Fransada yanacaq vergisinin artırılması qərarı ləğv edilib
Paris, 6 dekabr, AZƏRTAC
“Fransada yanacaq vergisinin artırılması ilə bağlı qərarın tətbiqi nə dondurulmur, nə də ki, başqa vaxta keçirilmir. Yanacaq vergisinin artırılması qərarı ləğv edilir”.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 5-də Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Milli Assambleyada çıxışı zamanı Baş nazir Eduard Filip yanacaq vergisinin artırılması barədə qərarın 6 aylıq dondurulacağını bildirmişdi. Ancaq “Sarı jiletlilər” aksiyasının üzvləri bu qərarla razılaşmamış və aksiyanı davam etdirəcəklərini bildirmişdilər.
Hökumət yanacaq vergisinin artırılması barədə qərarını donduracağını elan etdikdən sonra ölkədə yenidən dekabrın 8-də etiraz aksiyalarına çağırışlar olunmuşdu. Bu çağırışlardan sonra Parisdə keçirilməsi planlaşdırılmış bir çox tədbirlər ləğv edilib, futbol üzrə ölkə çempionatının 2 matçının vaxtı dəyişdirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2026 [18:18]
Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq
- 26.08.2026 [16:05]
Şahzadə Harri və Meqan bu gün Böyük Britaniyaya qayıdırlar
- 26.08.2026 [14:26]