REGİONLAR


İmişlinin Aranlı kəndinə ilk dəfə təbii qaz verilib

İmişli, 21 dekabr, Mahir Babayev, AZƏRTAC

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası çərçivəsində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İmişlinin Aranlı kəndinə təbii qaz verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 817 evdən ibarət olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 52 min 937 metr polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici qoyulub.

Kəndə “mavi yanacağ”ın verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev son illər İmişlidə həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb, kəndlərə təbii qazın verilməsini regionların sosial inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, Aranlı kəndi də daxil olmaqla, hazırda rayonun 49 yaşayış məntəqəsindən 36-sı qazlaşdırılıb. Qalan 13 kəndə isə təbii qazın verilməsi gələn il həyata keçiriləcək.

Mərasimdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinin “mavi yanacaq”la təmin olunmasına görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl yandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.