov: Təhsil sistemi əmək bazarının gələcək tələblərini nəzərə almalıdır

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

Bakı–Tbilisi–Qars dəmir yolu layihəsinin genişləndirilməsi ilə bağlı işlər böyük həcmdə tamamlanıb VİDEO

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır VİDEO

İlin sonunadək 350 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin yekunlaşdırılması planlaşdırılır VİDEO

Portfel investisiyalarında xalis xarici maliyyə öhdəlikləri açıqlanıb

“Araz-Naxçıvan” 2 legioner futzalçı transfer edib

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Nazir: Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 18 milyard ABŞ dollarına çatıb VİDEO

Yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

Ceyhun Bayramov: Azərbaycan və Türkiyə münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir VİDEO

ICESCO-nun nümayəndəsi: Təşkilatın Bakıdakı ofisi Mərkəzi Asiyanın irsinin öyrənilməsinə töhfə verə bilər

İsrail ordusu “Hizbullah”a məxsus 32 raketi məhv edib

Xocavənddə daha 50 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

BMT-də Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı məsələyə diqqət çəkilib

Ağbaş kərkəslər Qubanın dağlarında - FOTO

Ceyhun Bayramov və Hakan Fidan Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin gündəliyini müzakirə ediblər

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü qeyd olunub

Bakının bolşevik-daşnak birləşmələrindən azad olunmasının 108-ci ildönümü qeyd edilib

Xan sarayından sənətkarlar küçəsinə - Qonaq-qaralı Şəkidən reportaj

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2011-ci il 10 oktyabr tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Azərbaycanın suverenliyinin tam bərpası dövlətçilik tariximizin mühüm mərhələsidir ŞƏRH

UEFA 2028-ci və 2029-cu illərdə avrokubokların finallarının keçiriləcəyi şəhərləri açıqlayıb

13 azərbaycanlı mütəxəssis UEFA-nın Nyondakı təcrübə mübadiləsi proqramında iştirak edir

Mingəçevir Dövlət Universitetində Dil Mükəmməlliyi Laboratoriyası istifadəyə verilib

“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq

Yəməndəki husilərin hücumları nəticəsində Səudiyyə Ərəbistanında 13 mülki şəxs yaralanıb

Müdafiə naziri Zakir Həsənov Çində səfərdədir

Bəşarət Hüseynova: Xoreoqrafiya təhsilində nəticə yalnız istedadla əldə edilmir

Cəlilabadda ev yanıb

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Kəlbəcərdə ilk dərs günü: 121 şagird yeni tədris ilinə başlayıb VİDEO

Türkiyə XİN Bakının işğalından azad edilməsinin 108-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Bakıda Türk dünyasında əməkdaşlığın inkişafına dair panel iclas keçirilib YENİLƏNİB VİDEO

Almaniyada fəaliyyət göstərən azərbaycanlı boksçu Argentina təmsilçisi ilə qarşılaşacaq

ATU-da Bilik Günü: Ağ xalatla başlayan yol, yeni başlanğıclar, böyük hədəflər

"LANDAU Lions"un basketbolçusu: “VEF Riqa” ilə oyuna kifayət qədər hazır deyildik

Xanım Aydın: “Pullu komediya” tamaşaçını gündəlik qayğılardan uzaqlaşdıracaq

Mərkəzi Bank: Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların həcmi 1,1 milyard dollar olub

Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb

Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib

Mərkəzi Elmi Kitabxanada Bilik Günü münasibətilə sərgi açılıb

"Karvan-Yevlax" heyətinə yeni hücumçu cəlb edib

Mərkəzi Bank: İlkin gəlirlər balansında kəsir azalıb

Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək

Hindistan nümayəndəsi: İslamın etik prinsiplərinə əsaslanan süni intellekt çərçivəsi yaradılmalıdır

Altı ay üzrə əmtəə ixracı və idxalının dəyəri açıqlanıb

Beynəlxalq reytinqi ilk 500-cü sırada yer alan xarici ali təhsil müəssisələrinin məzunları olan çağırışçıların nəzərinə

Hasan Kamil Yılmaz: Seyid Yəhya Bakuvi Xəlvətilikdəki anlayışları sistemləşdirən ustaddır

Laçında məktəblərdə ilk zəng çalınıb FOTOLAR

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib VİDEO

“SABAH.city” - Azərbaycanda bilik iqtisadiyyatına keçidin strateji modeli

“Kəpəz” azarkeşlərinə görə cərimələnib

® “PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim edilib

Qarabağ bölgəsindəki ümumi təhsil müəssisələrində 85 min 697 şagird təhsil alacaq

Qarabağ və Şərqi Zəngəzura səfər xarici diplomatlara bölgədəki reallığı yerində müşahidə etməyə imkan yaradır ŞƏRH

Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Lənkəranda bərabərlik və ayrı-seçkiliyə qarşı mübarizə mövzusunda təlim başlayıb VİDEO

Azərbaycan etnoqrafiyasının izi ilə: Gürcüstanda nəşr olunan "Kavkaz" qəzeti