REGİONLAR
Cocuq Mərcanlıda payızlıq səpin başa çatmaq üzrədir
Cocuq Mərcanlı, 7 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində payızlıq səpin başa çatmaq üzrədir. Bu günədək 96 hektarda şum qaldırılıb, 73 hektarda taxıl, 10 hektarda yonca əkilib.
Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişi Atakişiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət tərəfindən lazımi dəstək göstərilib. Prezidentin müvafiq sərəncamları əsasında kənddə əkinlərin suvarma suyu ilə təminatı məqsədilə nasos stansiyası, suvarma kanalı inşa olunub. Uzun illər həsrətini çəkdikləri torpağı əkib-becərən cocuq mərcanlılılar cari ildə 189 ton taxıl, 168 ton qarğıdalı, 327 ton şəkər çuğunduru istehsal ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]